Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Seyidlərə hörmətin səbəbi nədir? Dünya və axirətdə seyidlərlə qeyri seyidlərin fərqi varmı?

Seyyid lüğətdə “Ağa”, “Cənab”, “Rəyis”, “Böyük” mənasınadır. Amma fars dilində və şiə terminologiyasında o adamlara deyilir ki, nəsəbləri Həzrəti Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatır. Amma hörmət olaraq seyid başqa ələviyyələrə də eyilir. Hansı ki, nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə vasitəsi ilə İmam Əli (ə)a çatır. Qeyd edək ki, yenə hörmət xətrinə nəsəbləri Cəfəri Təyyar və Əqilə çatan şəxslərə də seyid deyilir.
Seyidlərə hörmətin səbəbi nədir? Dünya və axirətdə seyidlərlə qeyri seyidlərin fərqi varmı?

 Seyyid lüğətdə “Ağa”, “Cənab”, “Rəyis”, “Böyük” mənasınadır. Amma fars dilində və şiə terminologiyasında o adamlara deyilir ki, nəsəbləri Həzrəti Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatır. Amma hörmət olaraq seyid başqa ələviyyələrə də eyilir. Hansı ki, nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə vasitəsi ilə İmam Əli (ə)a çatır. Qeyd edək ki, yenə hörmət xətrinə nəsəbləri Cəfəri Təyyar və Əqilə çatan şəxslərə də seyid deyilir.
Seyidlərə hörmətin əsas səbəbi mübarək “məvəddət” ayəsidir. Çünki dostluq və məhəbbət göstərmək hörmət etməyin bir növüdür. Həmçinin bu barədə rəvayətlərdə çoxlu sifarişlər olunub.
Əlbəttə bu hörmət təbii bir məsələdir. Peyğəmbərə məhəbbət və hörmətin əlamətidir. Yəni əgər bir nəfər digər bir şəxsi sevərsə, ona bağlı olan şəxsi də sevəcək. Nəticədə hörmət edəcək. Elə həmin bu hörmət və əziz İslam peyğəmbərin xatırlamaq və onun məqsədlərin icra etməklə nəticələnəcək.
Qeyd edək ki, Seyidlər İslam Peyğəmbərinə bağlılıqla əlaqədar xüsusi hörmətə malikdirlər. Amma Şəriət hökümlərində və göstərişlərində Peyğəmbərin (s) ümməti ilə bərabərdilər. Və seyidlərin qeyri seyidlərlə heç bir üstünlüyü yoxdur.
 
Ətreaflı cavab
Seyyid lüğətdə “Ağa”, “Cənab”, “Rəyis”, “Böyük” mənasınadır.[1] Amma fars dilində və şiə terminologiyasında o adamlara deyilir ki, nəsəbləri Həzrəti Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatır.
Amma hörmət olaraq seyid başqa ələviyyələrə də eyilir. Hansı ki, nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə vasitəsi ilə İmam Əli (ə)a çatır. Qeyd edək ki, yenə hörmət xətrinə nəsəbləri Cəfəri Təyyar və Əqilə çatan şəxslərə də seyid deyilir[2].
Ayə və hədislərdə seyidlərə hörmət barədə:
İslam elə bir dindir ki, bütün insanlara hətta qeyri müsəlmanlara hörmət qoyur. Amma müsəlmanlar və möminlər üçün daha çox hörmət qoymağı tövsiyə edir. Möminlər arasında da İslam Peyğəmbərinə (s) mənsub olanlara və Həzrəti Zəhranın (s) övladlarına hörmət etməyi daha çox tövsiyə edib.
Mübarək “Məvəddət” ayəsini: “De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”.[3] bu hörmətin sübutlarında biri hesab etmək olar.
Seyidlərə hörmətin əsası məvəddət ayəsindədir. İlk olaraq, pramoy şəkildə Peyğəmbərin əhl beyt və nəslinə şamil olur. Və seyidlərdə ki, Həzrəti Zəhra (s) vasitəsilə Peyğəmbərə çatırlar.
Bu ayədə Allah taala Peyğəmbərə əmr edir ki, camaata desin ki, onun əhli beyti ilə dost olsunlar və onları sevsinlər. Bu dostluq və sevgi bir növ hörmətin əsası sayılır.
Həmçinin rəvayətlərdə seyidlərə böyük hörmət və qayğı göstərməyə çoxlu sifarişlər olunub. Burada bəzi rəvayətləri qeyd edirik:

    İslam Peyğəmbəri (s) buyurdu: “Qiyamət günündə dörd qrupu şəfaət edəcəm: Əgər məhşərdə Günah edənlər sırasında olsa belə. Onlar ki, mənim əhlibeytimə kömək etsələr, Onlar ki, öz malı ilə mənim kasıb yaxınlarıma kömək etsə, Onlar ki, dilləri və qəlbləri ilə onları sevsə, və zürriyyəmdən sürgün və qovulmuş olan şəxslərin ehtiyaclarını təmin etsə”[4].
    İslam Peyğəmbəri (s): “Mənim nəslimdən olan yaxşı insanlarıa hörmət edin, onların pislərinə də mənə görə hörmət edin”[5].
    İmam Sadiq (ə) buyurdu: Qiyamət günü olanda bir nəfər nida edər: Ey insanlar! Sakit olun! Məhəmməd (s) danişir. İnsanlar sakit qalacaq. Peyğəmbər hərəkət edər və buyurar: “Ey insanlar! Hər kəsin mənim boynumda əli, minnəti, yaxşılığı var hərəkət etsin tainki əvəzini verim? Deyəcəklər hansı əl, hansı minnət, hansı yaxşılıqdır? Buyurar: Hər kəs mənim övladlarımdan birinə pənah veribsə, ona yaxşılıq edibsə, onu örtübsə, yəni paltar alıb verib, geyindiribsə, Onu doyuzdurubsa, önə hərəkət etsin, əvəzini verim. Bu xeyirxah işi edənlər hərəkət edərlər. Allah tərəfində nida gələr: Ey Məhəmməd! Ey mənim dostum! Onların savabını sənin öz öhdənə qoydum. Behiştin harasında istəyirsənsə onlara yer ver. Peyğəmbərdə onları behiştdə yerləşdirər. Elə bir yerdə onlara yer verər ki, onlar Məhəmməd və ali Məhəmmədi görərlə”[6].

Qeyd edək ki, bu hörmət təbiii bir haldır. Və Peyğəmbərə məhəbbətin əlamətidir. Yəni Əgər bir şəxs Peyğəmbəri sevirsə, ona bağlı olanlarıda sevəcək və hörmət edəcək. Elə bu hörmətin özü peyğəmərə hörmət deməkdir və onun müqəddəs məqsədlərinə hörmət etmək deməkdir.
Dünya və axirətdə seyidlər və qeyri seyidlər:
Seyidlərin İslam Peyğəmbərinə (s) xüsusi bağlılıqları olması ilə əlaqədar xüsusi hörmətə sahib olmalarına rəğmən, lakin:

    İslam Peyğəmbərinin (s) ümmətinin bütünü şəri, əxlaqi, vəzifələr və təklifləri yerinə yetirməkdə bərabərdilər. Seyidlərin qeyri seyidlərə heç bir üstünlüyü yoxdur. Və heç kəsin Allahın hökmlərini yerinə yetirməkdən boyun qaçıra bilməz. Bütün insanlar istər seyidlər, istər qeyri seyidlər Allahın imtahanı qarşısında bərabərdirlər. Hər bir insanın xüsusi delası var və o dela qiyamətə qədər hesablanacaq[7].
    Seyidlər İslam Peyğəmbərinə (s) nəsəb cəhətindən bağlı olduqlarına görə daha çox məsuliyyət daşıyırlar. İbadətlər və şəri vəzifələri yerinə yetirmək onlara daha çox təkid olunub[8].

Bu mövzuda olan göstəricilər:
 
[1] - Qorəşi, Seyid Əli Əkbər, Qamuse Quran, cild 3, səh 350, Darul kütubul İslamiyyə, Tehran, altıncı çap, 1371 hicri şəmsi tarixi ilə; Türeyhi, Fəxrəddin, Məcməul bəhreyn, cild 3, səh 71, Mürtəzəvi kitabxanası, Tehran, Üçüncü çap, 1375 hicri şəmsi tarixi ilə; Fərhənge əbcədi ərəbi- farsi, səh 507
[2] - Xameyi, Seyid Əli, Əcvibətul istiftaat, səh 2016- 2017, Gülpayqani, Seyid Məhəmməd Rza, Məcməul məsail, cild 1, səh 392, Darul Quranil Kərim, Qum, Səkkizinci çap, 1409 hicri qəməri tarixi ilə.
[3] - Şura surəsi, ayə 23,
[4] - Siqətul İslam, Koleyni, Əl- Kafi, cild 4, səh 60, Darul kütubul İslamiyyə, Tehran, 1365, hicri şəmsi tarixi ilə.
[5] - Səqəfi Tehrani, Məhəmməd, Təfsire rəvane Cavid, cild 1, səh 52, İntişarate burhan, Tehran, üçüncü çap, 1398 hicri Qəməri tarixi ilə.
[6] - Vəsailuş-Şiə, cild 16, səh 333
[7] - Məcməul məsail, cild 1, səh 393
[8] - Məcməul məsail, cild 1, səh 393


source : islamquest
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ustаd Әnsаryаnın hәyаt vә еlmi şәхsiyyәtinә qısа bахış
Seyidlərə hörmətin səbəbi nədir? Dünya və axirətdə seyidlərlə qeyri ...
Vəzifəsi cənabət qüslü olan şəxs, qüsl verdikdən sonra dəstəmaz da ...
Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə ...

 
user comment