Azəri
Friday 29th of March 2024
0
نفر 0

Niyə Həzrəti Əli (ə)ın qızı Ümmi Külsümün həyatı barədə tarixi faktlar ortaya qoyulmur və yazılmır? Onun ikinci xəlifə ilə evlənməyi doğrudurmu? Onun uşaqlarının olması necə?

Niyə Həzrəti Əli (ə) ın qızı Ümmi Külsüm (s) haqda heç bir fakt ortaya qoyulmur və heç bir mətn yazılmır? Onun ikinci xəlifə ilə evlənməsi və ondan uşaqlarının olması doğrudur? Bu evlənmə nə vaxt və hansı tarixdə olub? Çünki biz belə düşünürük ki, ikinci xəlifə Həzrəti Fatimə (s)ın şəhadətinə səbəb olub, əgər belədirsə, niyə bu evlilik baş tutub? Xahiş edirəm bu sualıma ətraflı cavab verəsiniz?
Niyə Həzrəti Əli (ə)ın qızı Ümmi Külsümün həyatı barədə tarixi faktlar ortaya qoyulmur və yazılmır? Onun ikinci xəlifə ilə evlənməyi doğrudurmu? Onun uşaqlarının olması necə?

Niyə Həzrəti Əli (ə) ın qızı Ümmi Külsüm (s) haqda heç bir fakt ortaya qoyulmur və heç bir mətn yazılmır? Onun ikinci xəlifə ilə evlənməsi və ondan uşaqlarının olması doğrudur? Bu evlənmə nə vaxt və hansı tarixdə olub? Çünki biz belə düşünürük ki, ikinci xəlifə Həzrəti Fatimə (s)ın şəhadətinə səbəb olub, əgər belədirsə, niyə bu evlilik baş tutub? Xahiş edirəm bu sualıma ətraflı cavab verəsiniz?
Qısa cavab
Əli (ə) və Fatimə (s) nın qızı olan Ümmi Külsümün həyatı və ölümünün necəliyi, bir çox ana kitablar və məxəzlərdə gəlmişdir. (O kitabların adları ətraflı cavabda öz əksini tapır)
İkinci xəlifənin Ümmi Külsümlə evlənməsi şiə və sünni kitablarında gəlmişdir. Amma bu hadisəni nəql edən rəvayətlər oxşar deyillər. Bir-biriləri ilə ixtilafları var. Şiə və sünni rəvayətlərin oxşar tərəfi budur ki, ikinci xəlifə Ümmi Külsümü Həzrəti Əli (ə)dan istədilər və Həzrəti Əli (ə) öz razılığını vermədi və müxalifət etdi. Ömər bin Xəttab təkid və israrlı hədə qorxuları ilə öz istəyini təkrar etdi. Həzrəti Əli (ə) öz narazılığı ilə və müxalif olmasına rəğmən öz əmisi Abbas ibn Əbdülmüəllibə həvalə etdi. Ümmi Külsümlə Ömərin nigah və evlənmə mərasimidə onun ixtiyar və icazəsi ilə oldu. Bir haldaki, Ümmi Külsüm hələ büluğ yaşına çatmamış idi. Amma Ümmi Külsüm həddi büluğ yaşına çatmamış Ömər dünyasını dəyişdi və Həzrəti Əli (ə) qızı Ümmi Külsümü öz evinə qaytardı.[1]
 
[1] - 446 saylı göstəricidən iqtibas (Sayt: 476)
Ətreaflı cavab
Sizin sual iki hissədən ibarətdir:

    Ümmi Külsümün Həzrəti Əli (ə) və Həzrəti xanım Fatimeyi Zəhra (s) ın qızı olmasına baxmayaraq, niyə onun həyatı barəsində tarixi kitablarda bir şey yoxdur?
    Onun İkinci Xəlifə ilə evlənməyi doğrudurmu? Onun ikinci Xəlifədən uşaqlarının olması düzgündürmü? Bu evlilik hansı il və nə vaxt baş tutub?

İlk sualınız barədə deməliyik ki, Əli (ə) və Fatimə (s)ın qızı olan Ümmi Külsümün həyatı barədə bir çox mənbə kitablarda materiallar mövcuddur. Onlardan bəzilərini qeyd edirik:
Əxbarut-təval (Deynəvəri), Əl istiab (İbn əbdul birr), Əsədul Ğabə (İbn Əsir), Əl isabə (ibn Həcər), Əl Əlam (Zərkoli), Əl imamətu vəs siyasət (İbn Qutəybə Deynəvəri), Ənsabul Əşraf (Bilazəri), Əl bidayətu vən nihayət (İbn Kəsir), Əl bədu vət tarix (Mütəhhər bin Tahir Müqəddəsi), Tarix ibn Xəldun, Tarixul İslam (Zəhəbi), Tarix Təbəri (Təbəri), Tarix bərqozidə (Mutovfa Qəzvini), Tarixi Yəqubi (Yəqubi), Sirət Rəsulullah (Əbərquh), Ət təbəqatul Kubra (Kateb Vaqedi), Əl Kamil (İbn Əsir), Murucuz Zəhəb (Məsudi), Məqatilut talibin (Əbil Fərəc İsfəhani), Fərzəndane Ali Əbi Talib (Cavad Fazil) və…
Amma sualınızın ikinci hissəsi barədə qeyd etməliyik ki,
İkinci xəlifə ilə Ümmi Külsümün evlənməsi bir çox şiə və sünni rəvayətlərində gəlmişdir. Bu rəvayətlərin bir-biriləri ilə bir sıra ixtilafları var. Bu rəvayətlər həm sənəd və həmdə məzmun baxımından araşdırılmışdır. Bu rəvayətlərin ortaq və bir olan məzmununundan əldə olunan nəticə isə budur ki, İkinci Xəlifə Ümmi Külsümdən elçilik etdi[1] və həzrət Əli (ə) ı bu məsələdə hədələdi.[2] Həzrəti Əli (ə) üzr gətirərək, elçiliyi qəbul etmədi.[3]
Ömər bir neçə dəfə Həzrəti Əli (ə) I hədələdi və hər dəfə də qızın elçiliyin etdi.[4]
Sonda Həzrət Əli (ə) Ümmi Külsümlə Ömərin evlənmə məsələsini əmisi Abbas ibn Əbdül Mütəllibə həvalə etdi. Onun icazəsi ilə Ömərlə Ümmi Külsümün evliliyi və nigahı baş tutdu. Ümmi Külsümdə Ömərin evinə gəlin köçdü. Ömər ibn Xəttabın ölümündən sonra Həzrəti Əli (ə) qızını öz evinə qaytardı.[5]
Şiə və sünni rəvayətlərində gələn əsas məsələ bundan ibarətdir. Amma Ümmi Külsümlə Ömərin arasında yaxınlıq və zifaf baş tutub yoxsa yox və ya Ümmi Külsümün bu evlilikdən uşağı olub yoxsa yox, heç bir məlumat yoxdur. Lakin şiə və sünni alimləri bəzi nəticələr çıxarıblar və fərziyyələr vermişlər. Şiənin qədim alimlərindən olan Nobəxti (Qeybəti Süğra zamanının alimi) deyir: Ümmi Külsüm Ömərlə evlənən vaxtı çox uşaq idi. Buluğ yaşına çatmazdan öncə də Ömər dünyasını dəyişdi. (Öldürüldü).[6]
Həmçinin Zərqanı Maliki Əhli Sünni alimlərindən (1122 hicri qəməri tarixi ilə dünyasdını dəyişmişdir) deyir: Ümmi Külsüm Ömər ibn Xəttabın həyat yoldaşı idi. O həddi buluğa çatmamış Ömər dünyadan getdi.[7].[8]
 
[1] - İbn Həcər, Təhzibut təhzib, cild 1, səh 44
[2] - İbn Səd, Təbəqate İbn Səd, cild 3, səh 259
[3] - Koleyni, Kafi, cild 5, səh 246
[4] - Həmin
[5] - Həmin, cild 6, səh 115
[6] - Məclisi, Bəharul Ənvar, cild 42, səh 91
[7] - Əz Zərqani, Məhəmməd bin Əbdülbaqı, Şərhul Məvahibul lədoniyyə, cild 7, səh 9
[8] - 446 saylı göstəricidən iqtibas (Sayt: 476)


source : islamquest
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment