Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Qanlı 26 Noyabr faciəsi ilə bağlı "Ümməti Vahidə" Beynəlxalq Birliyininin BƏYANATI

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Ümməti Vahidə" Beynəlxalq Birliyi Azərbaycan rejiminin Nardaran qəsəbəsində bir qrup mömini Şəhid etməsini məhkum edən bəyanat verib. Bəyanatda deyilir:
Qanlı 26 Noyabr faciəsi ilə bağlı "Ümməti Vahidə" Beynəlxalq Birliyininin BƏYANATI

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Ümməti Vahidə" Beynəlxalq Birliyi Azərbaycan rejiminin Nardaran qəsəbəsində bir qrup mömini Şəhid etməsini məhkum edən bəyanat verib.

Bəyanatda deyilir:

 

İnna lillahi və inna iləyhi raciun

Şəhidlər sərvəri imam Hüseynə (ə) Ərbəin əzadarlığı günlərində İlham Əliyev rejiminin qanlı əli Nardaran qəsəbəsinin dindarının toplumunu sıxaraq onların bir qrupunu şəhid etdi, bir dəstəsini yaraladı, digər bir qrupunu isə həbsə etdi. "Vahid Ümmət" Beynəlxalq Birliyi bu hadisəni məhkum etməklə yanaşı xatırladır:

1. Dini və mənəvi dəyərlərlərlə mübarizə etməkdə onilliklər sonra mürtəce Atatürk və Rzaxandan örnək götürən İlham Əliyevin mürtəce rejimi bilsin ki, təzyiq və repressiyanın qısa bir zaman müddətinə xalqın etiraz şöləsini boğa bilməsi mümkündür, amma kül altında qalmış bu od, bir gün bu qaniçən rejimin sülaləsini Pəhləvi, Mübarək və Bin Əli sülalələri kimi yelə verəcək.

2. Son illərdə dindarlara qarşı təzyiqlərin güclənməsi, o cümlədən "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən lisenziyası olmayan dini qrupların fəaliyyətinin qadağan olması", "Azərbaycanın İlahiyyat universitetindən sifarişli və pullu tədris olduğu halda xaricdə dini təhsil alan tələbələrə təbliğ qadağası qoyulması" kimi axmaq və gülünc qadağalar Əliyevin repressiyaçı sisteminin islami hərəkatlardan vahiməsinin dərinliyini göstərir. Bu repressiyalar, radikal islamçılarla mübarizə bəhanəsi ilə həyata keçirilir. Lakin bunu bilmirlər ki, təzyiq və sıxışdırmalar artdıqca, sərt reaksiyalar da artacaq.

3. Zahirən, milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması, bir neçə MTN rəsmisinə qarşı öz vəzifəsindən sui-istifadə, təkfirçi qrupların Suriyaya göndərilməsinə kömək etmək, korrupsiya kimi ittihamların irəli sürülməsi, "Müsəlman Birliyi Hərəkatı"na qarşı son hərəkətlərin, Nardaran şiələrinin su, qaz, işıq, internet sosial-iqtisadi blokadaya alınmasının, beş nəfərin şəhid olmasının, onlarla dindarın həbs edilməsinin planlarının cızılmasına səbəb olmuşdur. Bütün bunlar vahimiyə düşmüş hakimiyyət və repressiya arasında bir növ balans və tarazlıq yaratmaq məqsədilə planlaşdırılmışdır.

4. İranın Bakıdakı səfirliyinin passiv hərəkəti və bəyanatı çox təəssüf doğurur. Belə çıxır ki, xarici siyasət sistemində "gərginliyi aradan qaldırmaq" bütün prinsiplərə hakim bir prinsipdir və hər hadisə olursa olsun – istər Mina faciəsi, istər ABŞ rəsmilərinin İranı mütəmadi təhdidləri, istər Türkiyə prezidentinin İran prezidentinə qarşı nəzakətsizliyi, istər Nardaran hadisələri və s. – xarici siyasət aparatı öz siyasətini "gərginliyi aradan qaldırmaq" prinsipi üzərində kökləmişdir. İranın Bakıdakı səfirliyi Azərbaycan dövlətinin vəhşi hərəkətlərini, ölkəmizə qarşı planlı surətdə media təzyiqlərini məhkum etmədən bəyanat verərək (şəhidlər üçün yox) həlak olanlar üçün Allahdan bağışlanmaq diləmək, digər ölkələrin daxili işlərinə qarışmamağı bildirmək, dost və qardaş ölkələr üçün günbəgün artan təhlükəsizlik arzu etməklə kifayətləndi.

5. Ölkənin siyasi, mədəni və dini elitası regional və beynəlxalq böhranlardan dəqiq məlumatı  olmalı, onlara qarşı mövqe tutmalı, "İran xalqı və hökumətinin məzlumlara qarşı təfavütsüz" olması şübhəsinin yaranmasına icazə verməməlidir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

 
user comment