Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ

İbni Mülcəm o daş ürəkli və özünü müqəddəs kimi göstərən qatil 40-cı hicri ilində ramazan ayının 19-da səhər vaxtı məsciddə namaz qılarkən Əli (əleyhissalam)-ın başına zərbət endirdi. Əli (əleyhissalam)-ın yarılmış başından axan qan məscidin mehrabını Həzrətin al qanına qərq etdi. İmamı mənzilə apardılar. Əli (əleyhissalam) şəhadət səfəri və dost görüşünə sakin olmuşdu.
ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ

İbni Mülcəm o daş ürəkli və özünü müqəddəs kimi göstərən qatil 40-cı hicri ilində ramazan ayının 19-da səhər vaxtı məsciddə namaz qılarkən Əli (əleyhissalam)-ın başına zərbət endirdi. Əli (əleyhissalam)-ın yarılmış başından axan qan məscidin mehrabını Həzrətin al qanına qərq etdi. İmamı mənzilə apardılar.
Əli (əleyhissalam) şəhadət səfəri və dost görüşünə sakin olmuşdu.
Yatağının ətrafını tutmuş qohum və əshabı qəhramanlar qəhramanın simasını öz qanına boyandığını görürdülər. Həzrət ruzigarın vəfasızlığından qəmgin nəzərə çarpırdı. Hamı ondan sonuncu öyüd və nəsihəti gözləyirdilər. O iki gül yarpağı tək olan dodaqlarını açıb dedi: “Heç bir vaxt Allaha şərik və tay tutmayın və heç vaxt Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin sünnətini korlamayın. Bu iki sütunu (tövhid və sünnəti) möhkəm qoruyun və bu iki çırağı işıqlı saxlayın. Dediklərimi gördükdən sonra heç bir məzəmmətdən çəkinməyin.”
İmam bir neçə dəqiqə sükut edib bir daha buyurdu: “Mən dünən sizin kənarınızda idim və bu gün vücudum sizin üçün ibrət və nəsihətə səbəb olmuşdur və sabah sizdən ayrılıram... Həyatda işiniz hədiyyə və güzəşt etmək olsun. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? And olsun Allaha heç bir ölüm nişanəsi mənə tərəf üz tutmayıbdır ki, mən onu bəyənməyəm və o işin başlanğıcı aşkar olmayıb ki, mən onu pis biləm.
“Mənim ölümə olan eşqim gecə vaxtı su axtaran və qəflətən həmçinin itgisini tapmış adamın sevincinə bənzəyir və Allahın yanında olan bütün şeylər yaxşılar üçün üstündür.”
Bəli, ilk mehrab şəhidinin söylədiyi bu son sözlər dostun arxasını möhkəmləndirir, düşmənin isə belini sındırır.


source : alhassanain
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ

 
user comment