Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni görüntüləri yayıldı

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya ordusunun keçən ilin dekabr ayının 13-də ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri şeyx İbrahim Yəqubi Zəkzəkinin evinə vəhşicəsinə təşkil etdiyi hücumla bağlı yeni kadrlar inter
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni görüntüləri yayıldı

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya ordusunun keçən ilin dekabr ayının 13-də ölkənin Əhli-Beyt (ə) ardıcıllarının lideri şeyx İbrahim Yəqubi Zəkzəkinin evinə vəhşicəsinə təşkil etdiyi hücumla bağlı yeni kadrlar internetdə yerləşdirilib.

Məlumata görə, Nigeriya İslam Hərəkatının YouTube səhifəsində yerləşdirilən videoda Nigeriya ordusunun şeyx Zəkzəkinin evinə hücumundan sonra, şeyx Zəkzəkini müdafiə etməyə gələn müsəlmanların vəhşicəsinə qətlə yetirildiyi və yandırıldığı görünür.

Digər tərəfdən Nigeriya İslam Hərəkatı şeyx Zəkzəkinin qeyd-şərtsiz dərhal azadlığa buraxılması və Nigeriya şiələrinə qarşı qətliam törədən ordu məsullarının cəzalandırlması tələbilə növbəti yürüş mitinqini keçirib.

Qeyd edək ki, şeyx Zəkzəki Nigeriya ordusu tərəfindən dekabrın 13-də evinə təşkil olunan hücumdan etibarən həbsdədir. Şeyx Zəkzəki 6 və xanımı Zinət İbrahim isə 2 güllə yarası ilə həbs olunmuşdur. Nigeriya ordusunun təşkil etdiyi hücumlarda 1000-dən artıq insan şəhid olmuşdur. Ölkənin müxtəlif bölgələrində şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə nümayişlər hələ də davam edir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır



source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ
İSLAMDAN SONRA MİSİRDƏ BAŞ VERƏN İKİ MÜHÜM HADİSƏ

 
user comment