Azəri
Friday 29th of March 2024
0
نفر 0

"Mən, Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm"

Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir. 1. Allahın tərbiyə etdiyidir. Həzrət Peyğəmbər (s) buyurur:“Mən – Allahın tərbiyə etdiyi və Əli (ə) – mənim tərəfimdən tərbiyə edilmişdir”. 2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: “Həqiqətən, mən – hidayət olunan rəhmətəm”. 3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm”.
"Mən, Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm"

Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir.

1. Allahın tərbiyə etdiyidir. Həzrət Peyğəmbər (s) buyurur:“Mən – Allahın tərbiyə etdiyi və Əli (ə) – mənim tərəfimdən tərbiyə edilmişdir”.

2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: “Həqiqətən, mən – hidayət olunan rəhmətəm”.

3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm”.

4. Ən üstün insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Adəm övladlarının seyyidiyəm”. Həzrət (s) başqa yerdə buyurur: “Allah məndən üstün məxluq xəlq etməmişdir. Allah yanında məndən əziz olanı yoxdur”.

5. Ən bilikli insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizlərin ən biliklisi və ən təqvalısı – mənəm”.

6. Rəsulların (ə) rəhbəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – göndərilmişlərin rəhbəriyəm. Mən – peyğəmbərlərin xatəmiyəm. Mən – ilk şəfaət edən və ilk şəfaət olunanam”.

7. İlk daxil olandır. Peyğəmbər (s) buyurur: “Mən Allah kitabı və Əhli-Beytimlə (ə) bir yerdə Allaha ilk daxil olanam. O zaman (ümmətim) daxil olacaqdır və ümmətimdən soruşacağam: “Quran və Əhli-Beytimlə (ə) nə etmisiniz?””.

8. İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:

1. Mən bütün aləmlər üçün göndərilmişəm.

2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.

3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).

4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.

5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.

9. Ümümdünya risalətinə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən o kəslərin rəsuluyam ki, həyatım zamanında onları dərk etmişəm və o kəslər ki, məndən sonra dünyaya gələcəklər”


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment