Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İnqilab Əhədov və Nardaran Ağsaqqallar Şurasının sədrinin məhkəməsində ittiham aktı elan olunub

İnqilab Əhədov və Nardaran Ağsaqqallar Şurasının sədrinin məhkəməsində ittiham aktı elan olunub

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, fevralın 2-si Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Əliyev dövlətinə “xəyanət” etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

Məlumata görə, ədalətsiz hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqının başlandığı elan olub. Daha sonra əliyevlər rejiminin ittihamçısı ŞƏRLƏNMƏ aktını elan edib.

Hər iki şəxs elan olunmuş ŞƏRLƏNMƏ üzrə özlərini təqsirli bilməyiblər.

Ədalətsiz məhkəmə tərəfidən prosesin martın 2-də davam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, N.Kərimov əliyevlər rejiminin dövlət təhlükəsizliyi xidmətinin istintaq baş idarəsi tərəfindən aparılan “cinayət işi” üzrə “şübhəli şəxs” qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ŞƏRLƏNİB və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

İnqilab Əhədov 26 yanvar 2016-cı il tarixdə qanunsuz olaraq həbs edilib və 27 yanvar 2016-cı il tarixdə əliyevlər rejiminin dövlət təhlükəsizliyi xidmətinin istintaq baş idarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ŞƏRLƏNİB.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Diktaturaya yox!” şüarı iki gəncin həbsinə səbəb oldu
Yaponiya baş naziri “İŞİD”in edam etdiyi yaponlardan danışarkən ağlayıb
Samirra İmam Hadinin (ə) şəhadətinin ildönümü günü
Əbubəkr əl-Bəğdadinin yaralandığı ehtimal olunur
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ...
Prezidentə sui-qəsd: 5 ölü, 8 yaralı
Yəmənin müqavimətli xalqına eşq olsun!
M. Hüseyni: Anti-İİR təbliğatlara baxmayaraq xeyli sayda Misir Qariləri Quran ...
İşğalçı Səudiyyə rejimi Yəmənin taxıl daşıyan maşın karvanın bombaladı
Ömər ibni Əbdül-Əzizin dövründə

 
user comment