Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Mübahilə gününün əməlləri

Mübahilə gününün əməlləri

Mübahilə günündə:
- gözəl və təmiz paltar geyinmək,
- xoş ətir vurmaq,
- İmam Əli (ə) davamçılarını sevindirmək,
- Əhli-beyt (ə) davamçılarının təqsirlərindən keçmək,
- Əhli-beyt (ə) davamçılarının hacətlərini yerinə yetirmək,
- sileyi-rəhm etmək,
- möminlərə iftar yeməyi vermək,
- onların ziyarətinə getmək,
- təbəssüm etmək,
- möminlərə hədiyyə göndərmək,
- çoxlu salavat göndərmək - müstəhəb əməllərdəndir. (Avini)

Mübahilə elə bir gündür ki, Həzrət Peyğəmbər (s) mübarək əbasını İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsənin (ə) və imam Hüseynin (ə) üzərinə örtür və buyurur: “Allahım! Hər bir peyğəmbərin əhli-beyti olmuşdur ki, xüsusi insanlar idilər. Allahım, bunlar da mənim Əhli-beytimdir (ə). Ona görə də onlardan şəkk və günahı aradan qaldır və onları pak et”. Cəbrayil (ə) nazil olur və onların pak olmasına aid ayə gətirir. Həzrət Peyğəmbər (s) bu dörd nəfəri əbasınn altından çıxardır və xristianlar onları görən zaman Həzrətin (s) haqq olduğunu qəbul edir, mübahilə etmirlər. Bu günü İmam Əli (ə) üzüyünü yoxsula namaz halında sədəqə verir. O Həzrətin (ə) şənində ayə nazil olur. Bu gün şərəfli bir gündür və bir neçə əməli vardır.
1. Qüsl.
2. Oruc.
3. Qədir-Xum bayramında qılınan iki rükətli namaz kimi namaz qılmaq. Eyni vaxtda və eyni keyfiyyətdədir. Zöhr namazına yarım saat qalmış iki rükətli namazı qılmaq ki, hər rükətində bir “Həmd”dən sonra on dəfə “İxlas”, on dəfə “Ayətül-kürsü”, on dəfə “Qədr” surəsini oxumaq. Namazdan sonra 70 dəfə istiğfar etmək.
4. “Mübahilə” duasını oxumaq. Bu dua Ramazan ayının səhər duasına bənzəyir.
5. İmam Əlini (ə) ziyarət etmək.
6. “Cameə” ziyarətini oxumaq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment