Azəri
Friday 29th of March 2024
0
نفر 0

Başqalarını söymək və təhqir etməyin hökmü nədir?

Qadın və kişi bir-biri ilə dava-dalaşa başlayırlar. Qadının valideynləri qızlarının dilindən hadisəni külli şəkildə bildikdən sonra qarşı tərəf haqqında heç bir araşdırma aparmadan kürəkənlərinin ardınca söyüş söyüb, təhqir etməyə başlayırlır. ...ona şərəfsiz. dəli və qeyrətsiz kimi ifadələrlə təhqiamiz sözlər deyirlər. Sual budur ki, hətta əgər kürəkən günahkar də olsa, qadının valideynləri tərəfindən belə sözlərin ona qarşı işlədilməsini şəri baxımdan nə qədər düzgündür?
Qısa cavab
İslam müsəlmanların və xüsusilə, möminərin abır-həyalarını həmişə yüksək səviyyədə qorumağı tapşırır. İmam Kazimdən (əleyhissalam)nəql olunur ki, bir gün Məkkədə Kəbə evinin qarşısında durub Kəbəyə belə xitab edir: “Ey Kəbə! Sənin haqqın nə qədər böyükdür. Amma, Allaha and olsun ki, möminin haqqı sənin haqqından üstündür.”[1]
Başqa tərəfdən, İslamda söyüş söymək və təhqir etmək insanın ən çirkin sifətlərindən biri kimi tanıtdırılır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Allah-Taala Behişti, söyüş söyənə, pis dilə, həyasıza, danışığında dilin qoruya bilməyən insana haram etmişdir”[2]  Xüsusilə, çox zaman insanların hövsələsiz halda dillərinə gətirdikləri sözlər və ittihamların əksəriyyəti yalan və töhmətdir. Quranda dili pis olanlar haqqında oxuyuruq: “Allah (başqalarını) pis hərəkətlərinin açıq (ucadan) deyilməsini sevməz. Yalnız, zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!”[3]
Ona görə ki, Allah-Taala “Səttarul-uyub” (eybləri örtən)dir. Bu səbəbdən sevmir ki, həya pərdəsi aradan götürülsün və başqalarının eyblərini aşkar etsinlər və abır-həyalarını aparsınlar. Bundan əlavə bilirik ki, hər bir insanın hansısa sahədə zəif cəhəti də vardır. Əgər qərar olsa ki, hamı bir-birin zəif nöqtələrini açıb ağartsın cəmiyyətdə əcib bir çirkin bədbinlik ruhiyyəsi hakim olacaq. Bununla da, insnaların bir-biri ilə həmkarlığı böyük bir xətərlə üzləşəcək. Buna görə də ictimai əlaqələrin möhkəmlənməsi, insani cəhətlərin qornuması üçün hansısa düzgün hədəf olmadan, kiminsə abrını aradan aparmaq olmaz.[4]  Beləliklə, ayədə təkcə bir yerdə icazə verilir ki, başqalarının pislikləri cəmiyyətdə aşkarlansın. O da budur ki, zülmə məruz qalmış şəxslər, onlara zülm edən zalımların zülmünü aşkar bəyan edib başqalarına çatdırsınlar.
Bəs, xırda bir ixtilaf və dava-dalaşla heç kimə icazə verilmir ki, başqalarını təhqir etsin, abrın aparsın və eyblərini cəmiyyət içində açıb töksünlər. Əksinə, belə bir hal qarşıya çıxdıqda tam şkildə mülaiymliklə qarşı tərəfin eyblərini özünə xatırlatmalı və mehribançılıqla onları düzgün yola hidayət etməlidirlər. Xüsusilə, illərla yanaşı yaşayacağımız ən yaxın qohum-əqrabamız haqqında daha diqqətli olmaq lazımdır. Həmişə diqqət etmək lazımdır ki, dil yarası çox dərdli olar v insanın ruhiyyəsində çox uzun zaman təsir qoyur. Bu əsasla, əgər insandan belə bir xəta baş versə, yaxınlarını təhqir və ehtiramsızlıq etsə, ən yaxın fürsətdə üzürxahlıq etməli və vurduğu böhtan və töhmətin təsirini aradan aparmağa çalışmalıdır.
Digər tərəfdən, hər kəs, yaxınları tərəfindən töhmət və təhqir olunmuş olarsa, özünün böyüklyü və qəlb genişliyinə görə (yəni, Allahın ona verdiyi səbr və hövsələyə görə) bu mövzunu tez yaddan çıxarmalı və qarşı tərəfin kin-küdurətini qəlbində saxlayıb onun əvəzini çıxmaq fikrində olmamalıdır. Xüsusilə, insanın boynunda haqqı olan ən yaxın qohumları o cümlədən ata-anası, qardaşı, həyat yoldaşı tərəfindən belə hadisə ilə üzləşərsə, daha tez barışmalıdır.   Beləliklə, bütün bu umu-küsünü tamamilə unutmalı və onu da bilməlidir ki, Allah-Taala belə bağışlamaları heç vaxt mükafatsız qoymaz.
 
[1] Müstədrəkül-vəsail, c.9; səh.344; hədis-11039;
[2] Biharul-Ənvar, c.60; səh.207; hədis 39; Əl-Kafi,
[3] Nisa surəsi 148
[4] Təfsir Nümunə, c.4; səh.184

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd

 
user comment