Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Qəlbdə Allah məhəbbətinin qərar tutması üçün nəyi anlamaq lazımdır?

Qəlbdə Allah məhəbbətinin qərar tutması üçün nəyi anlamaq lazımdır?

İslam dinində məhəbbətin uca məqamı vardır və yaxşı olar ki, yaxşı insanların sevgisini ürəyimizə buraxaq.
Çünki o şeyə ki, məhəbbət göstəririk, zaman keçdikcə ona yaxınlaşır və ülfət qururuq.
Əlbəttə sevginin və məhəbbətin ən uca forması – İlahi məhəbbətdir. Allahla ülfət bağlamaqda elə ləzzətlər gizlənmişdir ki, heç bir şey onunla bərabər ola bilməz.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Musa ibni İmrana (ə) vəhy edir: “Məni sev və Mənim sevgimi başqa qəlblərə də yay”. Musa (ə) deyir: “Allahım! Mən səni sevirəm, ancaq Səni bəndələrinin yanında necə məhbub edim ki?”. Allah buyurur: “Onlara verdiyim nemətləri onların yadına sal. Onlar Məndən yaxşılıqdan savayı bir şey görməyiblər”. (Həvzəh)
O qəlb ki, Allahı yada salmır, Allah o qəlbə müraciət etməz. İmam Hüseyn (ə) buyurur: “Allahım! Sən başqalarına olan meyli dostlarının qəlbindən çıxartmısan ki, Səndən başqasını sevməsinlər”.
Qurani-Kərimin bəzi ayələrinə əsasən, insanların bəzisi İlahi sevgidən nəsibsizdirlər. Bu, o kəslərdir ki, onlar üçün ilk planda malları, məqamları, qohum-əqrəbəsi durur. Halbuki, möminlər üçün Allah sevgisindən üstün sevgi yoxdur. Allah Təala Quranda onların haqqında belə buyurur: “İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır”. (“Bəqərə” 25).
İmam Səccad (ə) buyurur: “Allahım, məni o kəslərdən qərar ver ki, canlarının dərinliyini Öz məhəbbətinlə doldurmuş və onları xoş zülalından sirab etmisən. Lütfünün sayəsində ləzzət verən münacatları əldə ediblər”.
İlahi məhəbbətdən sonra möminlərin qəlbində Həzrət Peyğəmbərin (s) məhəbbəti qərar tutar. Həqiqi iman o zaman həyata keçər ki, mömin o Həzrəti (s) hamıdan və hər şeydən daha çox sevər.
Hədislərin birində oxuyuruq: “Sizlərdən heç biriniz (həqiqi) iman gətirməmişdir, məgər o halda ki, mən onun yanında özündən, övladlarından, atasından və bütün insanlardan daha sevimli olum”.
Həzrət Peyğəmbər (s) məhəbbəti Əhli-beyt (ə) sevgisi ilə bir yerdə olmalıdır. Allah Təala bu barədə buyurur: “De: «Sizdən bunun(İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).
Həzrət Peyğəmbər (s) buyurur: “Allahı sizə verən nemətlərinə görə sevin və Allaha sevginiz vasitəsilə məni sevin. Əhli-Beytimi (ə) mənə məhəbbətinizə görə sevin”.
Deməli, möminin qəlbində ilk İlahi sevgi olmalıdır və bu sevgi Həzrət Peyğəmbəri (s) sevməyə gətirib çıxardar. Hər kim Peyğəmbəri (s) sevər, onun pak Əhli-Beytini (ə) də sevər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment