Azəri
Friday 31st of March 2017
code: 81116
Hicaba riayət etməmək – kəbirə günahdır

İslam dinini vacibatlarından biri hicab mövzusudur.
Deyerler.org: İslam dinini vacibatlarından biri hicab mövzusudur. “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.”. (“Nur” 31).
Bu ayədən bir neçə nəticə çıxartmaq olar:
1. Müsəlman - istər qadın olsun, istərsə də kişi - gərək pis nəzərlərdən çəkinsinlər.
2. Qadınların xüsusi geyimi olmalıdır və zinətlərini naməhrəmlərdən gizlətməli və başqa kişilərin diqqətini cəlb etməyə çalışmamalıdır.
Məsumlardan (ə) gələn hədislərə nəzər salan zaman da görmək olur ki, hicab mövzusu çox mühüm mövzulardandır. Hicab - həya və iffət deməkdir.
İmam Sadiqdən (ə) soruşurlar ki, qadının hansı yerinə nəzər salmaq olar? Həzrət (ə) buyurur: “Üzə və iki ələ baxmaq caizdir”.
Yəni qadının başqa yerlərinə baxmaq haramdır. Qadın üçün də vacibdir ki, üzü və əllərindən başqa hər yerini bağlasın.
Beləliklə deyə bilərik ki, müsəlman qadın gərək bədənini naməhrəmin nəzərindən qorumaq üçün bağlasın. Ona görə də hər kim hicaba riayət etməzsə, kəbirə günah işlətmiş olar. İmam Əli (ə) nəql edir ki, bir gün Həzrət Zəhra (s.ə) ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə getmişdik və Həzrəti (s) ağlayan halda gördük. Dedim: “Atam-anam sənə fəda olsun, ya Rəsulallah! Sizin ağlamağınıza nə səbəb olmuşdur?”. Həzrət (s) buyurdu: “Ya Əli! O gecə ki, məni səmaya apardılar, ümmətimdən olan bir neçə qadını əzabda gördüm. Onların halına təəccüb etdim. Əzabın şiddətindən ağladım. Bir qadın gördüm ki, saçlarından asılmışdır. Beyni istinin şiddətindən qaynayırdı. Bir qadın gördüm ki, dilindən asılmışdır və cəhənnəmin qaynar suyunu boğazına tökürlər. Bir qadın gördüm ki, sinəsindən asılmışdır, bir qadın gördüm ki, öz bədəninin ətini yeyir və atəş altından şölələnir. Qadın gördüm ki, ayaqları əllərinə bağlanmışdır, ilanlar və əqrəblər ona hakim olmuşdur. Kar, kor və lal qadını gördüm ki, atəşdən olan tabutdadır və beyni burnundan bayıra tökülür. Bədəni xoradan parça-parça olmuşdur. Bir qadın gördüm ki, atəşdən olan təndiri ayaqlarından asıblar və qadın gördüm ki, bədənin ətini qabaqdan və arxadan atəşli qayçı ilə kəsirlər. Qadın gördüm ki, üzü və qolları yanmışdır və öz bağırsaqlarını yeyir. Qadın gördüm ki, üzü donuz üzüdür, bədəni uzunqulaq və ona minə yaxın əzab verilir. İt sifətində olan qadın gördüm ki, atəş arxasından daxil olur və ağzından bayıra çıxır.
Həzrət Fatimə (s.ə) buyurur: “Ey Mənim Həbibim! Ey gözlərimin nuru! Mənə xəbər verin ki, onların əməli nə olmuşdur ki, Allah onlara bu əzabı hakim etmişdir?”.
Həzrət (s) buyurur: “Ey qızım! O qadın ki, saçlarından asılmışdır, saçlarını naməhrəm kişilərdən bağlamaz. O qadın ki, dilindən asılmışdır (dili ilə) ərini incidər. O qadın ki, sinəsindən asılmışdır - qadınlıq vəzifəsini yerinə yetirməkdən boyun qaçırdıb. O qadın ki, ayaqlarından asılmışdır, ərinin icazəsi olmadan evdən bayıra çıxırmış. O qadının ki, ayaqları əllərinə bağlanıb və ilanlar, əqrəblər ona hakim olmuşdur - o kəsdir ki, özünü yumurdu və paltarlarını pak etmirdi, bədənini nəcasətdən pak etmirdi və namazı yüngül hesab edirdi. O qadın ki, kar, kor və lal idi - zinadan övlad doğmuş və ərinin boynuna atmışdır. O qadının ki, ətini qayçı ilə kəsirdilər - özünü naməhrəm kişilərə nümayiş etdirərdi ki, ona rəğbət bəsləsinlər. O qadın ki, donuz simasında idi, söz gəzdirən və yalançıdır. İt sifətində olan qadın isə xanəndə və müğənni idi”.

user comment
 

latest article

  Kamil möminin sahib olduğu 4 xüsusiyyət
  Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri
  Qadında Bəyənilən Sifətlər
  Hicaba riayət etməmək – kəbirə günahdır
  HАLАL RUZİ»
  Azərbaycanda Şəhid Anası soruşur: Bəs niyə varlının balası şəhid olmur?
  Nardaran “işi”-2. İsa Şükürov: "İdealım İmam Hüseyndir"
  Jurnalist: Şeyx Sərdar Beynəlxalq İslam Oyanışı Təşkilatında təmsilçimizdir
  Paxıllıq haqqında
  ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1