Azəri
Thursday 27th of April 2017
code: 81133
Allah Təala tövbəkarların halına sevinir

Tövbə - əxlaqın ən mühüm mövzularından olub, ardınca misilsiz sayda xeyir və mənfəətlər gətirər. İnsanı əvvəl olduğu haldan daha yüksəkdə qərar verər. Allah Təala Quranda buyurur: “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (“Şura” 25). Allah təvvabinləri sevər.

 

Allah Təbarəkə və Təala möminlərə xatırladır: “Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar”. (“Tövbə” 11).

 

Həzrət Peyğəmbər (s) buyurur: “Günahına görə tövbə edən o kəs kimidir ki, günahı yoxdur”.

 

Tövbə mövzusunda mühüm olan şey – tövbə halının olmasıdır. Yəni insanın batinində baş verən daxili inqilab mütləq olmalıdır. Nişanəsi də gözdən axan yaşlar və nalələrdir. İnsan keçmiş əməllərinə görə peşman olar və gələcəyə ümid bəsləyər. Yaxşı bilər ki, Allahdan savayı heç kəs keçmişindəki xataları aradan apara bilməz, çünki O, kərəm və fəzl sahibidir.

 

Tövbəni nəinki adi insanlar, hətta peyğəmbərlər (ə) də belə etmişdir. Adəm (ə) peyğəmbərdən başlayaraq, Yunus (ə) və başqa peyğəmbərlərə qədər. Qurani-Kərim Adəmlə (ə) bağlı buyurur: (Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”. (“Bəqərə” 37).

 

Həzrət Yunusla (ə) bağlı buyurur: “Qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyib və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam»”. (“Ənbiya” 87).

 

Həzrət Davudla (ə) bağlı buyurur: “Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək, üzü üstə düşüb (Allaha tərəf) qayıtdı”. (“Sad” 24).

 

Peyğəmbərlərin (ə) tövbə edən zaman keçirtdikləri o nalə və ahu-zar halı həqiqi tövbə halıdır. Əgər kimdəsə həmin bu hal meydana gələrsə, halını möhkəm dəyişdirər. Onlar yaxşı bilirdilər ki, Allah təvvabinlərə xüsusi nəzər salır. Bu da tövbə şovqünü daha da artırırdı.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah, bəndəsinin tövbəsinə görə sonsuz olub övlad sahibi olandan və o kəs ki, itirdiyini tapar və suya yetişən susuzdan daha çox sevinər”.

user comment
 

latest article

  ABNA Məbəs Bayramını təbrik edir
  ABNA “Məbəs” gecəsi və gününün əməllərini təqdim edir
  İmam Musayi-Kazim (ə)-ın şəhadəti
  Odun içində qala bilən İmam
  İMAM KAZİM (Ə) VƏ ETİQADİ MƏSƏLƏLƏR
  Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?
  İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
  Quranda şirk (Allaha şərik qoşmaq)
  İnsanın ən böyük eybi – özündə olan qəbahəti başqalarında tutmaq istəməkdir
  Allah insanı niyə yaratmışdır?