Azəri
Tuesday 26th of September 2017
code: 81178
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları

Əhli-sünnənin dörd məzhəbindən birincisi hicri 80-ci ildə dünyaya gəlib hicri 150-ci ildə vəfat etmiş və İmam Sadiqin (ə) şagirdi olmuş Əbu Hənifə Noman ibn Sabitin adı ilə bağlı olan “hənəfi” məzhəbidir.
İkinci məzhəb hicri 93-cü ildə doğulan və 179-cu ildə vəfat edən Malik ibn Ənəsə mənsubdur.
Üçüncü məzhəb hicri 150-ci ildə dünyaya gəlib 204-cü ildə vəfat edən Məhəmməd ibn İdris Şafeinin adına nisbət verilən “şafei” məzhəbidir.
  Dördüncü məzhəb isə hicri 164-ci ildə doğulan və 241-ci ildə vəfat edən Əhməd ibn Hənbələ mənsub olan “hənbəli” məzhəbidir. Əhli-sünnənin birinci məzhəbinin əsasını qoyan şəxs İslam günəşinin doğmasından bir əsr yarımdan sonra cəmiyyətdə meydana çıxaraq bu məzhəbi insanlara təqdim etmişdir. Amma şiə məzhəbinin banisi Allahın Rəsulunun (ə) şəxsən özü olmuşdur. İslam Peyğəmbərinin (s) dilindən “Əlinin (ə) şiələri” sözü ilə bağlı çoxlu sayda rəvayət nəql edilmişdir.
  Əhli-sünnənin mötəbər mənbələrində Peyğəmbərin (s) dilindən “Əli şiəsi” sözünün işləndiyini bildirən təqribən 42 hədis və rəvayət qeyd edilmişdir. O cümlədən, Süyuti “Durrul-mənsur” kitabında – “Bəyyinə” surəsi, ayə 7-ci ayənin – “İman gətirib yaxşı işlər görənlər yaradılmışların ən yaxşısıdırlar.” –izahında aşağıdakı ifadələri işlətmişdir:
  Cabir ibn Abdullah Ənsari deyir: “Biz Allah Rəsdulunun (s) yanında idik. Əmirəl-möminin Əli (ə) gəldi və Peyğəmbər (s) buyurdu:


و الذی نفسی بیده إن هذا و شیعته لهم الفائزون یوم القیامة

“Bu Əli və onun şiələri qiyamət günü nicat tapanlardandırlar.””
(“Durrul-mənsur”, c. 6, səh. 379; “Fəthul-qədir”, c. 5, səh. 477; “Dəməşqin tarixi”, c. 42, səh. 371; Həskani, “Şəvahidut-tənzil”, c. 2, səh. 468, Xarəzmi, “Mənaqib”, səh. 111, hədis 120)
  Həmin ifadələr İbn Əsakirin “Dəməşq tarixi” kitabı, 42-ci cild, 333-cü səhifəsində Əbu Səid Xudridən nəql edilmişdir.
Həmçinin, İbn Əsakirin “Dəməşq tarixi” kitabı, 42-ci cild, 333-cü səhifəsində və Bəlazurinin “Ənsabul-əşraf” əsərinin 182-ci səhifəsində Ümmül-möminin Ümmü Sələmədən nəql olunmuşdur.
Əhli-sünnənin böyük şəxsiyyətləri Peyğəmbər (s) səhabələrindən bu haqda çoxlu sayda rəvayətlər nəql etmişlər.
İkinci qisimdən olan rəvayətlər Allah Rəsulunun (s)


أُولَئِکَ هُمْ خَیْرُ الْبَرِیَّةِ

“İman gətirib yaxşı işlər görənlər – onlar yaradılmışların ən yaxşısıdırlar.” – ayəsinin həzrət Əli (ə) haqqında nazil olmasını buyurduğunu bildirir.
Təbəri öz sənədlərinə əsasən Əbu Carudun İmam Baqirdən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:


انت یا علی و شیعتک

“Ey Əli! “Yaradılmışların ən yaxşısı” ayəsindəki məqsəd sən və sənin şiələrindir.”
(Süyuti, “Durrul-mənsur”, c. 6, səh. 379; “Ruhul-məani” təfsiri, c. 30, səh. 207.)
Həmçinin, həmin ayə haqqında Süyuti başqa bir hədisi nəql etmişdir. Həmin rəvayətdə Allahın Rəsulu (s) buyurur:


 انت و شیعتک یوم القیامة راضین مرضیین.

“Ey Əli! Sən və sənin şiələrin qiyamət günü məşhərə həm Allahın onlardan razı olduğu, həm də onların Allahdan razı olduğu halda daxil olacaqlar.”
(Süyuti, “Durrul-mənsur”, c. 6, səh. 379; İbn Həcər Heysəmi, “əs-Səvaiqul-muhriqə”, səh. 161.)


أنت و شیعتک فی الجنة

Üçüncü qisimdən olan və Ümmü Sələmə və Əbu Səid Xudridən nəql edilən rəvayətlərə əsasən, Allahın Rəsulu (s) Əmirəl-mömininə (ə) belə buyurmuşdur:


أنت و شیعتک فی الجنة

“Sən və sənin şiələrin cənnətdə olacaqlar.”
(Təbərani, “Mucəmul-əvsət”, c. 6, səh. 354; Xətib Bağdadi, “Bağdad tarixi”, c. 12, səh. 353; Heysəmi, “Məcməuz-zəvaid”, c. 9, səh. 173; Müttəqi Hindi, “Kənzul-ummal”, c. 1, səh. 323)
Digər qisimdən olan hədis və rəvayətlərdə İbn Abbasdan belə nəql olunmuşdur:


سماها فاطمة لإنها تفطم شیعتها من النار.

“Xanım Fatiməni (s) ona görə Fatimə adlandırmışlar ki, onun şiələri qiyamət günü cəhənnəm oduna daxil olmayacaqlar. Həmçinin, şiələrin bədəni cəhənnəm oduna haramdır.”
(Zəhəbi, “Mizanul-etidal”, c. 3, səh. 439; İbn Həcər, “Lisanul-mizan”, c. 3, səh. 267.)
Əli (ə) və onun şiələri ifadəsi əhli-sünnənin mənbələrində 41 dəfə aşağıdakı şəkildə qeyd edilmişdir:


انت و شیعتک هم الفائزون، انت و شیعتک فی الجنه، انت و شیعتک راضین مرضیین

Lüğətçilər və ya əhli-sünnə böyük şəxsiyyətlərinin nələri qeyd etməsi barədə əhli-sünnə lüğətşünası (leksikoqrafı) və “ən-Nihayətu fi ğəribil-hədis” kitabında Peyğəmbərin (s) bütün rəvayətlərini lüğəvi baxımdan həmin kitabda bir yerə toplayan İbn Əsir belə yazır:


و قد غلب هذا الاسم على کل من یزعم أنه یتولى علیا رضی الله عنه و أهل بیته، حتى صار لهم اسما خاصا، فإذا قیل فلان من الشیعة عرف أنه منهم.

“Şiə” sözü həzrət Əlinin (ə) imam və vəli olmasına etiqad bəsləyən kəslər haqqında istifadə edilir. Onlar həzrət Əli (ə) və onun Əhli-beytinin (ə) Allah-taala tərəfindən “imamlıq” məqamına təyin olunduğuna inanırlar. Beləliklə, “şiə” sözü bu şəxslərə şamil olan bir addır.
(“ən-Nihayətu fi ğəribil-hədis”, c. 2, səh. 519; İbn Mənzur, “Lisanul-ərəb”, c. 8, səh. 189; Firuzabadi, “Qamusul-muhit”, c. 3, səh. 47; Zubeydi, “Tacul-ərus”, c. 5, səh. 405.)
Əhli-sünnənin kəlami (etiqadi) məktəblərindən biri olan “Əşairə” məktəbinin başçısı Əşəri şiə sözünün İslam tarixində işlədilmiş olan qədim sözlərdən olmasına və aşağıdakı kəslər haqqında işlədilməsinə inanır:


و إنما قیل لهم (شیعة) لأنهم شایعوا علیا، و یقدمونه على سائر أصحاب رسول الله (صلی الله علیه و آله)

“Onlar həzrət Əlinin (ə) ardıcıllarıdır və onu digər səhabələrdən üstün hesab edirlər.”
(“Məqalatul-İslamiyyin”, c. 1, səh. 65.)
İbn Xəldun özünün “Tarix” kitabında həmin sözü işlədərək yazır:


إعلم أن الشیعة لغة هم الصحب و الاتباع و یطلق فی عرف الفقهاء و المتکلمین من الخلف و السلف على اتباع علی و بنیه رضی الله عنهم.

“”Şiə” sözü keçmiş və hazırkı fəqih və mütəkəllimlərin leksikologiyasında Əmirəl-möminin Əlinin (ə) övlad və tərəfdarlarına şamil edilir.”
(İbn Xəldun, “Tarix”, c. 1, səh. 196.)
Peyğəmbərin (s) həyatda olduğu zamanda səhabələr arasında Əli ibn Əbi Talibin (ə) şiələri məsələsindən söhbət açılmışdır. Əmirəl-möminin Əlinin (ə) tərəfdarları olan bir dəstə həzrət Əlinin şiə və ardıcılları ünvanında tanınmışdır. Əhli-sünnənin tanınmış şəxsiyyətlərindən olan Əbu Hatəm Razi “əz-Zinətul-vərəqə” kitabının 259-cu səhifəsində aşkarcasına belə yazır:


و کان یقال لهم شیعة علی و أنصار علی و فیهم قال رسول الله صلى الله علیه و آله و سلم اشتاقت الجنة إلى أربعة سلمان و أبی ذر و المقداد و عمار

“Peyğəmbərin (s) zamanında Salman Farsi, Əbuzər Qəffari, Miqdad və Əmmar Yasir kimi bir sıra səhabələr həzrət Əlinin (ə) şiələri adı ilə tanınırdılar.”
Maraqlı burasındadır ki, Dəməşqin ərəbdilli elmi şöbəsinin rəisi, əhli-sünnənin seçilən şəxsiyyətlərindən olan və 1293 h.q. ildə vəfat edən Məhəmməd Kord Əli və vəhhabi alimlərindən olan Zirikli “əl-Əlam” kitabının, 6-cı cildinin 203-cü səhifəsində Məhəmməd Kord Əlinin geniş avtobiaoqrafiyasını qələmə almışdır. Onun nəzərləri bütün islami firqələr tərəfindən təsdiqlənir. O yazır:


عرف جماعة من کبار الصحابه بموالاة علی فی عصر رسول الله صلی الله علیه و آله و سلم.

(Məhəmməd ibn Əbdürrəzzaq, Kord Əli (vəfatı: 1372 h.q.), “Xutətuş-Şam”, c. 6, səh. 245. Nuri nəşriyyatı, Dəməşq, 3-cü çap, hicri1403-cü il (1983-cü il))
Peyğəmbər (s) zamanında bir dəstə səhabə həzrət Əlinin (ə) səhabələri və ona tabe olanlar kimi tanınmışlar.
Sonra o, Əbu Səid Xudrinin belə dediyi bir rəvayəti qeyd edir:


أمر الناس بخمس، فعملوا بأربع و ترکوا واحدة و لما سئل عن الأربع؟ قال: الصلاة و الزکاة و صوم شهر رمضان و الحج و قیل: فما الواحدة التی ترکوها؟ قال: ولایة علی بن أبی طالب، قیل له: و إنها لمفروضة معهن؟ قال: نعم.

“Allahın Rəsulu (s) camaata göstəriş vermişdi ki, beş şeyə İslamın rüknü (əsası) ünvanında əməl etsinlər. Camaat onun dördünə əməl etdi və beşinci rüknü isə tərk elədi. Soruşdular: “Əməl edilən dörd rükn hansı idi?” Dedi: “Namaz, oruc, həcc, zəkat.” Soruşdular: “Əməl edilməyən beşinci rükn hansı idi? ” Dedi: “Əli ibn Əbi Talibin (ə) vilayəti.”
Soruşdular: “Əli ibn Əbi Talibin (ə) vilayəti namaz, oruc, həcc və zəkat kimi camaata vacib idimi?” Cavab verdi: “Bəli, onlar vacib olduğu kimi, Əlinin vilayəti də camaata vacib idi.”
(Məhəmməd ibn Əbdürrəzzaq, Kord Əli (vəfatı: 1372-ci il), “Xutətuş-Şam”, c. 6, səh. 245. Nuri nəşriyyatı, Dəməşq,3-cü çapı, hicri1403-cü il (1983-cü il))
Qeyd edilən rəvayət şiə rəvayəti deyil, əksinə əhli-sünnə rəvayətidir.
Sonra Peyğəmbərin (s) böyük səhabələrindən həzrət Əlinin (ə) vilayətində olan və onun vilayətinə etiqad bəsləyənlər kimi tanınan bir sıra səhabələrin adlarına işarə etmişdir:


مثل أبی ذر الغفاری و عمار بن یاسر و حذیفة بن الیمان و ذی الشهادتین خزیمة بن ثابت و أبی أیوب الأنصاری و خالد بن سعید بن العاص و قیس بن سعد بن عبادة، سلمان فارسی، ابوذر غفاری، عمار یاسر، حذیفه یمانی، ذو شهادتین، ابو ایوب انصاری، ‌خالد بن سعید، قیس بن سعد و ...

(“Xutətuş-Şam”, c. 5, səh. 251-256.)
Xətib Bağdadi incə bir məzələyə toxunmuşdur:
“Böyük şəxslərdən biri Abdullah ibn Əhrəmdən soruşurlar ki, nə üçün Buxari “Səhih” kitabında Peyğəmbərin (s) böyük səhabələrindən olan Əbu Tufeyl Amir ibn Vasiləin hədislərini nə üçün qeyd etməmişdir? O, belə cavab verir:


أَخْبَرَنَا مُحَمَّدُ بْنُ أَحْمَدَ بْنِ یَعْقُوبَ , أَخْبَرَنَا مُحَمَّدُ بْنُ نُعَیْمٍ الضَّبِّیُّ , قَالَ: سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ بْنَ الْأَخْرَمِ الْحَافِظَ , وَسُئِلَ: لِمَ تَرَکَ الْبُخَارِیُّ حَدِیثَ أَبِی الطُّفَیْلِ عَامِرِ بْنِ وَاثِلَةَ , قَالَ: «لِأَنَّهُ کَانَ یُفْرِطُ فِی

“Ona gör ki, o, şiəlik və həzrət Əlinin (ə) şiəsi olmaq məsələsində möhkəm dayanan kəslərdən idi.””
(Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit ibn Əhməd ibn Mehdi əl-Xətib Bağdadi (vəfatı: hicri 463-cü il), əl-Kifayətu fi elmir-rəvayət, c. 1, səh. 131, tədqiqatçı:Əbu Əbdillah Surəqi, İbrahim Həmdi əl-Mədəni, Elmiyyə nəşriyyatı, Mədinə şəhəri.)
Yəni, Buxari şiə olmaqda ittiham edilən və həzrət Əlinin (ə) şiəsi kimi tanınan Peyğəmbərin (s) böyük səhabələrindən rəvayət nəql etməmişdir.
Əhli-sünnə alimlərindən olan Doktor Sübhi Saleh belə qeyd edir:


 کان بین الصحابة حتى فی عهد النبی (صلی الله علیه و آله) شیعة لربیبه علی، منهم: أبوذر الغفاری، المقداد بن الأسود، جابر بن عبد الله، أبی بن کعب، أبو الطفیل عمر بن واثلة، العباس بن عبد المطلب و جمیع بنیه، عمار بن یاسر، أبو أیوب الأنصاری.

  “Allah Rəsulunun (s) zamanında Əmirəl-mömininin (ə) şiələri kimi tanınan bir dəstə məşhur səhabə vardı. O cümlədən, Əbuzər, Miqdad, Cabir, Əmmar və sairə.”
(“ən-Nizamul-İslamiyyə”, səh. 96.)
Doktor Məhəmməd Abdullah Ənnan Misri şiənin əleyhinə nəzəriyyələrinin olmasına baxmayaraq, belə qeyd edir:


من الخطأ أن یقال: إن الشیعة ظهرت و لأول مرة عند انشقاق الخوارج؛ بل کان بدء الشیعة و ظهورهم فی عصر الرسول (صلى الله علیه و آله و سلم).

  “Bəzilərinin şiəliyin sonradan meydana çıxmasını söyləməsi yanlışdır, əksinə şiəlik Peyğəmbər (s) zamanından formalaşmağa başlamışdır.”
(Abdullah Nemət, “Ruhut-təşəyyo” (şiəlik ruhu), səh. 20.)
Əhli-sünnənin böyük alimləri “Zuxruf” surəsinin 45-ci ayəsinin وَ اسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِکَ مِنْ رُسُلِنَا  “Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş.” izahında belə nəql edirlər:
Abdullah ibn Məsud Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:


قال النبی (صلی الله علیه و آله) یا عبدالله! أتانی ملک، فقال: یا محمد! «وَ اسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِکَ مِنْ رُسُلِنَا» علی ما بعثوا؟ قال: قلت علی ما بعثوا؟ قال علی ولایتک و ولایة علی ابن ابیطالب.

“Mənim yanıma bir mələk gəlib dedi: Öncəki peyğəmbərlərdən sizin risalət və besətinizin nəyə əsaslandığını soruşun. Soruşdum: “Əvvəlki peyğəmbərlər nəyə əsasən peyğəmbərliyə seçilirdi?” Mələk dedi: “Öncəki peyğəmbərlərin hamısı sənin və Əli ibn Əbi Talibin (ə) vilayətinə əsasən peyğəmbərliyə seçilirdi.””
(İbn Əsakir, “Dəməşqin tarixi”, c. 42, səh. 241; “Sələbi” təfsiri, c. 8, səh. 337; Hak

user comment
 

latest article

  MÜBARIZƏ VƏ CIHAD ALOVU (1)
  MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
  HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
  İMAM HÜSEYN (Ə)
  GƏLƏCƏKDƏN XƏBƏR!
  IZZƏTLI ÖLÜMÜN ZILLƏTLI ÖLÜMDƏN ÜSTÜNLÜYÜ
  YA HÜSEYN
  KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (2)
  KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)
  İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)