Azəri
Tuesday 21st of November 2017
code: 81180
Namaz "Nəhcül-Bəlağə"də (3)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-Kərimin “Məaric” surəsində daim namaz qılanlardan söz açılır.(1) Namaz Allahın zikridir. Yəni Allahı yada salmaq vasitəsidir. Allahı daim zikr edən şəxs daim namaz qılanlara bənzəyir. Yəni insan eynilə namazdakı kimi Allahın hüzurunda olduğunu dərk etmiş olur. Deməli, söhbət gecə-gündüz namazla məşğul olmaqdan getmir. Çünki, gecə-gündüz namaz qılmaq həm bizdən istənilməyib, həm də mümkünsüzdür. Amma gecə-gündüz Allahı zikr etmək həm mümkündür, həm də vacib. “Namazın haqqını  elə bir möminlər tanıyırlar ki, dünya malının zinəti, övlad və var-dövlət kimi göz qamaşdıran olan şeylər onları namazdan saxlamır.(2) Qurani-Kərim: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.”(3)


قَدْ عَرَفَ حَقَّهَا رِجَالٌ مِنَ الْمُؤْمِنِينَ الَّذِينَ لَا تَشْغَلُهُمْ عَنْهَا زِينَةُ مَتَاعٍ وَ لَا قُرَّةُ عَيْنٍ مِنْ وَلَدٍ وَ لَا مَالٍ يَقُولُ اللَّهُ سُبْحَانَهُ رِجالٌ لا تُلْهِيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَ إِقامِ الصَّلاةِ وَ إِيتاءِ الزَّكاةِ
 

  Bundan öncəki yazılarda namaz (sözlərini) oxumaqla namaz qılmağın fərqinə işarə etmişdık. Bu yazıda isə namaz “qılmaq”-ın son mərhələ olmadığını deyirik. Yəni namaz qılan şəxs “namaz qılmaq” mərhələsindən  “namazı sevmək” mərhələsinə qədəm qoymalıdır. Kərbəla vaqiəsi, Əməvilər, Mərvanilər və Abbasilərin tarixlərdən silinməsinə səbəb oldu. Onlar öz dövürlərində Kərbəla hadisəsini unutdurmaq üçün əllərindən gələni etsələr də bu mümkün olmadı. Məhz namazı sevənlər bu iqtidariyyətə malik ola bilərlər. İmam Hüseyn (ə.s) Aşura günü buyurdu: أَنِّي أُحِبُ الصَّلَاة “Mən namazı sevirəm”.(4) Deməli, ibadət etmək mühüm deyil, ibadətə aşiq olmaq, namaz və onun batinini sevmək mühümdür. “Namaz qılan” şəxslə, “Namazı sevən” imam Hüseyn (ə.s) arasında çox böyük fərq vardır. Eyni adlı yazının birinci və ikinci hissələrində İmam Əlidən (ə.s) namza dair istiqamətverici və nurani kəlamları nəql etmişdik. Bu yazıda da həmin mövzunu davam etdiririk:
1- Camaat namazı:
   Camaat namazı-camaatla birlikdə qılınan namazdır. Camaatla qılınan namazın furada qılınan namazdan daha üstün olması haqqında çoxlu hədislər var. Camaat namzı qılarkən sıralar nizam-intizamlı olmalı və sırada duranların arasında məsafə olmamalıdır. Imam, halı nisbətən zəif olan məmumları nəzərə alaraq qunut, rüku və səcdələri uzatmaması müstəhəbdir. Çünki, yaşlı insanlar və fiziki qüsuru olanlarlar adətən namazı yavaş-yavaş qılarlar. Amma məmumlar, imamın rüku və səcdələri uzatmasına meylləri olarsa, bu hal istisnadır. Camaat namazının fəziləti (savabı), şərtləri və hökmləri barədə “mərcəi-təqlid” müctehidlərin risalələrində ətraflı şəkildə izah verilmişdir. Burada camaat namazının zəruri hökmlərindən birini Nəhcül-Bəlağədən nəql edirik:


وَ إِذَا قُمْتَ فِي صَلَاتِكَ لِلنَّاسِ فَلَا تَكُونَنَّ مُنَفِّراً وَ لَا مُضَيِّعاً  فَإِنَّ فِي النَّاسِ مَنْ بِهِ الْعِلَّةُ وَ لَهُ الْحَاجَةُ وَ قَدْ سَأَلْتُ رَسُولَ اللَّهِ ص حِينَ وَجَّهَنِي إِلَى الْيَمَنِ كَيْفَ أُصَلِّي بِهِمْ فَقَالَ صَلِّ بِهِمْ كَصَلَاةِ أَضْعَفِهِمْ وَ كُنْ بِالْمُؤْمِنِينَ رَحِيما
 

“Namazını camaatla qılanda (camaat namazında, onu uzadaraq) xalqı özündən uzaq və incik, namazı isə (vacib yerlərini tərk etməklə) zay və xarab etmə. Çünki camaat içərisində əlil, xəstə, möhtac və işi olan var (ki, əlil və xəstənin namazı uzatmaq taqəti və gücü, işi olanın isə vaxtı yoxdur). Allahın Peyğəmbəri (s) məni Yəmənə göndərəndə soruşdum ki, onlarla necə namaz qılım? Buyurdu: «Onlarla ən zəif və acizləri kimi namaz qıl və möminlərə qarşı mehriban ol!”(5)


أَمَّا بَعْدُ فَصَلُّوا بِالنَّاسِ الظُّهْرَ حَتَّى تَفِي ءَ الشَّمْسُ [مِثْلَ ] مِنْ مَرْبِضِ الْعَنْزِ وَ صَلُّوا بِهِمُ الْعَصْرَ وَ الشَّمْسُ بَيْضَاءُ حَيَّةٌ فِي عُضْوٍ مِنَ النَّهَارِ حِينَ يُسَارُ فِيهَا فَرْسَخَانِ وَ صَلُّوا بِهِمُ الْمَغْرِبَ حِينَ يُفْطِرُ الصَّائِمُ وَ يَدْفَعُ الْحَاجُّ إِلَى مِنًى وَ صَلُّوا بِهِمُ الْعِشَاءَ حِينَ يَتَوَارَى الشَّفَقُ إِلَى ثُلُثِ اللَّيْلِ وَ صَلُّوا بِهِمُ الْغَدَاةَ وَ الرَّجُلُ يَعْرِفُ وَجْهَ صَاحِبِهِ وَ صَلُّوا بِهِمْ صَلَاةَ أَضْعَفِهِمْ وَ لَا تَكُونُوا فَتَّانِينَ.

  “Bu məktub isə həzrət Əlinin (ə) şəhərlərin hakimlərinə namaz (onun vaxtı) barəsindəki məktublarındandır: “...zöhr (günorta) namazını camaatla günorta günəşin kölgəsi keçi ağılı (keçilərin yatdıqları yerin divarı) qədər qayıdan zamana kimi (hər bir şeyin kölgəsi onun özü miqdarında olana kimi) qılın. Həmçinin onlarla əsr (ikindi) namazını günün (sonunda deyil) bir hissəsində–(günəşin batmasına) iki ağac yol getmək mümkün olan qədər vaxt qalan zaman, günəş (solğun deyil) ağ və görünən olanda qılın. Oruc tutmuş şəxs iftar edəndə və hacılar (Ərafatdan) Minaya yola düşəndə, onlarla məğrib (axşam) namazını qılın. Onlarla, işa (xüftən) namazını isə qırmızılıq (qərbdən) çəkiləndən gecənin üçdə birinə kimi qılın. Şəxs öz dost və yoldaşının sifətini görüb seçə bildiyi zaman da onlarla sübh namazını qılın. Namazı onlarla onların ən zəifi kimi qılın (müstəhəb olan yerləri azaldın) və fitnə-fəsada səbəb olmayın”.(6)
2- Cümə namazı:
   Cümə namazı-cümə günü zöhr namazı əvəzinə qılınır. İslam dininə görə müsəlmanlar cümə namazını məsciddə camaatla birlikdə qılımalıdır. Bu namaz; 2 xütbə və 2 rikətli namazdan ibarətdir. Cümə namazı barədə Quran-Kərimin “Cümə” surəsindəki ayə belədir: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (7)
Həzrət Əli (ə.s) buyurur: “...Cümə günü namazda iştirak edənə kimi səfərə çıxma. Allah yolunda (din düşmənləri ilə cihada) getmək, yaxud üzrlü olduğun (və namaz vaxtına kimi qala bilmədiyin) səfər istisnadır...” (8)


وَ لَا تُسَافِرْ فِي يَوْمِ جُمُعَةٍ حَتَّى تَشْهَدَ الصَّلَاةَ إِلَّا فَاصِلًا فِي سَبِيلِ اللَّهِ أَوْ فِي أَمْرٍ تُعْذَرُ بِه

3- Müstəhəb namzlarda mötədillik:
   Müstəhəb namzlar çoxdur. Bu namazlar “nafilə” adlanır. Nafilə namzları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur. Nafilə namazlarını oturaq halda da qılmaq olar. Nafilə namzlarının xüsusi vaxtı var. Gündəlik nafilə namazlarının arasında gecə nafiləsinə daha çox üstünlük verilir. Nafilə namazları barədə xüsusi olaraq qeyd etmək lazımdır ki, insan nafilə namazlarını qılarkən vacib namazlara xələl gəlməyəcəyinə əmin olmalıdır. Vacib namazlara və ümumiyyətlə nafilə namazlarından daha zəruri olan hər bir şeyə zərəri olarsa nafilə namazı tərk olunmalıdır. Bir sözlə nafilə namazlar nə az, nə çox, orta vəziyyətdə qılınmalıdır. Həzrət Əli (ə.s) nafilə namazları barədə buyurur:


لَا قُرْبَةَ بِالنَّوَافِلِ إِذَا أَضَرَّتْ بِالْفَرَائِض

 “Müstəhəb əməllər vacibata zərər yetirəndə onların vasitəsi ilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil.”(9) Çünki vacib əməllərin yerinə yetirilməsində səhlənkarlıq edən kəs itaətsizlik edib və buna görə, cəzalandırılacaqdır. İtaətsizlik edən kəs əslində Allaha yaxınlaşmayıb, çünki, itaətsizliklə Allaha yaxınlaşmaq olmaz.


إِذَا أَضَرَّتِ النَّوَافِلُ بِالْفَرَائِضِ فَارْفُضُوهَا

“Müstəhəb əməllər vacibata ziyan vuranda (xələl gətirəndə) müstəhəbləri tərk edin”.(10)
4- Gecə namazı:
   Gecə namazını gecənin son üçdə birində sübh azanına yaxın qılmaq tösiyə olunmuşdur. Gecə namazı (nafiləsi) 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyəti ilə sübh namazı kimi 2 rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli “şəfi” namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan “vitr” namazı əda edilir.
İlahi əzabdan qorxmaq və gecə namazı: Həzrət Əli (ə.s) bu barədə buyurub:


فَاتَّقُوا اللَّهَ عِبَادَ اللَّهِ تَقِيَّةَ ذِي لُبٍّ شَغَلَ التَّفَكُّرُ قَلْبَهُ وَ أَنْصَبَ الْخَوْفُ بَدَنَهُ وَ أَسْهَرَ التَّهَجُّدُ غِرَارَ نَوْمِه

“Ey bəndələr, Tanrıdan qorxun! (Qiyamət gününün) fikiri ürəyini bürüdüyü, xof və qorxu bədənini incitdiyi, gecə ibadət və itaətlərinin az olan yuxusunu da əlindən aldığı, (Pərvərdigarın rəhmətinə) ümidin günün günorta çağı (isti və hərarətin şiddətli çağında) onu susuz saxladığı (gecələri oyaq, gündüzləri oruc olan), dünyaya meylsizliyi nəfsi istəklərinin qarşısını aldığı, Allahın zikri dilinin əzbəri olan ağıllı insanın qorxduğu tək qorxun!(11)
عِبَادَ اللَّهِ إِنَّ تَقْوَى اللَّهِ حَمَتْ أَوْلِيَاءَ اللَّهِ مَحَارِمَهُ وَ أَلْزَمَتْ قُلُوبَهُمْ مَخَافَتَهُ حَتَّى أَسْهَرَتْ لَيَالِيَهُمْ وَ أَظْمَأَتْ هَوَاجِرَهُم
“Ey Allahın bəndələri! Təqva və Allah qorxusu Tanrının dostlarını haram iş görməkdən saxlayır, (əzab) xof və qorxusunu ürəklərində yerləşdirir. Belə ki, onları gecələr (namaz üçün) oyaq və istinin cırhacırında (oruc üçün) təşnə saxlayır”. (12)
Həzrət Peyğəmbərin (s) bəzi səhabələri gecə namazı qılardılar:
لَقَدْ رَأَيْتُ أَصْحَابَ مُحَمَّدٍ )ص( فَمَا أَرَى أَحَداً يُشْبِهُهُمْ مِنْكُمْ لَقَدْ كَانُوا يُصْبِحُونَ شُعْثاً غُبْراً وَ قَدْ بَاتُوا سُجَّداً وَ قِيَاماً يُرَاوِحُونَ بَيْنَ جِبَاهِهِمْ وَ خُدُودِهِمْ وَ يَقِفُونَ عَلَى مِثْلِ الْجَمْرِ مِنْ ذِكْرِ مَعَادِهِمْ كَأَنَّ بَيْنَ أَعْيُنِهِمْ رُكَبَ الْمِعْزَى مِنْ طُولِ سُجُودِهِمْ إِذَا ذُكِرَ اللَّهُ هَمَلَتْ أَعْيُنُهُمْ حَتَّى تَبُلَّ جُيُوبَهُمْ وَ مَادُوا كَمَا يَمِيدُ الشَّجَرُ يَوْمَ الرِّيحِ الْعَاصِفِ خَوْفاً مِنَ الْعِقَابِ وَ رَجَاءً لِلثَّوَاب
“Mən Məhəmmədin (s) səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. Onlar səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qiyaməti xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər”. (13)
Həzrət Əlinin (ə.s) də bəzi dostları gecə namazı qılardılar:
أَيْنَ الْقَوْمُ الَّذِينَ …وَ لَا يُعَزَّوْنَ عَنِ الْمَوْتَى مُرْهُ الْعُيُونِ مِنَ الْبُكَاءِ خُمْصُ الْبُطُونِ مِنَ الصِّيَامِ ذُبُلُ الشِّفَاهِ مِنَ الدُّعَاءِ صُفْرُ الْأَلْوَانِ مِنَ السَّهَرِ... أُولَئِكَ إِخْوَانِي الذَّاهِبُونَ فَحَقَّ لَنَا أَنْ نَظْمَأَ إِلَيْهِمْ وَ نَعَضَّ الْأَيْدِي عَلَى فِرَاقِهِم
“Hanı İslama çağrılanda onu qəbul edənlər, Quranı oxuyub onu möhkəmləndirənlər...(Allahın xofundan) ağlamaqdan gözləri ağardı. Oruc tutmaqdan qarınları arıqladı, Dua etməkdən dodaqları qurudu. Oyaq qalmaqdan rəngləri saraldı...Onlar (imanda) qardaşlarım (və dostlarım) idilər ki, getdilər. Layiq olanı budur ki, onların (onlarla görüşün) təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək”. (14)

İstifadə olunan ədəbiyyat:
1-“Məaric” surəsi, 23-cü ayə.
2- “Nəhcül-Bəlağə”, 199-cu xütbə.
3- “Nur” surəsi, 37-ci ayə.
4- “Lühuf”, səh: 89.
5- “Nəhcül-Bəlağə”, 53-cü məktub.
6- “Nəhcül-Bəlağə”, 52-ci məktub.
7- “Cumuə” surəsi, 9-cu ayə.
8- “Nəhcül-Bəlağə”, 69-cu məktub.
9- “Nəhcül-Bəlağə”, 39-cu hikmət.
10- “Nəhcül-Bəlağə”, 279-cu hikmət.
11- “Nəhcül-Bəlağə”, 83-cü xütbə.
12- “Nəhcül-Bəlağə”, 114-cü xütbə.
13- “Nəhcül-Bəlağə”, 97-ci xütbə.
14- “Nəhcül-Bəlağə”, 121-ci xütbə.

user comment
 

latest article

  İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
  IMAM RZA ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
  Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək
  HӘZRӘT RZANIN OĞLUNA MӘKTUB
  HƏSƏN VƏ HÜSEN (ƏLEYHIMƏSSALAM) SIFFEYN MÜHARIBƏSINDƏ
  Düz danışmaq (düzgünlük)
  ALLAHIN RƏSULUNUN CANIŞINI
  RƏHMƏT
  Şər`i sual
  111-ci xütbə