Azəri
Monday 24th of April 2017
code: 81182
Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri

 “Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetişməz”.
Namaza əhəmiyyət vermək Allahın böyük mükafatları ilə nəticələndiyi kimi, namaza diqqətsiz yanaşmaq da bir çox ilahi əzabları insanlara nazil edir. Qurani-kərimdə namaza əhəmiyyətsiz yanaşmaığın bəlaları haqqında olan bir neçə ayəni diqqətinizə çatdırırıq.

Namaz qlmamaq insanın dünya və axirət həyatını çətinləşdirir
Allahı xatırlamaq, onu zikr etmək böyük səadətə səbəb olduğu kimi, Onu yaddan çıxartmaq, namaz və s. dini vacibatlara etinasız yanaşmaq da böyük ilahi əzabların nazil olmasına səbəb olur. Qurani-kərimdə oxuyuruq:
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (“Taha”, 124.)

Başqa bir ayədə Allah namazı yüngül sayanlara ağır xitab edərək buyurur:
“Vay olsun namaz qılanların halına. O namaz qılanlar ki, namazlarına yüngül yanaşırlar”. (“Maun”, 4-5.)

“Qiyamət” surəsində isə namaza etinasız yanaşıb, tərk edənlər haqqında oxuyuruq:
“(O gün deyirlər:) “İman gətirmədi və namaz qılmadı”. “Amma təkzib etdi və üz döndərdi”. “Sonra təkəbbürlə yeriyərək ailəsinə tərəf getdi”. Vay sənin halına, vay.  Yenə də vay sənin halına, vay. İnsan öz başına buraxılacağınımı güman edir?” (“Qiyamət”, 31-36.)

Namaza yüngül yanaşmaq insanın məişətini darlaşdırdığı kimi, onu axirət səadətindən, Qiyamət günü Allaha qovuşmağından da məhrum edir. Rəsuli-əkrəm bu haqda (s) buyurur:
“Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz”. (“Mən la yəhzuruhul fəqih”, c. 1, səh.)

Əbu Bəsir deyir: “Mən Ümmü-Həmidənin yanına gedib İmam Cəfər Sadiqin (ə) dünyasını dəyişməsi münasibəti ilə ona başsağlığı verdim. Bu zaman onu ağlayan görüb mən də ağladım. Sonra dedi: “Ey Əba Məhəmməd, əgər İmamı (ə) can verən halda görsəydin qəribə şeylər hiss edərdin. O, son anlarında gözlərini açıb buyurdu: “Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın”. Biz hamımız bir yerə toplaşdıqdan sonra Həzrət (ə) buyurdu: “Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetişməz”. (“Vəsail əş-şiə”, c. 4, səh. 26.)

user comment
 

latest article

  İmam Musayi-Kazim (ə)-ın şəhadəti
  Odun içində qala bilən İmam
  İMAM KAZİM (Ə) VƏ ETİQADİ MƏSƏLƏLƏR
  Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?
  İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
  Quranda şirk (Allaha şərik qoşmaq)
  İnsanın ən böyük eybi – özündə olan qəbahəti başqalarında tutmaq istəməkdir
  Allah insanı niyə yaratmışdır?
  Qəlbi qüvvətləndirmək yolları
  Namaza daha çox diqqət etmək üçün nə etməli?