Azəri
Friday 29th of March 2024
0
نفر 0

Bu hədisi yanınızda saxlayıb, arabir oxuyun

Bu hədisi yanınızda saxlayıb, arabir oxuyun

 Yaşı doxsan beşi ötmüş mərhum Envan Bəsri deyir: Neçə illər Malik ibn Ənəsin yanına gedib ondan hədis öyrənirdim. İmam Sadiq (ə) Mədinəyə gələndə onun görüşünə gedib nəsə eşitmək istədim. İmam buyurdu ki, onun vaxtı məhduddur və əvvəlki kimi Malikin yanına getdim!. Çox pərişan oldum. Allaha dua etdim ki, İmamın qəlbində mənə qarşı məhəbbət yaratsın. Qəlbim İmama bağlandığından Malikin də görüşünə gedə bilmirdim. Nəhayət, dözməyib yenidən İmamın evinə üz tutdum. İmam ibadətə məşğul idi. Bir qədər gözləyəndən sonra xidmətçi məni evə dəvət etdi. İmam məndən istəyimi soruşdu. Qısa söhbətdən sonra soruşdum ki, həqiqi bəndəlik nədir? İmam buyurdu: “Həqiqi bəndəlik üç şeydədir: Əvvəla, bəndə Allahın ona verdiklərini öz malı saymamalıdır. Çünki bəndə mülk sahibi deyil. O hər şeyi Allahın mülkü bilir, Allahın istədiyi yerə xərcləyir.   İkincisi, bəndə özünü tədbirli saymamalı, qarşıda olacaqlardan danışmamalıdır. Üçüncüsü, bütün şəxsi işlərində Allahın əmr və qadağalarına riayət etməlidir. Bəndə Allahın verdiklərini öz malı bilməsə, Allahın əmr etdiyi ünvana rahat xərcləyər. Bəndə öz işlərini həqiqi tədbirçi Allahın ixtiyarına versə, dünya çətinlikləri asan olar. Bəndə Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinsə, boş mübahisə və lovğalığa vaxt qalmaz. Allah bəndəyə bu üç xüsusiyyəti əta etsə, dünyadan, şeytandan, insanlardan qorxusu olmaz. Belə bir bəndə dünyanı lovğalıq üçün istəməz, xalqın olanını başqalarından üstünlük üçün arzulamaz, günlərini mənasız keçirməz. Bu, təqvanın birinci pilləsidir…” Mən İmamdan nəsihət istədim. İmam buyurdu: “Sənə doqquz şey tövsiyə edirəm… Onlardan üçü nəfsin riyazəti, üçü helm, üçü elmlə bağlıdır… Nəfsin riyazəti ilə bağlı üç şey budur: iştahan çəkməyən şeydən yemə - bu, insanın axmaqlığına, nadanlığına səbəb olar; yalnız acanda ye; Allahın adı ilə başlayıb halaldan ye… Helmlə bağlı üç şey: biri sənə desə ki, bir desən, on cavab verərəm, sən de ki, on desən bir cavab vermərəm; biri səni haqsız ittiham etsə, de ki, dediklərin düzsə Allah məni bağışlasın, yalansa səni bağışlasın; biri sənə xəyanət etsə, ona xeyirxah ol, vədini yerinə yetir. Elmlə bağlı üç şey: bilmədiyini alimlərdən soruş, amma məqsədin imtahana çəkmək, incitmək olmasın; şəxsi rəyinə əməl etməkdən çəkin, ehtiyat yolu varsa ona əməl et; şirdən qaçdığın kimi fitva verməkdən qaç – öz boynunu başqalarına körpü etmə…(“Biharul-ənvar”, 1/244)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Siravlonda Quran xəttatlıq sərgisi keçirilir
Əfqanıstanda Fransa əsgərləri İslam dinini qəbul edirlər
Teləfir əməliyyatı uğurla davam edir, Həşdu Şəbi işid-çiləri darmadağın ...
Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb
Səudiyyə Ərəbistanında "İslamın tanıdılma qaydaları" adlı beynəlxalq konfrans ...
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Livanda Əl-imamul-Xomeyni əl-isalətu vət-təcdid kitabının təqdimat mərasimi ...
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
Qumda “İmam Xumeyni (r.ə) və xalqlar arasında oyanış hərakatı” adlı konfrans ...
Azərbaycanın təhsil müəssisələrində hicaba rəsmi qadağa!

 
user comment