Azəri
Monday 24th of April 2017
code: 81195
Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır

Günah icazə vermir ki, insan özünü, hətta ilahi məğfirətin sahilinə çatdırsın, ondan faydalansın

 
Günahdan uzaq gəzək
 

Öz təcrübi həyatımızla bağlı bir məsələni deyirəm ki, inşaallah daha çox canlanma, daha yaxşı irəliləmə olsun. O məsələ budur ki, Allaha yaxınlaşmaq üçün əsas məsələ günahları tərk etməkdir. Müstəhəblər, nafilələr, təvəssüllər, dualar və digər məsələlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah və yanlış əməllərinə mane olsun. Bu, təqva tələb edir. Təqva və pəhrizkarlıq insanın qazanmalı olduğu ən mühüm, ən birinci şeydir. Günaha mane olan da odur.

Dua və diqqətin maneələri
Günah icazə vermir ki, insan özünü, hətta ilahi məğfirətin sahilinə çatdırsın, ondan istifadə etsin. Günah qoymur ki, biz dua və diqqət əhval-ruhiyyəsi tapaq. Günah qoymur ki, biz özümüzə yenidən baxış keçirmək, özümüzü yenidən tərbiyə etmək fikrinə düşək. Çalışaq günahdan uzaq olaq. Bu, məsələnin birinci şərtidir.
Əlbəttə, günahlar müxtəlifdir. Müxtəlif fərdi və ictimai günahlar var. Əl, göz, dil və digər vasitələrlə meydana gələn günahlar. Ola bilər ki, müsəlman fərdlər üçün günah gizli qalmasın. Nəyin günah olduğunu bilirlər. Dua oxuyan, müstəhəb əməllər həyata keçirən, şəri vəzifəsini icra edən, amma bunlarla yanaşı günahdan çəkinməyən şəxs sanki soyuqladığı halda qızdırmalı vəziyyətdə həm soyuqdəymə dərmanı qəbul edir, həm də soyuqdəymə üçün ziyanlı yeməklər yeyir. Bu halda təbii ki, o dərmanların xeyri olmayacaq. Əgər xəstə adam ona ziyan olan yeməyi yesə, ona ziyan olan əməli etsə, qəbul etdiyi pereparatlar təsirsiz olacaq.

user comment
 

latest article

  Rüşvət
  Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
  Özünəpərəstiş süqut amilidir
  Çalğıçının əli iflic oldu
  Kafirlə müşrikin fərqi nədir?
  Qiyаmәtdә әmәllәr niyyәt әsаsındа ölçülür?
  Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?
  Yeddi xislət - Bəndəliyin yolu
  Dörd хislәt günаhlаrı silәr
  Allah qorxusu insana nə üçün lazımdır?