Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ABNA “Məbəs” gecəsi və gününün əməllərini təqdim edir

ABNA “Məbəs” gecəsi və gününün əməllərini təqdim edir

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gecə Aprelin 24-dü Rəcəb ayının 26-dan 27-ə keçən gecədir. Bu gecəyə Besət - Məbəs gecəsi deyilir. İslami mənbələrdə bu gecənin və sabahısı günün xüsusi əməlləri va xeyli savabları var. Sizə həmin əməlləri təqdim edirik:

Şeyx Tusi "Misbahul-Mutəhəccid" adlı kitabında belə buyurur: “Əbu Cəfər, İmam Muhəmməd Təqidən (əleyhi səlam) belə rəvayət edir: "Rəcəb ayında, üzərinə günəşin saçdığı hər şeydən daha xeyirli olan bir gecə var. O gecə, Allah elçisi Muhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) peyğəmbərliyə layiq və vəzifələndirildiyi gündür.

Bu gün Rəcəbin 27-ci gecəsidir. Bizim tərəfdarlarımızdan o gecənin əməllərini yerinə yetirənlər üçün altmış ilin savabı vardır.

Ondan bu savab üçün edilən əməllrə haqqında soruşduqda buyurdu:” Şam və İşa namazlarını qılıb yatdıqdan sonra, gecə yarı olmadan hər hansı bir saatda bu namaz qılınır.

1. 12 rəkətli namazdır. Həmd surəsindən sonra Quranda Muhəmməd surəsindən sonra sona qədər olan bütün surələrdən birini demək. Hər iki rəkətdə salam verərək namazı tamamlamaq, sonra Fatihə, Fələq, Nas, Kafirun, Ayətəl Kürsü ayələri, Qədr surələrinin hamısını yeddi dəfə oxumaq.

Daha sonra bu dua oxunur:

Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, bələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əsəlukə biməaqidi izzi kəəla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl əəzəmil əzəm, əl əzəm vəzikrikəl əələl əələl əəla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təfəla bi ma əntə əhluh.

ألْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ وَلَمْ یَکُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُکَ بِمَعاقِدِ عِزِّکَعَلَى اَرْکانِ عَرْشِکَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ وَبِاسْمِکَ الاْعْظَمِ الاْعْظَمِ، الاْعْظَمِ وَذِکْرِکَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَبِکَلِماتِکَ التّامّاتِاَت تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ

2. Qüsl etmək

3. Bu gecəninən ən fəzilətli əməllərindən biri də Həzrət Əlinin (ə) ziyarətidir.

Məbəs gününün əməlləri

1- Qüsl

2- Oruc tutmaq (bu gün ilin ən üstün 4 günündən biridir)

3- Çoxlu salavat

4- Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmam Əlinin (əleyhi səlam) ziyarətini oxumaq

5- 12 rəkətli namaz, namazdan sonra Həmd, İxlas, Nas, Fələq surələrinin hər birini 4 dəfə oxuduqdan sonra bu dua deyilir:

4 dəfə : Lə iləhə illəllahu vəllahi əkbər, və subhənallahi vəlhəmdulilləhi və lə həvlə vələ quvvətə illə billəhil əliyyil əzim ( لا اِلهَ اِلا اللّهُ واللّهُ اَكْبَرُ وَسُبْحانَ اللّهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّبِاللّهِ الْعَلِىِّ الْعَظيمِ)

4 dəfə Allahu, Allahu Rəbbi Lə uşriku bihi şəyən (اللّهُ اللّهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَيْئا)

4 dəfə: Lə uşriku bi Rəbbi Əhədən (لا اُشْرِكُ بِرَبِّى اَحَدا )

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment