Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Şiə ruhanisi Elçin Qasımov “şahid” polisə: 'Kişi ol...'

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlman Birliyi Hərəkatının sədr müavini, Nardaran hadisələrindən sonra həbs edilmiş daha 11 nəfərlə birlikdə hazırda mühakiməsi davam edən Şiə ruhanisi Elçin Qasımovla onların işinə baxan ədalətsiz hakim arasında ötən məhkəmədə kəskin mübahisə olmuşdu. Onların mayın 5-də keçirilən məhkəməsi də qalmaqalsız ötüşməyib.

“Nardaran-2” qrupunun tərkibində mühakimə olunan bu 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi ədalətsiz hakimlər kollegiyası baxır. Bu məhkəmə prosesində “şahidlərin” dindirilməsi mərhələsidir. “Şahidlər” isə polislərdir.

Mayın 5-də keçirilən məhkəmədə dörd nəfər polis əməkdaşı dindirilib. Onların hamısı Sabunçu Rayon Polis İdarəsinin işçiləri olub.

“Üzünü görməmişik, amma daş atanlar olub”

İşverən polislərdən üçü - Nəsib Əsədullayev, Nadir Vəliyev və Firəddin İsmayılov 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verənlər haqda ifadə veriblər. Həmin gün Şiə ruhanisi Elçin Qasımovu həbs edib, idarəyə gətirəndən sonra bir qrup adam idarənin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib.

Hər üç polis əməkdaşının ifadəsi demək olar ki, eyni olub. Onlar təqsirləndirilən şəxslərdən heç kimi tanımayıblar. Özləri aksiya iştirakçılarından heç kimi saxlamadıqlarını desələr də, idarənin qarşısına toplaşanların polislərə daş atdıqlarını iddia ediblər. Konkret kimin atdığını isə görmədiklərini deyirlər.

 “Yerdə daşlar var idi. Hava qaranlıq olduğundan adamların üzünü görə bilmirdik, lakin daş atanlar var olub”, - işverən polis Firəddin İsmayılovun sözləridir.

ŞƏRLƏNƏN şəxslər isə deyir ki, orada adamlar dinc şəkildə toplaşmışdılar, onlar kimsəyə daş atmayıblar.

“Polislər əşyalarımı qaytarmayıb”

ŞƏRLƏNDİRİLƏN şəxslərdən Şiə aktivisti Ağaəli Yəhyayev idarənin qarşısında saxlanılarkən ondan götürülən əşyaların bu günə qədər qaytarılmadığını, hətta telefonundan indi də naməlum şəxslərin istifadə etdiklərini söyləyib: “Hazırda kimsə telefonda olan nömrənin “WhatsApp”ını işlədir. Telefonu qaytarmırlar, heç olmasa nömrəni qaytarsınlar. Xahiş edirəm, bu məsələ araşdırılsın”.

Ədalətsiz hakim bildirib ki, yazılı ərizə ilə məhkəməyə müraciət etsə, bu məsələ araşdırıla bilər.

Sabunçu rayonu, 14-cü polis bölməsinin əməkdaşı Emin Babayev isə ruhani Elçin Qasımovun necə saxlanması haqda ifadə verib. İddia edib ki, ruhani Elçin Qasımov küçədə söyüş söydüyünə görə ona yaxınlaşıb, bölməyə dəvət ediblər. Amma o, getməkdən imtina edib, polislərə müqavimət göstərib.

Vəkil Fariz Namazlı Emin Babayevdən soruşub ki, bəs niyə ilahiyyatçını həmin vaxt bölməyə yox, idarəyə aparıblar. Polis cavab verib ki, onlara belə göstəriş gəlmişdi.

 “Yoxlayın, bəlkə dəlidi...”

Polis əməkdaşının ona verilən sualların bir çoxuna “xatırlamıram”, “yadımda deyil” cavablarını verməsi ruhani Elçin Qasımovu əsəbləşdirib. Babayevin yalan danışdığını deyən ilahiyyatçı eyni zamanda, onun tibbi ekspertizadan keçirilməsini istəyib: “Yoxlayın, müəyyənləşdirin, bəlkə bu adam elə dəlidir. Heç nə yadında deyil...”

Elçin Qasımovun şahid polisə “Kişi ol...” deməsinə hakim etiraz edib. İlahiyyatçı da öz növbəsində hakimə müraciət edərək, belə bir müqayisə aparıb: “Düzünü deyin, işlədiyiniz illər ərzində neçə dəfə rüşvət almısınız? Mən deyirəm ki, siz hər gün rüşvət alırsınız. Pul alıb, cinayətkarı buraxırsınız. Bu, şər-böhtandı, yoxsa yox? Görürsünüz, bu adam da gəlib mənə beləcə böhtan atır, şər danışır”.

Şiə ruhanisi Elçin Qasımovun müqayisəsi hakimi hiddətləndirib. Əvvəlcə “şahid” polis zaldan çıxarılıb, ardından hakimlər özləri də məhkəmə zalını tərk ediblər.

Məhkəmənin mayın 12-də davam edəcəyi elan olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment