Azəri
Monday 24th of July 2017
code: 81280
Peyğəmbərə (s) ən çox bənzəyən Əli Əkbər!

Həzrət Əli Əkbər ələyhis-salam, bir rəvayətə görə hicri təqvimi ilə 43-cü il, şəban ayını 11-də,  nurlu Mədinə şəhərində dünyaya göz açıb.
Atası: Hüseyn ibn Əli ələyhis-salam
Anası: leyla binti Əbi Mərrə ibn Ürvə ibn Məs`ud Səqəfi
Nəql olunur ki, bir gün Əli Əli Əkbər (ə),  Mədinə valisini yanına gedib atası tərəfindən ona bir sözü çatdırdı.  Mədinəni valisi Əli Əkbərdən (ə) soruşdu:
Sənin adın nədir:
Buyurdu: Əli.
-Qardaşının adı nədir?
- Əli.
O şəxs əsəbləşdi və neçə dəfə "Əli, Əli, Əli" dedi.
- Atan nə istəyir, bütün övladlarını Əli adlandır?
Əli Əkbər (ə) bu sözü atasına çatıdırır. Həzrət buyurdu: Vallah! Allah mənə onlarla övlad versə, hamını Əli adlandırardım.  Əgər onlarla qız versə, hamını Fatimə adlandırardım.
Əli Əkbər haqqında deyirlər ki, o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından adamlar içində əziz Peyğəmbərə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli  ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı.
Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır: İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı,  onun üzünə baxardıq!"....

user comment
 

latest article

  Həzrət Məsumə (ə.s) haqqında hədislər
  Həzrət Məsumə (ə.s) cavab verdi...
  Yasin" surəsi
  İmam Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır
  The Scientific School of Imam Ja'far al-Sadiq(AS)
  His Children
  His Birth And His Death
  İmam Sadiq ələyhis-salam haqqında
  Həqiqi tərəfdarlarn sayı nə qədərdir ?!
  "Əhzab" surəsi