Azəri
Tuesday 26th of September 2017
code: 81285
Əməlləri qeyd edən mələklər haradadır?

Qurani-Kərimin “Qaf” surəsinin 17 və 18-ci ayələrində bəhs edilən iki mələk göydədirlər, yoxsa insanla birgə hərəkət edirlər.
Allah insanın əməllərinə şahid deyil? Bu iki mələyi bu iş üçün təyin etmişdir? Bu iki mələk qiyamət günü şəhadət verəcəklər, yoxsa yox?
Bu sualların cavablarını Quranda, hədislərdə axtaraq. Allahın iki mələyi insana nəzarət edər. Onlar həmişə insanla birlikdədirlər. Bir an belə ondan ayrılmırlar. Ölümdən sonra da Allahın işlərini Onun köməkçiləri görürlər. Bu iki mələk də Onun köməkçiləridir. Allah Təala “Qaf” surəsinin 17-ci ayəsində buyurur: “(Yada sal) o zamanı ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onu sağında və solunda oturub qəbul edirlər”. Bu ayədən göründüyü kimi, onlar daima insanlarla birlikdədirlər. Yəni hara getsələr və harada olsalar onlara nəzarət edərlər. Onun sözlərini və əməllərini qeyd edərlər.O zaman ki, insan bilir ki, onun əməllərinə kimsə nəzarət edir, özünü yığışdırır və özünü günahdan saxlayır.
Məsumlardan (ə) belə nəql edilir: “O zaman ki, mömin insan dünyasını dəyişir, bu iki mələk deyər: “Pərvərdigara! Bəndənin ruhunu aldın, bizim vəzifəmiz nədir? Cavab gələr: Göylərimiz Mənə ibadət edən mələklərlə doludur, yerim də Mənə itaət edən məxluqlarımla doludur. Siz bəndəmin qəbrinə gedin və orada zikr deyin ki, Qiyamət gününə qədər onu bəndəmin əməl dəftərində yazın””.
Başqa bir hədisdə deyilir: “O zaman ki, mömin sübh namazı qılmaq istəyir, iki mələk yanında hazır olar. O mələklər ki, gecəni onun məmuru idilər, göyə qalxarlar. O zaman ki, günəş batar, bu iki mələk hazır olar. Gündüz məmur olan iki mələk isə göyə qalxarlar. Bunlar həmişə bir-birini əvəz edərlər, o zamana qədər ki, ölüm çatar. Bu zaman ona deyərlər: “Allah bizim tərəfimizdən sənə xeyirli mükafat əta edir. Biz o qədər sevindik ki, yaxşı işlərdə, yaxşı sözlərdə və iştirak etdiyin xeyirli məclislərdə bizi özünlə apardın. Biz bu gün sən istədiyin kimiyik. Allahın yanında sənə şəfaət istəyəcəyik””.
“Allah əməllərimizə şahiddirsə, bəs niyə iki mələyi məmur etmişdir?” sualına gərək deyək ki, Allah hər şeyə şahid və nazirdir. Mələklərə ehtiyacı yoxdur. Çünki həmin mələklərdən də agahdır, mələklər üçün gizli olanlar da Onun üçün agahdır. Ancaq Onun iradəsi belə qərara almışdır ki, insana iki mələyi məmur etsin ki, onun əməllərini bir-bir qeyd etsinlər. Axirət günü əgər əzaba və İlahi cəzaya layiq görülərsə, Alahın şahidləri çox olsun. Əgər günahkar bunları qəbul etməsə, bədən üzvləri şahidlik edəcəklər.
Allah ona görə iki mələyi insana məmur etmişdir ki, Qiyamət günü günahkarlar başa düşsünlər ki, inkar üçün yer yoxdur. Çünki bu günü Allah bütün inkar qapılarını insanların üzünə bağlayar. “Fussilət” surəsinin 20-ci ayəsindən də bunu başa düşmək olur.
Dünya və axirətdə mühakimə etməyin fərqi çoxdur. Belə ki, dünyada hakimin hökmü icra edilir. İstər günahkar günahını qəbul etsin, istərsə də etməsin. Ancaq axirətdə məhkum olunan zaman İlahi əzaba düçar olar. Ona görə də Allah çox sayda şahidlər gətirir ki, günahkara şahidlik etsinlər. Bu şahidlərdən bəziləri insanıın əməllərini yazan mələklərdir. Əgər günahkar bunları qəbul etməsə, bədən üzvlərindən şahidlik etməsini istəyər.
Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir: “Mən Rəsulallahdan (s) eşitmişəm ki, buyurub: “Qiyamət günü yetişən zaman, xeyir və şər əməlləri yazan iki mələk yenə insanın sorağına gələrlər, əməl dəftərini açar və boynuna atarlar. Həmişə onunladırlar. Biri “sayiq” (yaxşı əməlləri yazan mələk) kimi və o birisi “şəhid” (pis əməlləri yazan mələk) kimi””.
Sonuncu sualın cavabını Quranın “Mutəffifin” surəsinin 7-10 və 18-21 ayələrində daha aydın görmək olar.

user comment
 

latest article

  GƏLƏCƏKDƏN XƏBƏR!
  IZZƏTLI ÖLÜMÜN ZILLƏTLI ÖLÜMDƏN ÜSTÜNLÜYÜ
  YA HÜSEYN
  KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (2)
  KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)
  İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)
  HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI
  Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr
  HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI
  İRAQLILARIN MƏKTUB YAZMASI