Azəri
Sunday 28th of May 2017
code: 81290
Günah etmiş bədən əzalarını paklamaq haqqında

  Ayətullah Cavadi Amuli deyir: “Mübarək “Fussilət” surəsində bir ayə vardır ki, (22) “Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz”.

  İmam Əli (ə) onu oxuyandan sonra buyurmuşdur: “Sizin müşkülünüz bundandır ki, sizin ucuz əldə etdiyiniz bu əza və üzvləriniz ki, üzərində onlarla mələk iş görmüşdür ki, bu hala gəlib çatsın – siz bunları özünüzün və Allah dininin əleyhinə istifadə edirsiniz. Onlar İlahi əsgərlərdirlər və həm də ədalət məhkəməsinin şahididirlər”.

  Bəli, insanın malik olduğu bu bədən üzvləri Allahın əsgərləridir ki, hər kim yolunu azsa, ola bilsin ki, Allah bu əsgərlərini geri alsın. Bu əsgərlər İlahi ədalət məhkəməsində şəhadət verəndirlər. Ola bilsin ki, Allah Təala onu, onun dili ilə, əli ilə, ayağı ilə geri çəksin və başqa bir əsgərlərin hücum etməsinə ehtiyac qalmasın. Bizim dilimiz, əlimiz və başqa bədən üzvlərimiz Onun əsgəridir. Ona görə də qələmimiz, atdığımız addımlar da Onun əsgəridir. Biz əgər bu əsgərləri yersiz yollarda istifadə etsək, Allah bir dəfə əmr edəcəkdir və həmin əsgərlər bizi həbs edəcəklər.

  Qiyamət günü olan zaman biz qılıncla öldürdüyümüz insanı inkar edən zaman əlimiz deyəcəkdir: “Niyə ki, bu əl həmin qılıncla o insanı öldürmüşdür?!”.

  Çünki əl sadəcə bir vasitədir və o, özü günah etməz. Günah edən insanın özüdür. Əgər günah əlin günahı olsaydı, o zaman Allahın izni ilə etiraf edərdi, nəinki şəhadət verərdi. Ona görə məlum olur ki, günahı edən bizik, bədən üzvlərimiz İlahi əsgərlərdirlər ki, onları doğru yolda istifadə etmirik.

  Bizim bir insan olaraq vəzifəmiz budur ki, bədən üzvlərimizi günaha bulaşdırmayaq. Əgər Allah eləməmiş, günaha batıbdırsa, onu paklamaq lazımdır. Məsumların (ə) nəzərinə görə, bədən üzvlərini paklamağın yollarından biri – dəstəmaz almaqdır.
Belə ki, onlar buyurur: “O zaman ki, insan (dəstəmaz niyyətilə) əlini yuyar, yəni (deyər)“Allahım! Əlimlə etdiyim hər bir günahı paklamaqdayam”. O zaman pak əl, üz və başla Allaha tərəf diqqət edər”.

Bizim bədən üzvlərimizi paklaya bilən başqa bir vasitə - Qurandır.

  Məsumlarımız (ə) buyururlar ki, Qurandan gündə ən azı 50 ayə oxuyun. Bu əməl ona görədir ki, Quran bizləri xata və büdrəmələrdən qoruya bilir və qoymur ki, bu İlahi əsgərləri pis yollarda istiafdə edək. Fikirlərimizi doğru yola hidayət edər ki, vəzifələrimizə düzgün əməl edə bilək”.

user comment
 

latest article

  Allaha yaxınlaşmaq haqqında mülahizələr
  İmamət, yaxud canişinlik haqqında qısa məlumat
  Günah etmiş bədən əzalarını paklamaq haqqında
  Rüşvət
  Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
  Özünəpərəstiş süqut amilidir
  Çalğıçının əli iflic oldu
  Kafirlə müşrikin fərqi nədir?
  Qiyаmәtdә әmәllәr niyyәt әsаsındа ölçülür?
  Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?