Azəri
Saturday 20th of April 2024
0
نفر 0

İmam Xamenei: "Sizin (ABŞ) İslam quruluşunu dəyişmək istəmədiyiniz vaxt olub?"

İmam Xamenei: "Sizin (ABŞ) İslam quruluşunu dəyişmək istəmədiyiniz vaxt olub?"

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanların Ali Lideri Ayətullah Seyid Əli Xamenei Suriya və İraqda müqəddəs hərəmləri qoruyarkən şəhid düşmüş insanların ailələri ilə görüş keçirib. Görüş zamanı o bildirib ki, ölkəsi düşmənin müqabilində əzəmətli şəkildə dayanacaq və İran xalqı düşməninə sillə vuracaq.

Ayətullah Xamenei bazar günü baş tutmuş görüş əsnasında ABŞ-dan olan məmurların düşməncəsinə bəyanatlarını və təhdidlərini “uydurma və yalan” adlandırıb. O aydınlıq gətirib ki, İslam İnqilabının qələbə qazandığı gündən bəri ABŞ İranın respublika quruluşunu dəyişməyə can atır. Lakin onlar heç zaman İran xalqına “sillə vurmağa nail ola bilməyəcəklər, çünki silləni onlara İran xalqının özü vuracaq”.

O qeyd edib ki, İslam quruluşu, ciddi düşmənçiliklərlə üzləşməsinə baxmayaraq, qətiyyətlə ayaqda durmağa davam edir.

“ABŞ Prezidentinin uydurma və lovğalığı adi bir işdir və İslam quruluşu ən əvvəldən düşmənin müxtəlif əlbirlilikləri ilə üzləşir, lakin bədxahlar hələ heç bir alçaq hədəfinə nail ola bilməyib.”, - deyə o bildirib.

“(İranın) İslam quruluşu hələ gənc və zəif “şitil” olarkən ona zərər vura bilməyiblər. Güclü və iri “ağac” olduqdan sonra isə heç bir zərərdən söz gedə bilməz.”, - deyə Ayətullah Xamenei əlavə edib.

O, ABŞ-ın İrandakı quruluşun dəyişdirilməsi barədəki son bəyanatlarına toxunaraq deyib: “Son 38 il ərzində sizin İrandakı İslam quruluşunu dəyişmək istəmədiyiniz bir vaxt olub? Lakin siz hər zaman məğlub olmusunuz və gələcəkdə də belə olacaq.”

Ağ Evin yeni rəhbərliyini “yetişməmiş” və “təcrübəsiz” adlandıran Ayətullah Xamenei əlavə edib: “İslam İnqilabı İranda qələbə qazandığı andan etibarən ABŞ rəhbərliyi İranın İslam Respublikası quruluşunu devirməyə cəhd edir. Lakin bunun həsrətində olanlar bu arzunu özləri ilə birgə qəbirə aparıblar, bu hər zaman da belə olacaq.”

Ümüdünya Müsəlmanlarının Ali dini lideri bildirib ki, İranda təhlükəsizlik müqəddəs hərəm müdafiəçiləri və sərhədçilərin sayəsində mövcuddur.

O, hərəm şəhidlərinin rolunu tərifləyərkən qeyd edib: “Müqəddəs hərəmləri qoruyan şəhidlər olmasa idi, biz bu gün pak Əhlibeytin (ə) iyrənc və alçaq düşmənləri ilə İranın şəhərlərində döyüşməli olardıq. Axı onlar (düşmən - red.) İraq sərhədi vasitəsilə İrana soxulmaq istəyirdilər, lakin onların qarşısı alınıb və onlar məhv ediliblər, bu gün İraq və Suriyada onların kökü kəsilir.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment