Azəri
Friday 29th of March 2024
0
نفر 0

Tehranın İmam cüməsi: Səud rejimi İranla müharibə etmək üçün uşaqdır...

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.

Sözlərinin əvvəlində Ali-Səudun yeni vəliəhdinin İran əleyhinə çıxışlarına münasibət bildirən Ayətullah Xatəmi bildirib: “Səudiyyə Ərəbistanının çiy vəliəhdi deyib ki, biz İranla müzakirə etmirik və İranla savaşımızı Tehrana qədər çəkəcəyik. Bilsinlər ki, Səudiyyə Ərəbistanı İranla müharibə etmək üçün uşaqdır. Bugünün “ölüm olsun ABŞ-a” şüarı “ölüm olsun Ali-Səuda” şüarı ilə eynidir. Sizdən daha güclü olan və sonadək dəstəklədiyiniz Səddam belə heç bir qələt edə bilmədi.”

İranın İnqilab Keşikçilər Korpusunun İŞİD-in Suriyada olan mövqelərini hədəfə almasına da münasibət bildirən imam cümə  “Bu əməliyyat Allahın “intiqam alan” xüsusiyyətinin təcəllası idi. Bu addım yerində və münasib bir addım idi. Bu əməliyyatın həm də ABŞ əleyhinə mesajı bu idi ki, oturub, İran əleyhinə nə qədər layihə qətnamə qəbul edirləsə etsinlər. Lakin bilsinlər ki, İran heç vaxt öz prinsiplərindən geri çəkilməyəcək. Düşmənin istədiyi budur ki, biz raket proqramımızı donduraq. Lakin onların acığına biz bu barədə olan iqtidarımızı genişləndirəcəyik. Biz həm də İsrail rejiminə bu mesajı verdik ki, bizim təhlükəsizlik barədə heç kimlə zarafatımız yoxdur və boş şüarlar vermirik. Bu əməliyyat ölkədə vəhdət simvoluna çevrildi və hamı bunu dəstəklədi.”, -deyə əlavə edib.

ABŞ-ın İran əleyhinə təsiqlədiyi sanksiyalara da toxunan Ayətullah sözlərinə belə davam edib: “Bu layihə nüvə razılığının açıq-aşkar pozulması deməkdir. ABŞ senatının 100 üzvündən 98-i bu layihələrə müsbət səs verdi. Bu düşmənin hələ də düşmən olduğunun göstəricisidir. ABŞ-ın xarici işlər naziri deyir ki, biz İranı nüvə proqramlarından geri addım atmağa məcbur etdik. ABŞ bilsin ki, İran xalqı bu məsələdə bir addım da olsa geri çəkiməyəcək. Onlar bu gün raketiniz olmasın deyirlərsə, sabah tank və tüfənginiz olmasın deyəcəklər. Biz inqilabımızın uğrunda son nəfəs və damla qanımıza qədər durmuşuq. Siz 38 ildir ki, İslam Respublikasının dəyişməsi üçün çalışırsınız, lakin bu yuxunuzu qəbrə aparacaqsınız.”

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment