Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Xamenei: İİR Məhkəmə hakimiyyəti Şeyx Zəkzaki kimi haqsızılığa məruz qalmış şəxsiyyətlərin hüquqlarını qorumalıdır

İmam Xamenei: İİR Məhkəmə hakimiyyəti Şeyx Zəkzaki kimi haqsızılığa məruz qalmış şəxsiyyətlərin hüquqlarını qorumalıdır

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xamenei iki gün öncə İran İslam Respublikasının Məhkəmə hakimiyyətinin və Ədliyyə nazirliyinin sədrləri, məsul işçiləri ilə görüş keçirib. İmam Xamenei cənabları məhkəmə və ədliyyə orqanlarının xüsusi və çox yüksək qanuni mövqe və səlahiyyətlərə malik olduğuna, təsiredici idarəçiliyinə toxunaraq bildirib: “Məhkəmə hakimiyyəti cəmiyyətdə ümumi ictimaiyyət hüququnun bayraqdarı olmalı, lazım gələn hər sahədə insanlaırn hüquqlarını tam gücü ilə müdafiə etməli və qanun pzuntusuna yol verənlərə qarşı mübarizə aparmalıdır”.

İmam Xamenei Məhkəmə hakimiyyətinin qanuni imkanlarından istiadə etmələrinə vurğulayaraq bildirib: “İctimai hüququn bərpası və onun müdafiə edilməsi, xalqın qanuni azadlıqlarının təmini Məhkəmə hakimiyyətinin mühüm vəzifələrindəndir. Bu qurum mütləq bu məsələlərdə bayraqdar olmalı, ümumi ictimai hüquqları pozub, ona qarşı olan və hansı məqamda, yüksək vəzifədə yer tutmasından asılı olmayaraq günahkarlarla mübarizə aparmalıdır”.

Daha sonra beynəlxalq problemlərin hüquqi cəhətdən araşdırılıb təqib edilməsinin də çox mühüm əhəmiyyət daşıdığını vurğulayan həzrət İmam Xamenei bildirib: “Məhkəmə hakimiyyəti sanksiyalar, amerikalıların müsadirələri, terrorizm, habelə dünyanın Şeyx Zəkzaki kimi haqsızılığa məruz qalmış şəxsiyyətlərinin, Mianmar və Kəşmir müsəlmanlarının müdafiəsi məsələlərinə mütləq hüquqi müstəvidən daxil olmalı, müdafiə və etiraz mövqeyini qətiyyətlə elan etməlidir ki, qoy dünyada öz əksini tapsın”.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment