Azəri
Wednesday 17th of April 2024
0
نفر 0

Allah vəhyinin mütərcimləri

Allah vəhyinin mütərcimləri

Mərhum şeyx Kuleyni Üsuli-Kafi kitabının bir hissəni şiəçiliyin dəlillərini həsr edib.
 
O dəlillər əsnasında belə vurğulayır:
Mənsur ibn Hazim deyir:
İmam Sadiqə (ə) ərz etdim: Allah yaratdıqları vasitəsi ilə tanınmaqdan daha üstündür. Məxluqlar Onun vasitəsi ilə tanınır.
İmam Sadiq (ə) buyurdu:  “Düz dedin”. Dedim: Hər kəs bilsə ki, Onun Rəbbi var , bilməlidir ki,.. Allahı (Onun göndərdiyi) elçi vasitəsi olmadan başqa yolla tanınmaz. Əgər birinə vəhy gəlməyibsə yaxşısı odur ki, Allah elçisinin ətəyindən yapışsın. Elə ki, onlarla görüşdüyü təqdirdə, onların Allah höccəti və onlara itaət etməyin vacib olduğunu görəcək. Sonra İmam Sadiqə (ə) ərz edir ki, Allah Rəsuldan (s) sonra höccəti haqqında soruşur. Onlar deyir:
Quran. Amma onlara xatırlatdım ki,  Quran qəyyum və sərpərəstis kifayət deyil. Necə ki, müxləlif qruplar, o cümlədən “mərcəə”, “qədəriyyə” hətta (sözü  gedən mövzuda) Qurana etiqat etməyən “zənadiqə” öz sözlərini Quranla əsaslandırıb dəlil gətirirlər. Ona görə də dedim ki, Quranın bir müdafiə edəni, rəhbəri olmaldı və onun Quran haqqında buyurduqları haqq olmaldır. Elə bu məqamdadır ki, İnb Məsud, Ömər və Hüzeyfə rəhbər kimi tanıtdırılıb.Soruşdum ki, onlar bütün Quranı bilirdilər? Dedilər:
-    Xeyir. Quranı tam şəkildə bilən təkcə (ə) Əli idi. Dedim ki, deməli siz şəhadət verirsiniz ki, Əli (ə), Allah Rəsulundan (s) sonra, Quranın müdafiəçisi və rəhbərdir ona itaət etmək  vacib , onun Quran haqqına nümayiş etdirdiyi əqidə haqqdır.
İmam Sadiq (ə), onun sözlərini dinləyib onun gözəl və möhkəm dəlillərindən sonra “Allah sənə rəhmət etsin” buyurub ona dua etdi.
Cənab Mənsurun dediklərinə, həzrət Əmirəlmöminin (ə) aşağıdakı sözü də əlavə edək: “Bu Quran, iki cild arasında olan yazıdan artıq bir şey deyil. Dil ilə danışmır. Əlacız olaraq, onun üçün çevrimçi olmaldır.”
Bu barədə İmam Sadiqin (ə) səhabələrindən biri deyir: Eşitdim ki, İmam Sadiq (ə) buyurdu: “Biz, Allahın İmamət və vilayətinin vəlisi, ilahi elmin xəzinəsi, Allah vəhyinin sandığıyıq.”
Onun uca atası İmam Baqir (ə), buyurub:
“Biz, Allah vəhyinin mütərcimləriyik.”  
İstədiyini Quranda axtar
Quranda oxuyuruq:
“Biz Quranı sənə hər şeyi bəyan edən ….. olaraq nazil etdik.” (Nəhl-89)
İmam Sadiq (ə) buyurub: Allah Quranda hər şeyi bəyan edib. And olsun Allaha ki, camaatın ehtiyacı olan heç bir mətləbi buraxmayıb ki, bir kəs ,“əgər filan şey düz olsaydı Quranda nazil olardı”desin. Bilin ki, bəşərin ehtiyac duyduğu hər bir şeyi Quranda nazil edib və onun təfsirini biz bilirik.”
Allah-taala Quranda buyurub: “Quranın təfsirini  elmli şəxslərdən başqası bilmir.”
İmam Sadiq (ə) buyurub: “ Mən Allahın kitabından xəbərdaram. Sanki ovucumun içindədir.  Orada səmanın, yerin, gələcəyin və hazırıkı zamanın xəbərləri var...”
İmam Sadiq (ə)  buyurub:
1.    Dil ilə iqrar etmək
Allah-taala Quranda buyurub: “Ey iman gətirən şəxslər, (düşmənlə) ehityatlı davranın (ki, onlar qəflətən sizi yaxalamasınlar) neçə dəstələrlə və ya cəm şəkildə (mübarizə uğrunda yola düşün).   Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım”, -deyər.
Əgər Allah tərəfindən sizə bir nemət (qalibiyyət) yetişərsə, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: “Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!” deyərlər).” (Nisa: 71,72, 73)
İmam buyururd: “Əgər şərq və qərb əhli (şərqdən qərbədək) bu söz dilə gətirsəydilər, iman dairəsidən çıxardılar. Dil ilə iman iqrar etdikləri üçün Allah onları mömin sayıb. Ona görə də möminlər də iman gətirməyə dəvət olunub:
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun  Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (Nisa: 136)
2- Ürəkdə təsdiqləmək
Allah buyurub: İman gətirərn, ürəkdə təqdiqləyən və pis əməllərdən çəkinənlərə-
Həm dünyada , həm də axirətdə də müjdə var…  (Yunis: 64) Həmçinin, Allah-taala Bəni-İsrailin dilindən belə nəql edir: “Ey Musa! Biz heç bir vaxt (qəlbən) səni iman gətirməmişik. Allahı gözlə görəcəyimiz təqidir isə istisnadır. “ (Həmçinin Birinici qisimdə deyilən “Ey iman gətirənlər ayəsi də ona şamildir.)
3.  Vacibləri yerinə yetirmək:
Allah buyurur: “Allah sizin imanınzı (namazlarınızı) puç etməyəcək. ..”  Allah, Öz peyğəmbərinin qibləsini Kəbəyə tərəf dəyişdikdən sonra, Allah Rəsulunun  (s) səhabələri dedi: (Vay  olsun bizə) Beytül-müqəddəsə tərəf qıldığımız namazlar batil oldu.” Allah, onların cavabında öndə olan ayəni nazil etdi: Allah, sizin imanınızı (namazınızı) puç etməyəcək.”
4 .Təsdiq və himayə (yardım)
Allah buyurur: (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla -öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə -dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onları Öz dərgahı tətəfidən  ruhla gücləndirib …(Mücadələ: 22)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm
Bu gün Həzrəti Məsumənin (ə) Qum şəhərinə daxil olmasının 1178 ili qeyd ...
1-“Səqəleyn” hədisi
HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) SƏADƏTLI TƏVƏLLÜDÜ
Nə üçün Fatimə adlanıb?
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bir qızı olması “Ey Peyğəmbər! ...
Həzrət Əli (ə)- Haqq aynası
YA HÜSEYN
Bu gün Peyğəmbər sülaləsinin varisi, Əli Əkbərin (ə) viladət günüdür

 
user comment