Azəri
Wednesday 17th of April 2024
0
نفر 0

İmam Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır

İmam Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır

mam Sadiq iki böyük hərəkətə başladı.

Birisi maarifləndirmə işləri, İslam düşmənləri ilə elmi mübarizə, şübəhələrə cavab və yüksək səviyədə müxtəlif elmi sahələrdə alimlər yetiştirmək. Digəri isə, zəmanəsinin zalim hakiminə qarşı səhabələrini gizli hərbi və siyasi təlimlərlə şəbəkələşdirərək, mübarizə üçün lazımlı məxfi təşkilatları təsis etmək.

İmam Sadiq (ə), hər iki mübarizədə səhabələri və şagirdləri tərəfindən xəyanətlərə məruz qaldı.

Belə ki, İmam Sadiqin (ə) dərsini dayandıra bilməyən Mənsur Dəvaniqi, İmamın (ə) bəzi imanı zəif şagirdlərinə pul verərək onun dərsinin müqabilində onlara mədrəsələr açıb müxtəlif maddi hədiyələrlə, İmamın (ə) şagirdlərini məhz o mədrəsələrdə təhsil almağa dəvət edirdi və günə iki dirhəm onlara təqaüd ayırmışdır. İmamın (ə) dərsinə gedənləri isə, dərsdə iştirak etdiyi hər gün müqabilində bir dirhəm vergi ödəməyə məcbur edilirdilər.

Bu işlərdən lazımlı nəticə əldə edə bilməyən Mənsur Dəvaniqi, İmam Sadiqi (ə) bir neçə gün zindana saldıqdan sonra, İmama dərslərini dayandırmaq əmrini verdi. Amma İmam Sadiq (ə) zalim hakimiyyətin bu əmrinə baxmayaraq dərsinə davam edir.

Nəticədə 4 minə yaxın şagirdi olan İmamın evinə basqınlar olur və İmam Sadiqin (ə) evi 6 dəfə yandırılır. İmamı Sadiq (ə) ayaqyalın və qolu bağlı zalimin sarayına aparılır. Amma İmam (ə), heç vaxt dərs və mədrəsəsini tətil etməyə razılıq vermir.

İmam Sadiq (ə), ikinci mübarizəsini yaxşı başlasa da, istədiyi nətcəni vermədi. Çünki, zalim hakimiyyət İmamın məxfi təşkilatlarından xəbər tutur, təşkilat üzvlərinin çoxunu həbs ya şəhid edir. İmam bu barədə omrünün son saatlarında öz əshabına belə buyurur:

"Siz mənim dediklərimi düzgün icra etmədiniz, sirləri hər yerdə açıb danışdınız. Vallah əgər əmrə tabe olub və sirr saxlayan olsaydınız indi mələklərin qanadları üstündə yaşayırdınız."

Əziz dostlar gəlin İmamı olduğu kimi tanıyaq və onun başına gələnlərdən ibrət alaq. İman Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır. İmamın səhabələri isə bəsirətsiz, sirr saxlaya bilməyən, itaətsiz insanlar kimi tarixin dərs alanlar üçün ibrət olamalıdırlar.

İmam Sadiq həmişə zalim hakimiyyətlə ciddi mübarizə aparıb, və mübarizə və müqavimət mövzusund da bizə çatan əksər hədislər məhz İmam Cəfəri Sadiqdən rəvayət olunub.

İmam Sadiqin şəhid olmağı bir daha bunu bizə sübut edir ki, O İmam zalim hakimiyyətlə barışmadığı üçün rejim tərəfindən zəhərlənib və qətlə yetirilib.

Necə ki, İmam Sadiq buyurdu: Əgər 42 nəfər sadiq və fədəkar yavərim olsaydı, bu zalim rejimin əleyhinə açıq-aşkar qiyam edərdim.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment