Azəri
Thursday 25th of April 2024
0
نفر 0

BU GÜN HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) TƏVƏLLÜD GÜNÜDÜR

BU GÜN HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) TƏVƏLLÜD GÜNÜDÜR

BU GÜN HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) TƏVƏLLÜD GÜNÜDÜR

Bu gün müsəlmanların üçüncü imamı - imam Hüseynin (ə) böyük oğlu Əli Əkbərin (ə) təvəllüd günüdür.

xəbər verir ki, Həzrət Əli Əkbər (ə) Şaban ayının 11-də dünyaya göz açıb. Onun təvəllüdünün dəqiq ili isə bəlli deyil. Tarixçilər Hicri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da Kərbəlada şəhid olan Peyğəmbər (ə) övladının 19, 20, 32 və hətta 38 yaşında olduğunu qeyd edirlər.

Əli Əkbər (ə) İmam Hüseynin (ə) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir. Əli Əkbərin (ə) kiçik qardaşlarının da adları Əli olub: Əli Əvsət (İmam Zeynulabidin (ə) – ortancıl Əli) və Əli Əsğər (ə) (kiçik Əli). İmam Hüseynin 6 aylıq kiçik oğlu da Kərbəlada şəhid olub.

Rəvayətlərə görə, Əli Əkbər (ə) istər zahirən, istərsə də davranışları və əxlaqı ilə Peyğəmbərə (ə) çox bənzəyirmiş. Deyilənlərə əsasən, bu oxşarlıq o həddə çatmışdı ki, imam Hüseynin (ə) övladı Kərbəlada meydana gedəndə düşmən qoşunu sıralarında təşviş yaranıb: onlar elə hesab ediblər ki, Peyğəmbər (s) özü meydana gəlir.

Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Əbbas (ə) və oğlu Əli Əkbər (ə) qadınlar və uşaqların mühafizəsinə rəhbərlik edir, lazım gələndə suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər.

Bu əlamətdar gündə bütün dünya müsəlmanlarını Həzrət Əli Əkbərin (ə) mövludu münasibəti ilə təbrik edirik, gənclərə həyatlarının hər anında bu böyük şəxsiyyətə bənzəməyə səy göstərmələrini diləyirik!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!
Allah Təala tövbəkarların halına sevinir

 
user comment