Azəri
Friday 26th of April 2024
0
نفر 0

Zillət bizdən çox-çox uzaqdır...

Zillət bizdən çox-çox uzaqdır...

İzzət yalnız Allaha, Onun Peyğəmbəri (s)-ə və möminlərə məxsusdur.
(Munafiqun surəsi, ayə 8)

Allahın Rəsulu (s) buyurubdur: Qeyrət imandandır.
(Mən-la-yəhzuruhul-fəqih, cild 3, səh. 444)
Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir.
(Mizanul-hikmət, cild 7, səh. 357)
Aşura günü İmam Hüseynin (ə) son sözləri
Düşmən qoşunundan bəzisi imam Hüseyn (ə)-ın şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə imam (ə) fəryad edib buyurdu:
Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun.
(Bihar, cild 45, səh. 49)
Aşura günü imam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: «Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.»
(Əl-irşad, səh. 235)
Aşura günü imam Hüseyn (ə) buyurdu: «Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!»
(Əl-Lühuf, səh. 97)
Aşura günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: «Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.»
(Tühəful-uqul babu hikəmil imam Hüseyn (ə))
Ölüm alçaqlıqdan yaxşıdır.
(Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
İmam Hüseyn (ə) buyurubdur: İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.
(Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm.
(Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
İmam Hüseyn (ə) buyurub: Mənim şənim ölümdən qorxan adamın şəni kimi deyil.
(Ehqaqul-həqq, cild 11, səh. 601)
Başqa bir yerdə buyurub:
Məni ölümlə qorxudursunuz?
Afərin! Allah yolunda ölümə.
(Əyanuş-şiə, cild 1, səh. 581)
On birinci əsrin şairlərdən biri İmam Hüseyn (ə)-ın dilindən belə söyləyir:
“Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”
(Mosuətu kəlimatul-İmam Hüseyn (ə), səh. 445)
Peyğəmbəri Əkrəm (s) buyurub: «Hər kəs öz meyli ilə zilləti qəbul etsə, biz Əhli-beytdən deyil.»
(Bihar, 74-cü cild, səh. 162)
Allahın Rəsulu (s) buyurubdur: Əgər bir şəxs eşidə ki, bir nəfər fəryad edir: Ey müsəlmanlar yetişin mənim dadıma! Əgər ona cavab verməzsə, müsəlman deyildir.
(Bihar, cild 71, səh. 339)
ِİmam Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın.
(Mosuətu-kəlimatil-imamil-Hüseyn (ə), səh. 369)
Aşura günü imam Hüseyn (ə) buyurub: «Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itərtindən (Əhli-beytindən) müdafiə edəcək bir müdafiəçi varmı?»
(Bihar, 45-ci cild, səh. 46)
Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız.
(Ali-İmran surəsi, ayə 92)
Aşura günü imam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.»
(Məqtəlul-Huseyn (ə), 283)
Şair nə gözəl deyib:
Hökm et, ey mənim Pərvərdigarım, hər necə ki, istəyirsən,
Həqiqətən razıyam o şeyə ki, sən ona razısan.
(Camiul-müqəddimat, 1-ci cild, səh. 30)
«Biz Əhli-beytin razılığı Allahın razılığıdır.»
(Bihar, 44-cü cild, səh. 666)
«Sonra Adəm öz Pərvərdigarından müəyyən kəlmələri öyrəndi.»
(Bəqərə surəsi, ayə 37)
Müfəssirlərdən bəziləri bu ayəni təfsir edərkən belə bir rəvayət nəql edirlər ki, Adəm peyğəmbər ərşdə həmin kəlmələri gördü, həzrəti Cəbrail (ə) də nazil olub, bu kəlmələri ona öyrətdi:
Ya həmidu bihəqqi Muhəmməd, ya ali bihəqqi Əli, ya fatiru bihəqqi Fatimə, ya muhsinu bihəqqi-l-Həsən, ya qədimə-l-ehsan bihəqqi-l-Hüseyn.
«Sonra Adəm peyğəmbər həzrəti Cəbrail (ə)-dan soruşdu ki, niyə axırıncı ada yetişdikdə qəmgin oluram? Həzrəti Cəbrail (ə) imam Hüseyn (ə)-ın Kərbəladakı müsibətini ona xəbər verdi.»
(Nəfəsü-l-məhmum, səh. 22)
«Məryəm» surəsinin müqəttəə hərfləri barəsində nəql olunubdur ki, «كاف» «kaf» Kərbəlaya, «هاء» «ha» həlakətə, «ياء» «ya» Yəzidə, «عين» «əyn» Hüseynin ətəşinə (susuzluğuna), «صاد» «sad» Hüseyn ibni Əlinin (ə) səbrinə işarədir.
Həzrət Əli (ə)-ın məktəbinin yetirməsi olan həzrət Zeynəb (s)-ın böyüklüyü, imanının gücü, öz xaliqinə müti olmağı o dərəcəyə yetişmişdi ki, Aşura günündə isti Kərbəla çölündə tikə-tikə doğranmış əziz və istəkli qardaşının başı üzərində duraraq öz Allahına xitab edir:
İlahi bizdən bu qurbanı qəbul et.
(Həyatu-l-imamu-l-Hüseyn (ə), cild 2, səh. 301)
İbni Ziyad Kufədə küdurət və qəzəblə həzrət Zeynəbi-Kubraya (s) dedi: Allahın əmri və işini qardaşın və ailənlə necə gördün?
İmam Hüseyn (ə)-ın məktəbinin davamçısı olan həzrəti Zeynəb (s) İbni Ziyadın sözünün qarşısında belə buyurdu:
Mən gözəllikdən başqa bir şey görmədim.
(Bihar, cild 45, səh. 116)
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment