Azəri
Friday 19th of April 2024
0
نفر 0

211- ci xütbə

211- ci xütbə

İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (Allahyolunda vuruşmağa) həvəsləndirdiyi kəlamlarındandır.

Allah sizdən Onun (nemətlərinin) şükrünü yerinə yetirməyinizi istəyir və Öz hökmdarlıq və səltənətini sizin üçün saxlayıb (yerüzünün başçıvə rəhbəriolmağaancaq Onundostlarılayiqdirlər). Geniş müsabiqə meydanında (dünyada) sizə çovqanı (başçılıqvə ağalığı) ələ almaq üçün bir-birinizlə yarışmaq möhləti verib. Buna görə də paltarlarınızın bağlarını möhkəm bağlayın[1] və (paltarlırınızın) beldən aşağı düşən artığını böyrəklərə kimi qatlayın (paltarlarınızınayağınüstünədüşənətəyiniyığın, yaxud çoxyeyib-içməkdənçəkinin, necə ki, buyurur:) İş fikrində olmaqla qonaqlıq bir araya sığmaz. (Bunagörədə əgərbir işgörməkfikrindəsənsə, canınaqulluq etməyitərk et). Yuxu gündüzün qərarlarını necə də çox pozur və bir-birinə vurur.[2] Qaranlıqlar necə də çox qərarların yada düşməsini zehnlərdən silir.[3]
212- ci xütbə

İmam Əli əleyhis-salamın (keçmişlərdənöyüd vəibrətgötürməkbarəsindəki) kəlamlarındandır ki, onu (Təkasursurəsinin1 və 2-ciayələriniyəni,) «أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّى زُرْتُمُ الْمَقَابِرَ» «bir-birinizə öyünməyiniz sizi (Allahıvə qiyamətgününü yadasalmaqdan) yayındırdı, o vaxta qədər ki, qəbrlərin ziyarətinə getdiniz» ayəsini oxuduqdan sonra buyurmuşdur.[4] Qəribədir, bu, (ölülərləöyünənüçün ağılvə düşüncədən) nə qədər də uzaq bir niyyət və məqsəddir! (Allahınəzabından) necə də çox qafil və xəbərsiz ziyarətçilərdirlər! Necə də hədsiz rüsvayçı bir iş! Həqiqətən diyar və şəhərləri gedənlərdən boş gördülər, halbuki yada salmaq və xatırlamaq yeri idi. Əsl yada salmaq və xatırlamaq yeri!! (Fəxretməkvə öyünməkməqsədiilə) onları uzaq yerdən çağırdılar.[5] Onlar atalarının torpağa gömüldükləri yerlərlə fəxr edirlər, yoxsa bir-birləri qarşısında məhv olanların sayı ilə öyünürlər?! (Ölülərləöyünənlərpis vəqanmaz adamlardırlarki,) cansız düşmüş cəsədlərdən və onların ətalətdə olan hərəkətlərindən (dünyaya) qayıtmalarını istəyirlər (halbukibu, adihalda vəAllah-təalanınistəyiolmadan qeyri-mümkündür). Hər halda ölülər öyünməyə səbəb olmaqdansa, ibrət alınmağa daha layiqdirlər; onların görüşündə təvazökarlıq etmək onları şan-şöhrət vasitəsi etməkdən daha ağıllı addımdır!! Həqiqətən onlara qaranlıq baxışlarla baxdılar və onlar barəsində nadanlıq və cəhalət dəryasına daxil oldular (vəbuna görədə onlarınqəbrləriilə öyündülər). Əgər onları (onlarınbaşlarınagələnləri) viran olmuş geniş şəhərlər və boş qalmış evlərdən soruşsalar, (buşeylərvəziyyətləriilə) deyəcəklər ki: Onlar itkin və nişanəsiz halda yerin altına getdilər (məhvoldular) və siz nadanlıq və xəbərsizliklə onların arxasınca gedirsiniz; siz onların başlarını tapdalayır, cəsədlərinin üstündə dayanır, kənara atdıqlarında otlayır (dünyamalındanyerdəqoyduqlarınaürək bağlayır) və xarabalıqlarında (köçdüklərievlərdə) məskunlaşırsınız. Həqiqətən sizinlə onlar arasında olan günlər çox ağlayır və sizin üçün nalandırlar.[6] Onlar sizin həyatınızın sonunun qabağa getmişləridir ki, çeşmələrinizə (ölüm, qəbirvə Bərzəxaləminə) sizdən tez çatıblar. Onlar hörmətli məqama, iftixar və öyünmə vasitələrinə malik idilər, bəziləri padşah, bəziləri isə onların rəiyyəti idilər. Bərzəxin[7] dərinliklərində elə yol ilə getdilər ki, həmin yolda yer onların ətlərini yeyib və qanlarını içib. Beləliklə, qəbirlərinin çuxurlarında inkişaf və hərəkəti olmayan cansız, aşkar olmayan gizlin və itkin halda səhəri açarlar. Qorxu onları qorxutmur və vəziyyətin pisliyi onları qəmləndirmir. Zəlzələlərdən iztirab keçirib narahat olmur və möhkəm göy gurultusunun səsinə qulaq vermirlər. Qaib və gizlidirlər ki, heç kəs onların qayıdışını gözləmir. Zahirdə hazırdırlar (gordadırlarvə uzağagetməyiblər), amma məclislərdə hazır olmurlar (iştiraketmirlər). Bir yerə toplaşmışdılar, dağılışdılar; bir-birilərinə adət etmişdilər, ayrıldılar. Xəbərlərinin gəlib çatmaması və şəhərlərinin sükuta batması müddətin uzunluğu və mənzillərinin uzaqlığına görə deyil, bəlkə onlara elə bir piyalə içirdiblər ki, danışıqlarını lallığa, eşitmələrini karlığa və hərəkətlərini ətalətə çevirib. Buna görə də onlar, vəziyyətləri düşünülmədən vəsf edilsələr, torpağa düşüb yatmış şəxslər kimidirlər.

Qəbristanlıq əhli, bir-birləri ilə əlaqə saxlamayan qonşular və bir-birinin görüşünə getməyən dostlardırlar. Onların aralarındakı tanışlıq nisbətləri köhnəlib və qardaşlıq əlaqələri qırılıb. Beləliklə, onların hamısı bir yerə toplaşmalarına baxmayaraq, tək və kimsəsizdirlər, dost olmalarına baxmayaraq, bir-birlərindən uzaqdırlar. Gecələrinin gündüzü və gündüzlərinin gecəsi yoxdur. Gecə ilə gündüzün hansında köçüblərsə (vəqəbristanlıqyoluna düşüblərsə), o, onlar üçün həmişəlikdir. (Əgərgecə olubsa, onun gündüzüolmaz vəəgərgündüz olubsa, onun gecəsigəlməz.) Həmin evin çətinliklərini təsəvvür etdiklərindən daha ağır müşahidə etdilər və həmin dünyanın nişanələrini (savabvə cəzasını) fikirləşdiklərindən daha böyük gördülər. Beləliklə, həyatın o iki sonluğu (ölümdənsonrakızamanınxoşbəxtlikvə bədbəxtliyi) onlar üçün qayıdış yerinə (Cənnətvə Cəhənnəmə) kimi uzanır və həmin müddətdə (Cəhənnəmliklərüçün) qorxu və (Cənnətliklərüçün) ümidvarlığın son dərəcəsi və həddi mövcuddur.[8] Buna görə də əgər ölümdən sonra dilə gəlsəydilər (danışabilsəydilər), gözləri ilə görüb dərk etdiklərini bəyan edə bilməzdilər. Onların nişanələrinin gözdən itməsi və xəbərlərinin kəsilməsinə (heçkəsinonlarıgörməməsinəvə sözlərinieşitməməsinə) baxmayaraq, ibrət alan gözlər onları görür və ağıl qulaqları onları eşidir ki, onlar nitqdən ayrı digər bir yolla (özvəziyyətlərivə ibrətləbelə) deyirlər: O gülümsər və təravətli üzlər tutularaq çirkinləşdi; o incə və nazik bədənlər cansız qalıb; köhnə və cırıq paltarlar geyinmişik (kəfənimizçürüyüb vəbədənlərimizdağılıb); yatağımızın (qəbrimizin) darlığı bizi çox əziyyətə salıb; vahimə və qorxu bizə irs qalıb (bizdənəvvəlkilərinçəkdikləriqəbr əzabıbizə dəgəlibçatıb); sükuta dalmış mənzillər üstümüzə viran olub (qəbirlərimizdağılıb); gözəl bədənlərimiz məhv və göyçək üzlərimiz çirkin olub və qorxulu mənzillərdə qalmaq müddətimiz uzanıb. Qəm-qüssədən qurtula və sıxıntıdan genişliyə çıxa bilmədik!! İndi əgər ağıl və düşüncə ilə onların vəziyyətlərini təsəvvür etsən və ya pərdə arxasındakılar – (yəni,) onların qulaqlarında torpaq altındakı heyvanlar tərəfindən nöqsan yaranması və (qulaqların) kar olması, gözlərinə torpaqdan sürmə çəkilməsi və batması, dillərin itilikdən sonra ağızlarda parça-parça olması, qəlblərin oyaqlıqdan sonra sinələrdə ölərək hərəkətdən düşməsi, üzvlərinin hər birində onu çirkinləşdirən və məhv edən yeni çürüntülərin yaranması, ona ziyan dəyməsi yollarının asanlaşması, belə ki, bədənlərinin zərər-ziyanlar müqabilində təslim olması və onları dəf edəcək əllərin, nalə və fəryad qoparacaq qəlblərin olmaması - sənə aşkar olsa, qəlblərdəki kədəri və gözlərdəki tikanı görərsən ki, onlar üçün bu rüsvayçılıq və məşəqqətlərin hər birində dəyişməyən hal və aradan qalxmayan çətinlik vardır.

Yer, dünyada naz-nemət içində olan, kef çəkmək və ucalığın yetişdirməsi olan nə çox möhtərəm bədəni və heyranedici rəng sahibini yeyib! O, qəm-kədər zamanı şadlığa üz tutardı və həyatının gözəlliyinə xəsis, boş və əbəs işlərə həris olduğu üçün ona müsibət və kədər gələndə kef çəkməyə üz tutar və özünü qəm-qüssədən yayındırardı. Beləliklə, dünya ona və o, dünyaya güldüyü halda (hərbirinin diqqətidigərindəolanda) çox qəflət içində olan həyatın şadlıqları əsnasında birdən fələk onu öz tikanı ilə sancdı və qüvvələrini darmadağın etdi (müxtəlifbəla vədərdlərədüçar etdi). Ölüm alətləri ona yaxından tamaşa edirdilər. Beləliklə, o, tanış olmadığı kədərə düçar oldu və bundan qabaq üzləşmədiyi gizli əzab-əziyyətlərlə yoldaş oldu. Xəstəliklər nəticəsində onda çoxlu zəiflik və süstlük yarandı. Amma belə olan halda, yenə də öz sağlamlığına tam inamı var idi (ölməkehtimalıvermirdi). Qorxub tez təbiblərin istiliyin soyuqluqla müalicə edilməsi və soyuqluğun istiliklə aradan qaldırılması kimi ona adət etdirdikləri şeyə üz tutdu. Amma soyuq dərman istilik xəstəliyini söndürmür, əksinə, onu artırırdı. Həmçinin isti dərman soyuqluq xəstəliyinə onu oynadaraq ağırlaşdırmaqdan başqa bir şey etmir, sağaltmırdı. Münasib mürəkkəb və bəsit dərmanların bir-birinə qatışdırılması ilə onun təbiəti mötə’dilləşmədi və əksinə, həmin tərkiblər hər bir dərdə kömək edərək onu gücləndirirdi. Nəhayət, (xəstəlikvə dərdinçətinlikvə uzunluğunəticəsində) onun təbibi süstləşərək aciz qaldı (onunsağalmasıüçün hansıdərmandanistifadəedəcəyinibilmədi), xidmətçisi yaddan çıxardı (əlini ondan üzdü), arvad-uşağı və onun qəmini çəkənlər dərdini açıqlamaqdan yoruldular və onun vəziyyətini soruşanların cavabında lal oldular (nəticəsiolan birsöz demədilər). Və onun yanında bir-birləri ilə gizlətdikləri qəmli xəbərdən danışdılar. Biri deyirdi: Onun vəziyyəti elə olduğu kimidir. Digəri onları onun yaxşılaşacağına ümidvar edirdi. Başqa biri onlara onun ölümünə görə təsəlli verirdi və həmin xəstədən qabaqkıların yolu ilə gedilməsini yadlarına salırdı. (Deyirdiki: Bizdənqabaqkılarbu dünyadanköçübgediblər. Biz dəonlara tabeolub budünyadan getməyənaçarıq.) O, bu vəziyyətdə dünyadan ayrılıq və dostlardan uzaqlıq (quşunun) qanadlarına mindiyi əsnada, birdən qəm-qüssələrindən biri ona hücum edər. Beləliklə, onun zirəklik və düşüncələri sərgərdan qalaraq işdən düşər, dilinin rütubəti quruyar. Nə çox mühüm suallar ki, onların cavabını bilər, amma bəyan etməkdə aciz qalar. Nə çox qəlbini ağrıdan səslər ki, onları (ata kimi) ehtiram göstərdiyi böyükdən və ya (övladkimi) mehriban olduğu kiçikdən eşidər, amma (cavabverməkqüdrətiolmadığıüçün) özünü karlığa vurar. Həqiqətən ölümün, hamısının bəyan edilməsi və ya dünya əhlinin ağıllarının onları dərk və qəbul etməsi çox çətin olan müşkülləri vardır.
213- cü xütbə

İmam Əli əleyhis-salamın (Allahızikr etməyinfəzilətivə Allahınzikrinəməşğulkimsələrinvəsfibarəsindəolan) kəlamlarındandır ki, onu (Nursurəsinin37-ci ayəsi) «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ» «o kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz» ayəsini oxuyarkən buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz zikrini və Onu yada salmağı qəlblərin cilası və nuru edib ki, onun vasitəsi ilə (Onunəmr vəqadağalarını) karlıqdan sonra eşidər, qaranlıqdan (nadanlıqdan) sonra görər, düşmənçilik və ədavətdən sonra itaətkar və ram olarlar (Onunrazılığınıqazanarlar). Nemət və bəxşişləri əziz olan Allahın həmişə bəzi zaman mərhələlərində və şəriətlərin nişanələrinin itdiyi zamanlarda, düşüncələrində onlarla gizli danışdığı və ağıllarının dərinliklərində söhbət etdiyi bəndələri vardır. (OnlarhəmişəAllahızikr edərəkağılvə düşüncələriilə Onunladanışarlar.) Onlar çırağı (hidayətvə nicatçırağını) göz, qulaq və qəlblərindəki oyaqlıq və sayıqlıq nuru ilə işıqlandırıblar.[9] (Xalqa) Allahın günlərini (müsibətvə itaətsizliknəticəsindəməhv olmuşkeçmişlərinəhvalatlarını) xatırladırlar (bəyanedirlərki, ibrətgötürsünlər) və (onları) Onun əzəmət və böyüklüyü ilə qorxudurlar (deyirlərki: Allahdanqorxun vəgünah etməyin. ÇünkiO, həryerdəvar vəhər şeyigörürvə siziməhv etməyəqadirdir). Onlar çöldəki bələdçi kimidirlər ki, orta yol ilə gedən (ədalətvə sədaqətlədavranan) kəsin yolunu mədh edirlər və (onuazğınlıqdan) nicat tapdığı üçün müjdələyirlər. Sağ və sol tərəfə gedən (hərbir işdəifrata varanvə yasəhlənkarlıqedən) kəs üçün isə yolunu pisləyərək onu məhv olmaqdan çəkindirirlər. Onlar bu sifətlərlə həmin qaranlıqların (nadanlıqzülmətlərinin) çıraqları və şübhələrin (azğınlıqşübhələrinin) bələdçiləridirlər. Həqiqətən Allahı zikr etməyin öz adamları var ki, onlar onu dünyanın əvəzində götürüblər. Ticarət və alış-veriş onları Ondan yayındırmır. Onlar ömür günlərini Allahı zikr etməklə keçirirlər. Allahın haram və qadağan etdiklərindən çəkindirən sözlərlə xəbərsizlərin qulaqlarında fəryad qoparırlar. Başqalarını ədalət və düzlüyə buyurur və özləri onu yerinə yetirirlər. Bəyənilməyənlərdən (çirkinsöz vəəməllərdən) çəkindirir, özləri də çəkinirlər. (Axirətəelə imanvə yəqinlərivar) sanki dünyanı sona çatdırıb axirətə daxil olublar, oradadırlar və (bu) dünyadan sonra olanları (başqalarınınxəbərdarolmadıqlarıaxirətişlərini) gözləri ilə görüblər. Elə bil ki, Bərzəx əhlinin orada olduqları müddətdəki gizli hallarından xəbərdardırlar və qiyamət, vədlərini onlara sübut edib (onunbarəsindəheç birşəkk-şübhələriyoxdur). Beləliklə, dünya əhlinin gözləri qarşısından həmin səhnələr üzərindəki pərdələri elə götürüblər (imanvə yəqinnuru iləgördüklərinielə faşediblər) ki, sanki onlar (digər) insanların görmədiklərini görür və başqalarının eşitmədiklərini eşidirlər. Əgər onları ağlın ilə, bəyənilən məqamları və layiqli məclislərində təsəvvür etsən (onlarınibadətvə bəndəlikhallarınınəzərindəcanlandırsan) - ki, əməllərinin hesab dəftərini açıblar və əmr edilib yerinə yetirmədikləri və ya çəkindirilib səhlənkarlıq etdikləri hər bir kiçik və böyük iş üçün nəfslərinin hesabını aparmağa hazırdırlar, öz ağır günahlarını arxalarına yükləyiblər və onu götürməkdə aciz qalıblar, ağlamaqlarını boğazda boğublar, (hesabaparan zaman) ağlayaraq nalə edə-edə özlərindən sorğu-sual edirlər və təqsirlərindən peşman olub onları etiraf edərək özlərinin Rəbbinə ah-nalə edib fəryad qoparırlar (bağışlanmalarınıistəyirlər, xülasə, onlarıbu haldagözününönünəgətirsən) - hidayət və nicat nişanələri və gecə çıraqlarını görərsən ki, mələklər onların ətrafına toplaşıblar, onlara rahatlıq və (əzabdan) xatircəmlik nazil olub və göyün (bərəkət) qapıları onların üzünə açılıb. Və onlar üçün Allahın xəbərdar olduğu yerdə şərəfli məkanlar hazırlanıb. Beləliklə, Allah onların (özləriilə Allaharasındakıhesablarınıaraşdırılmasındakı) səylərindən razı və məmnundur və onların (günahlardanpeşmanolma) üsullarını bəyənib. Allah ilə münacat etməklə (günahlardan) bağışlanma mehini hiss edirlər. Onlar Allahın fəzl və kərəminə möhtaclıq girovu və Onun əzəmət və böyüklüyü müqabilində təvazökarlıq əsirləridirlər. Qəm-qüssənin çoxluğu qəlbləri və ağlamağın çoxluğu gözləri yaralayıb. Onların Allaha meyl və rəğbət yolu olan hər bir qapını döyən əlləri var. (Onayolu olanhər birqapınıdöyərəkdaxil olarlar.) İstəklərini o kəsdən diləyirlər ki, genişliklər Onun yanında daralmır (hərnə qədərbağışlasavə ətaetsə səxavətvə kərəmdəryasındanbir şeyəskilmir) və istəyənlər ondan naümid olmurlar. Belə isə sən özün öz hesabını apar. Çünki başqalarının hesabını səndən başqa bir mühasib aparacaq. (Başqalarınınhesabınıaraşdırmağınsənəheç birxeyri yoxdur. Gərəkhəmişəöz fikrindəolasan vəöz hesabınıdiqqətləaraşdırasan.)
214- cü xütbə

İmam Əli əleyhis-salamın (xalqaöyüd verdiyi) kəlamlarındandır ki, onu (İnfitarsurəsinin6-cı ayəsi) «يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ» «Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir (ki, göstərişinəəməletmir, itaətsizlikgöstərirsən?)» ayəsini oxuyarkən buyurmuşdur:

«Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir?» ayəsinin xitab etdiyi günahkarın dəlil və sübutu ən səhv dəlillərdəndir.[10] Və o, bəhanəsi heç qəbul edilməyən aldanmış kimsədir. Həqiqətən o özünün nadan qalmasına israr edib.[11]

Ey insan! Səni günah etməyə nə cürətləndirdi? Rəbbin müqabilində səni məğrur edən nə oldu? Səni, özünü məhv etməyə nə alışdırdı? Məgər dərdinin dərmanı yoxdur, yaxud yuxudan ayılmayacaqsan? Başqasına rəhm etdiyin şeydə öz canına yazığın gəlmir? Çox vaxt birini günün altında görür və onun üstünə kölgə salırsan və ya birini bir dərdə düçar olmuş görürsən ki, dərd onun bədənini yandırır və sən mehribançılıq səbəbindən ona ağlayırsan. Belə isə səni öz dərdinə (günahlarına) səbrli edən, müsibətlərinə dözümlü edən və səni, sənin üçün canların ən əziz və istəklisi olan öz canına ağlamaqdan saxlayan, təmkinli edən nədir? Allahın qəzəbinin gecə ikən haqlaması qorxusu səni necə qorxutmur, halbuki Ona qarşı itaətsizliklərlə Onun qəzəb yollarına düşmüsən? Buna görə də öz qəlbinin süstlük dərdini əzm və (itaətdə) çalışqanlıqla, gözünün qəflət yuxusunu oyaqlıqla dərman et. Allaha itaətkar ol və Onun zikri ilə ünsiyyətdə ol. Sən Ondan üz döndərərkən Onun sənə üz tutmasını təsəvvüründə canlandır (vəfikir yoluilə bax) ki, səni Öz əfv və bəxşişinə çağıraraq fəzl və kərəminə bürüyüb, amma sən Ondan üz döndərərək başqasına üz tutmusan. Bütün bunlarla yanaşı Allah uca, üstün və qüdrətli olmasına baxmayaraq, nə qədər də çox kərimdir və sən, alçaq və aciz olmağına baxmayaraq, çox itaətsizlik etməkdə nə qədər də cürətlisən, halbuki Onun (əfvvə bağışlama) pərdəsinin pənahında yaşayır və lütf və ehsanının genişliyində gəzirsən! Amma O, nəinki bəxşiş və mərhəmətini səndən əsirgəməyib və Özünün (bağışlama) pərdəsini sənin (günahların) üzərindən götürməyib, bəlkə sənin üçün yaratdığı nemət və bəxşişdə və ya örtdüyü günahlarında, yaxud uzaqlaşdırdığı bəlalarında bir göz qırpımı Onun lütfündən uzaq olmamısan (halbukisən yenədə Onaitaətsizlikistiqamətindəçalışırsan). İndi Ona (Onungöstərişlərinə) tabe olmaq barəsində nə düşünürsən? Allaha and olsun ki, əgər bu sifət (Allahınsənəüz tutmasıvə səninOndan üzçevirməyin) qüvvələri bir və qüdrətləri bərabər olan iki şəxsdə olsaydı (vəonlardan üztutandan uzaqlaşansən olsaydın) elə özün xoşagəlməz xislətlər və rəftarlarının pisliyinə görə öz ziyan və pisliyinə (özəleyhinə) hökm verən ilk kəs olardın. (Bəssəninözün özpisliyinəhökm verdiyinbir halda, eyb vənöqsansifətlərdənpak vəuzaq olanAllah müqabilindəözününecə hissedirsən?) Haqq və düz deyirəm (ki, həqiqətən) dünya səni aldatmayıb, bəlkə sən ona aldanmısan. Dünya sənə öyüd-nəsihətləri aşkar edib və səni ədalət və bərabərliklə xəbərdar edib. Sənə cisminin dərdə düçar olacağı və gücünün azalacağı kimi verdiyi vədlərdə daha doğruçu və vəfalıdır və sənə yalan demir və aldatmır səni. Nə çox nəsihət verən ki, sən onu təqsirləndirirsən (onunibrətlərindənnəticəçıxarmırsanvə səninnəfsiistəklərinəzidd olduğuüçün onaəhəmiyyətvermirsən). Və nə çox doğru xəbər ki, sən onu yalan sanırsan. Əgər dünyanı xaraba şəhərlər və boş evlərlə tanımaq istəsən, onun gözəl nəsihətçi və öyüd verən olduğunu görərsən ki, mehriban yoldaş kimi səni məhvə çəkməyə qıymır.[12] (Bunagörədə buyurur:) Dünya ona ürək bağlamayan üçün gözəl ev və onu vətən (özhəmişəlikyaşayışyeri) etməyən üçün gözəl yerdir. Dünya əhlinin sabahkı (qiyamətdəki) xoşbəxtləri bu gün dünyadan qaçan (vəonun malınaürək bağlamayan, vurulmayan) kimsələrdir.

Yer möhkəm titrəyəndə və onun qorxu və çətinlikləri ilə qiyamət gerçəkləşəndə, hər bir din əhli öz dininə, bütün sitayiş edənlər öz mə’budlarına və bütün tabe və davamçılar öz rəhbərlərinə qovuşanda (sözvə əməllərininaraşdırılmasıüçün biryerə toplaşanda) Allahın ədaləti müqabilində havaya salınan hər bir nəzər və yerdə atılan hər bir yavaş addıma düzlük və doğruluqla əvəz veriləcək. (Həmingün hərbir pisvə yaxşıiş, həttakiçik olsabelə, aşkarolacaq vəonun barəsindəsorğu-sualediləcək.) Beləliklə, həmin gün çox dəlil və sübutlar batil olacaq və insanın sığındığı çox üzr və bəhanələr qəbul edilməyəcək. Buna görə də öz əməlindən, vasitəsi ilə bəhanələrin qəbul ediləcək və dəlilin möhkəmlənəcək şeyi istə. Sənin onun üçün qalmayacağın şeydən (dünyadan) sənin üçün qalacaq şeyi (Allahaitaətvə xalqaxidməti) götür. Öz səfərin üçün hazır ol. (Çətinliklərindən) nicat və qurtuluş işığına nəzər sal (görhardan saçırvə haragedir) və yəhəri cəld və çevik dəvələrin belinə bağla (axirətsəfəriüçün azuqəvə miniktədarükügör ki, yolda qalmayasanvə çətinliklərləqarşılaşmayasan).
215- ci xütbə

İmamƏli əleyhis-salamın(öz vəsfindəki) kəlamlarındandır(ki, onda zülm, sitəm və haqsızlıqdan uzaq olmasını bəyan edib).

And olsun Allaha ki, gecəni (ititikanlarıolan) dəvətikanının üstündə oyaq keçirməyim və (əl, ayaq vəboynumun) zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən (cavanlıqvə güclülüyüçox tezqocalıqvə zəiflikləəvəzolan) və torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?!

And olsun Allaha, (qardaşım) Əqili çox yoxsul və pərişan halda gördüm və məndən sizin buğdanızdan (beytülmaldan) bir batman istədi. Həmçinin onun uşaqlarını qəm-kədərdən tutqun rəngdə, toz-torpaqlı saçlarla gördüm, sanki üzləri mavi rənglə (indiqoilə) qaraldılmışdı. Əqil öz istəyində təkid edərək sözünü təkrar edirdi və mən onun söhbətinə qulaq asırdım. Güman edirdi ki, mən öz dinimi ona sataraq öz yolumdan əl götürüb onun arxasınca gedəcəyəm (hərnə desəyerinəyetirəcəyəm). Buna görə də onun üçün bir dəmir parçası qızdırıb bədəninə yaxınlaşdırdım ki, ibrət götürsün. O, qızarmış dəmir parçasının ağrısından xəstənin nalə etməsi kimi nalə edib fəryad qopardı və az qalmışdı ki, ondan yansın. Ona dedim: Ey Əqil, analar matəmində ağlasınlar! İnsanın oynamaq üçün qızdırdığı dəmir parçasından nalə qoparırsan, amma məni qüdrətli Allahın qəzəbindən yandırdığı oda tərəf çəkirsən?! Sən bu (az) əziyyətə görə nalə qoparırsan, amma mən Cəhənnəm odundan fəryad qoparmayım?! Əqilin əhvalatından daha təəccüblüsü bir şəxsin[13] axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz əhli-beytə haramdır. Dedi: Sədəqə və zəkat deyil, hədiyyədir. (Buhədiyyənigətirməkdənməqsədibatil olduğuvə əslindəonun hədiyyəadlandırdığışey rüşvətolduğuüçün) dedim: Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Mənibu yollaaldatmaq istədiyini) dərk edib anlamırsan, yoxsa dəlisən və yaxud boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm. Həqiqətən sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin əldən çıxan nemət və qalmayacaq ləzzətlə nə işi? Ağlın yuxuya getməsindən (vəonun dünyanınfitnə-fəsadlarınıbaşa düşməkdənxəbərsizqalmasından) və sürüşmənin (və azğınlığın) çirkinliyindən Allaha pənah aparıram və (bütün hallarda) ancaq Ondan kömək diləyirəm.
216-cı xütbə

İmam Əli əleyhis-salamın(var-dövlətliolmağıistəməkvə yoxsulluğadüçar olmamağıdiləməküçün olan) dualarındandır.

Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməllərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım.[14] Bütün bunlardan sonra Sən verib verməməkdə ixtiyar sahibisən. Çünki hər bir şeyin ixtiyar və qüdrəti Sənin əlindədir.
217-ci xütbə

İmam Əli əleyhis-salamın (dünyanınməzəmmətivə ölülərinhallarınınbəyanıbarəsindəki) xütbələrindəndir.

Dünya, (əhli) qəm-qüssəyə bürünmüş, hiylə və xəbisliklə məşhurlaşmış (vəfasızlığıgözüaçıqinsanlara gizliolmayan) bir evdir. O, həmişə bir halda qalmır.[15] Ona gələnlər (onunyanmaq, batmaq, uçmuştavanlar altındaqalmaq vəmüxtəlifxəstəliklərədüçar olmaqkimi dərdvə əziyyətlərindən) salamat qalmazlar. Onun halları müxtəlifdir və növbələri dəyişməkdədir (bəzənnemətverər, bəzəndə zəhmət). Onda kef çəkmək (nəfsinistəklərinətabe olmaq) məzəmmət edilib və onda rahatlıq tapılmır. Onun əhli, onda bəla oxlarına hədəfdir ki, dünya öz oxlarını onlara tərəf atır (hərbirini birdərdədüçar edir) və ölümlə məhv edir.

Ey Allah bəndələri! Bilin ki, həm siz və həm də bu dünyada sizi əhatə edən şeylər (onunmal, binavə bər-bəzəyi) sizdən qabaq keçənlərin yolundasınız. Onların ömürləri sizinkindən daha uzun, şəhərləri daha abad və nişanələri daha mühüm idi. Onların səsləri kəsilib (danışmırlar), küləkləri yatıb (təkəbbürvə məğrurluqlarıaradan gedib), bədənləri çürüyüb, şəhərləri boş qalıb və nişanələri yoxa çıxıb. Ucaldılmış qəsrlər, möhkəm tikililər və böyük balışları möhkəm daşlar və ləhədə (qəbriniçindəolan çuxura) birləşmiş qəbirlərlə əvəz ediblər. O qəbirlər ki, onların astanası viran olub və binası torpaq ilə möhkəmlənib. Həmin qəbirlər bir-birlərinə yaxındırlar. Amma sakinləri qərib və tənhadırlar. (Hərbirinin qəbrinindigərininqəbrinəyaxınolmasınabaxmayaraq, onlar bir-birləriilə görüşmürlər.) Onlar elə bir məhəllə sakinləri arasında məskunlaşıblar ki, (bir-birləriilə qaynayıb-qarışmadıqlarıüçün) qorxu içindədirlər; zahirdə rahat olan bir dəstənin içindədirlər, amma əzab-əziyyətdədirlər (birişləriyoxdur, ammaəslindəsaysızzəhmətvə məşəqqətlərədüçardırlar). Vətənlərə (özlərininhəmişəlikyaşayışyerlərinə) uyuşmurlar. Yaxın və qonşu olmalarına baxmayaraq, qonşular kimi bir-birləri ilə qaynayıb-qarışmırlar. Çürüntü onları öz sinəsi ilə yediyi və daş-kəsək onları udduğu (məhvetdiyi) halda onların arasında necə görüş ola bilər?! Özünüzün onların getdikləri yerə getmiş olduğunuzu, həmin yatağın (qəbrin) sizi girov götürməsini və həmin əmanət yerinin sizi qoynuna almasını təsəvvür edin. Belə isə (eydünyaya aldananlar) əgər sizin işləriniz (qəbirvə Bərzəxaləmi) sona çatsa və ölüləri qəbirlərdən (hesablarıaraşdırmaqüçün) çıxarsalar, sizin vəziyyətiniz necə olacaq? (Qur’ani-KəriminYunus surəsinin30-cu ayəsindədeyilir ki:) «هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ» «Həmin vaxt hər bir kəs əvvəlcədən qabağa göndərdiyi şey (yerinəyetirdiyi əməl) ilə imtahan ediləcək (onunxeyir-ziyanınıgörəcək) və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. Onların uydurduqları şey (bütləriAllahınşərikibilib onlarınşəfaətlərinəgöz dikmələri) işlərinə yaramayacaq».
218- ci xütbə

İmam Əli əleyhis-salamın (Allahınmədhivə əfvedilərəkbağışlanmaistəməkbarəsindəki) dualarındandır.

Allahım, Sən öz dostlarınla bütün dostlardan çox dostsan və onların Sənə təvəkkül etdikləri işlərinin islah edilməsinə onların özlərindən də hazırsan (hərbir şeyəqadir olduğunüçün istəyənkimi hərbir işigörürsən). Batinlərini görür, düşüncələrindən xəbərdarsan və gözüaçıqlıq və ağıllarının miqdarını bilirsən. Beləliklə, onların sirləri Sənin yanında aşkardır və qəlbləri Sənə doğru yönəlib. Tənhalıq onları vahiməyə salanda Sənin zikrin onlarla ünsiyyətdə olur, qəm-qüssə onlara qalib gələndə Sənə pənah aparmağa sığınırlar. Çünki bilirlər ki, işlərin sükanı Sənin (qüdrətvə qüvvət) əlindədir və onların mənşəyi Sənin qəzavü-qədərindir.

Allahım, əgər nə istəyəcəyimi bilməsəm və öz istəyimdə çaş-baş qalsam, məni xeyrim olan şeyə yönəlt və qəlbimi xeyir və yaxşılığım olan şeyə tərəf döndər ki, əgər məni istiqamətləndirsən, bu Sənin hidayət etmələrinin münasib olmayanı və istəkləri rəva etməklərinin qəribə və təəccüblüsü deyil. (ÇünkiSən hidayətedən vəistəklərirəva edənsən.)

Allahım, mənimlə ədalətinlə deyil, əfv və bağışlamanla davran. (Çünkiədalətlərəftaretməkcəzalanmağımavə çətinliyədüşməyiməsəbəbolar.)
219- cu xütbə

İmam Əli əleyhis-salamın (Ömərbarəsindətövriyəyolu iləbuyurduğu, yəni, zahirdəonu tərifləməsikimi görünən, amma batindəonu məzəmmətetdiyi vəbuna görədə üçüncüxütbədəbuyurduqlarıilə heçbir ziddiyyəttəşkiletməyən) kəlamlarındandır.

Allah filankəsin (Öməribn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərininfikrincə) əyriliyi düzəltdi (azğınlarıyola gətirdi), xəstəliyi müalicə etdi (birsıra şəhərlərinəhalisiniİslamdininəqovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərinhökmləriniicra etdi) və fitnə-fəsadı arxaya atdı (onunzamanındabir fitnəbaş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osmankimi özünüçirkinliklərəbulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nəqədərki, varidi xilafətişi nizam-intizamdaidi vəonda heçbir pozğunluqyaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.
220- ci xütbə

İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin necəliyi barəsindəki kəlamlarındandır və bundan qabaq (əlliüçüncü vəyüz otuzyeddinci kəlamda) bunun bənzəri başqa kəlmələrlə keçdi.

(Mənimləbey’ətetməküçün) əlimi açdınız, mən yumdum, onu çəkdiniz, mən saxladım. Ondan sonra susuz dəvələr su nohurlarına daxil olanda basabas saldıqları kimi izdihamla üstümə töküldünüz. Nəhayət, ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəif ayaq altında qaldı və xalqın mənimlə bey’ət səbəbindən sevinci o həddə çatdı ki, uşaqlar şad oldular və zəif qoca, çətinlik və məşəqqətdə olan xəstə və yeni yetişmiş qızlar rübəndsiz onun tamaşasına gəldilər.[16]

[1] Döyüş meydanında cəld və çevik olun, yaxud günahdan çəkinərək uzaq olun.

[2] Səfərdə olan şəxs dostları ilə belə qərara gəlir ki, axşam tez yola düşsün və səhərisi gün istinin şiddəti artmamış evinə çatsın. Amma axşam düşən kimi şirin yuxu ona qalib gəlir və həmin qərarları yox edir.

[3] Süst iradəli insanlar gündüz hansısa bir işi axşam görmək qəsdinə düşərlər. Amma axşam, qaranlıq hər yeri bürüyəndə, öz fikirlərinə göz yumaraq qəflət yuxusuna gedərlər. Himmətli insanlar isə öz məqsədlərinə nail olmaq üçün səy və təlaş göstərərək yuxu və rahatlığı özlərinə haram edərlər.

[4] Bu surənin nazil olma səbəbi barəsində belə deyilib ki: Əbd Mənaf ibn Qusəyy qəbiləsi ilə Səhm ibn Əmr qəbiləsi öz qəbilə üzvlərinin saylarının çox olmasına görə bir-birilərinə öyünürdülər. Hər iki qəbilə öz adamlarını saydıqdan sonra Əbd Mənaf tayfasının adamlarının sayı çox gəldi. Bundan sonra Səhm ibn Əmr tayfası dedi: Bizim adamlarımızın çoxu cahiliyyət dövründə öldürüldüyü üçün biz həm ölüləri, həm də diriləri sayacağıq. Bu cür saydıqdan sonra onların qəbilə üzvlərinin sayı çox gəldi. Deyirlər ki, onlar qəbristanlığa gedib orada ölüləri sayıblar.

[5] Torpağınaltında çürüyərək dağılmış, nalayiq əməllərinin girovunda olan ölüdən ibrət götürmək lazım olduğu halda, onlar qəflət və xəbərsizliyin çoxluğundan həmin ölülərlə öyündülər.

[6] Çünki gündüzlə gecə diriləri ölülərə çatdırır, sanki sizə ölüm xəbəri verib və sizin ayrılığınıza ağlayaraq nalə edir.

[7] Ölümdən qiyamət başlanana kimi dünya ilə axirət arasında keçid rolunu oynayan və nəzərimizdən gizlin olan aləmin.

[8] Necə ki, Qur’anı Kərimin Şura surəsinin 7-ci ayəsində buyurur: «وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ» «Hər bir peyğəmbərə onun öz tayfasının dilində vəhy etdiyimiz kimi Qur’anı sənə ərəb dilində göndərdik ki, Məkkə əhlini və onun ətrafında olanları əzabdan qorxudasan və gəlməsində heç bir şəkk-şübhə olmayan və hamının (hesablarının araşdırılması üçün) bir yerə toplaşacağı qiyamət günündən çəkindirəsən; yaxşı əməl sahibləri Cənnətə, pis əməl sahibləri isə Cəhənnəmə gedəcəklər».

[9] Allahın zikri çıraq kimi onların göz, qulaq və qəlblərini işıqlandırıb. Buna görə də Ondan başqa bir şey görmür, Onun əmr və qadağalarından başqa bir söz eşitmir və O istədiyindən başqa şeyə ürək bağlamırlar.

[10] Çünki Onun «Sənin kərəmin məni məğrur etdi» deməsi düz deyil. Ona görə ki, kərəm günah və naşükürlük edilməsini deyil, itaət və şükr edilməsini tələb edir. Ayənin «Səni intiqam alan Rəbbinə qarşı aldadan, məğrur edən nədir?» buyurmamasının səbəbi, kərim olan Rəbbə qarşı itaətsizlik edilməməsinin zəruriliyini bildirmək üçündür. Əgər insan «məni şeytan aldatdı, məğrur etdi» desə ona cavab veriləcək ki: Məgər biz Qur’ani-Kərimdə «Şeytana tabe olmayın ki, o sizin aşkar düşməninizdir» deməmişdik? Əgər «nadanlıq məni məğrur etdi» desə cavabında deyiləcək ki: Məgər bizim hökmlərimizi sizə öyrətmək üçün peyğəmbərlər göndərməmişdik? Qısası üzr və bəhanə gətirmək yolu bağlıdır.

[11] Və buna görə də fani dünyanın ləzzət və sevincini əbədi səadət və Cənnətdən üstün tutub.

[12] Buna görə də «dünya məni aldatdı» deməməlisən. Çünki əgər dünya səni aldatsaydı, ibrətlərini səndən gizlədərdi. Bu kəlam Allah-təalanın Qur’ani-Kərimin Casiyə surəsinin 35-ci ayəsindəki «وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا» «dünya həyatı sizi aldatdı» buyuruğu ilə ziddiyyət təşkil etmir. Çünki dünyanın aldatmasının mənası əslində ona aldanmaqdır.

[13] Münafiq, ikiüzlü və İmam əleyhis-salamın düşmənlərindən olan və o Həzrətin də düşmən bildiyi Əş’əs ibn Qeys (nəzərdə tutulur).

[14] Bu iki sifət məzəmmət edilmiş sifətlərdəndir və böyük günahlardan sayılır. Çünki bir şey verəni mədh etmək Allahdan başqasına üz tutmaq və Ona şərik qoşmaqdır. Nə çox bəxşiş edən adamlar var ki, dövrün pislərindəndirlər. Bir şey verməyən kəsi pisləmək də rəva və düzgün deyil. Çünki ola bilər ki, o yaxşı insanlardan biridir və bir şey verməməsinin üzrlü səbəbi var.

[15] Onun həyatı ölümə, varlılıq və zənginliyi yoxsulluğa, sevinci kədərə, sağlamlığı xəstəliyə, güclülüyü zəifliyə və hörmətliliyi xarlığa çevrilir.

[16] Buna görə də tam meyl və rəğbətlə edilmiş, sevincin çoxluğundan hamının özündən çıxdığı bey’ətlə müxalifət etməməli və onu pozmamalısınız.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment