Zəhmət olmasa gözləyin

NƏHCÜL- BƏLAĞƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

NƏHCÜL- BƏLAĞƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

"Nəhcül-bəlağə" haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq.

"Nəhcül-bəlağə"nin lüğət mənası bəlağət yolu, yaxud açıq və gözəl danışmaq yolu deməkdir. Bu kitabın məzmunu isə həzrət Əlinin (ə) söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir.

Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400-cü ildə (1000-ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül-bəlağə” qoymuşdur.

O, bu kitabı Nəhcül-bəlağə adlandırmasının səbəbini belə açıqlayır;
“Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül-bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir".

Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.

Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar.

Nəhcül-bəlağənin məzmun və mətni üç hissədən ibarətdir:

1-ci hissə 241-242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184-cü xütbə “Müttə-qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö-minlərin xüsusiyyətlərindən bəhs edir.

2-ci hissə 78-79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5-ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4-45-ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42-ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6-cı mək.) də məktub yazmışdır.

3-cü hissə 480-489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi-ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır.

Nəhcül-bəlağə həzrət Əmirəl-möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid-din, firuid-din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır.

Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq:
Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır:

Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?”
Xütbə 192: “İbrət götürün keçmiş zaman-larda yaşayan zülmkar və təkəbbürlü ümmət-lərdən ki, necə Allahın əzabına düçar oldular!"

Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam".

Nəhcül-bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər.

O cümlədən, ilk dəfə Nəhcül-bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10-cu əsrdə ) olmuşdur.

Nəhcül-bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil-Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül-bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır.
Nəhcül-bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421-ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır.

Allah bizə öz milli-dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)

 

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-möminin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir.

Şərif Rəzi adı ilə tanınan Əbulhəsən Məhəmməd ibni Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, imam Museyi-Kazimin oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir («Ümdətüt-talib fi ənsabi Əli ibn Əbu Talib», Nəcəful-əşrəf, h. 1337, M.1918, səh. 193-200; Məhəmməd Əbduh: «Şərhi-Nəhcül-bəlağə», Beyrut, Muəssisətul-aləmi nəşri, M.Əbduhun ön sözü, səh.6). Şərif Rəzi hicri 359-cu ildə (969-970) anadan olmuş, usul və ədəbiyyatda çox yuksək mövqe qazanmış, 383-cu ildə (993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz uzərinə göturmuşdur. «Kitabul-mutəşahib fil-Quran», «Məcazatul-asareyni-nəbəviyyə», «Təlxisul-bəyan ən məcazatil-Quran» «Kitabul-Həsaıs» «Əxbari-quzati-Bağdad» adlı əsərləri, atası haqqında bir kitabı, uç cild risaləsi, Əbu Əddullah Huseyn ibni Əhməd ibni Həccacın (h.391, m.1000-ci ildə vəfat etmişdir) şerlərindən seçmələri və divanı vardır.

Rəzinin ən məşhur əsəri Həzrət Əlinin (ə) xutbə, məktub və sözlərini topladığı «Nəhcul-bəlağə»dir. («Ümdatul-Talib», səh. 196-197). Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel, 1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir (Hacı Şeyx Əbdullahil-Məmakani: «Tənqiyhul-məqal fi əhvalir-rical» Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, III cild, səh.107). Seyyid Rəzi bu xutbə, məktub və hikmətli sözləri toplayarkən bir xeyli qaynağa sahib idi. Əbu Cəfər Məhəmməd ibni Həsən ibni Əli ət-Tusinin (h.460/1067) rəvayətindən aydınlaşır ki, Həzrət Əmirin (ə) oxuduğu xütbələri ilk dəfə kufəli Zeyd ibni Vəhəbul-Cuyheyni qələmə almışdır. O, Əmir-əl-möminin (ə)-ın əshablarından idi. Nəhrivana gedərkən Həzrət Əmir Zeydi də özu ilə göturmuşdu. (Yenə həmin mənbə, I cild, səh. 471-472). Tusi bu kitabı Əbu Mehnəf Lut ibni Yəhyadan, o, Əbu Mənsur Cuheynidən, o da Zeyd ibni Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri şəxsən Əmir-əl-möminin əleyhissəlamın özundən eşitmişdir. İbni Hacər Zeyd ibni Vəhəbin, cahiliyyə dövrunu və əsri-səadəti (peyğəmbər zamanı) görduyunu, lakin Həzrət Rəsuli-Əkrəmlə (s.ə.v.v.) göruşmədiyini, Kufədə yaşadığını, hicrətin 96-cı ilində (m.714) vəfat etdiyini göstərir. Zeydin Peyğəmbərin (s.ə.v.v.) besətindən əvvəli görməsi onun yüz ildən artıq yaşadığını göstərir.

Həzrət Əmirin (ə) xütbələrini yazanlardan biri də İbrahim ibni Həkəm ibni Zuheyril-Fəzaridir. Həkəm ibni Zuheyr hicrətin 127-ci ilində (m.741) vəfat edən İsmail ibni Əbdurrəhmanus-Suddəinin təfsirini rəvayət etmişdir. Elə bir təfsir yoxdur ki, onun təfsirindən rəvayət etməsin. Tirmızi də «Səhih» əsərində ondan faydalanmışdır. Həkəm ibni Zuheyr hicrətin 180-cı ilində (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə Həzrət Əmirin (ə) xütbələrini əhatə edən bir kitabı vardır («Tənqiyh...», I cild, səh. 15).

Xütbələri toplayanlardan biri də İsmail ibni Mehranis-Səkunidir. O, imam Cəfər Sadiqin (H.148, m.765) imam Əliyyur-Rizanın (h.202, m.817) zamanlarında yaşamış, onlarla muşərrəf olmuş, bir sıra kitablar yazmış və Həzrət Əmirin (ə) xütbələrini toplamışdır.

Həzrət Əmirin (ə) əshabından nufuz sahibi kimi tanınan və imam Həsən (ə) zamanında da ömur surmuş Əsbəq ibni Nubatə Həzrətin Malik-ul-Əştəri Misirə vali təyin edərkən ona yazdığı «Əhdnamə»ni və Məhəmməd-ul-Hənəfiyyəyə vəsiyyətlərini rəvayət etmişdir. Malik-ul-Əştərlə göndərilən və misirlilərə xitabən yazılan məktublarını isə Cəməl cihadında Həzrət Əlinin (ə) yanında olan Səsəə ibni Suhan rəvayət etmişdir.

İmam Əlıyyən-Nəqinin (ə) zamanında yaşayan (h.254, m.868) Saleh ibni Əbu Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir.

Bunlardan başqa 238-ci ildə (m.896) vəfat edən və Muxtar ibni Əbu Übeydətus-Səqəfinin əmisı Sədin nəslindən olan İbrahim ibni Muhəmməd ibni Səidi Səqəfi, 330-cu ildən (m.844) sonra vəfat etmiş, iki yuzə qədər kıtabın muəllifi olan Əbduləziz ibni Yəhyail-Cəludiyyil-Bisri, 260-ci ildə (m.873) vəfat edən və atası imam Sadiqin (ə) dövrunu görmuş Hişam ibni Muhəmməd ibni Səid də xütbələri toplayanlardandır. Hişamın tarix və ənsaba dair bir sıra kitabları vardır. İmam Əliyyən-Nəqinin (ə) zamanında yaşayan və «Kitabi-Məhasin» sahibi Əhmədin babası olan Məhəmməd ibni İsa ibni Əbdullah ibni Səidul-Əşərinin, fıqhə dair bir sıra əsərlərın muəllifi Məhəmməd ibni Əhmədil-Cufinin də Həzrət Əmirin (ə) xütbələrindən ibarət kitabları vardır. Bunlardan əlavə şiəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Muhəmmədi Mədaini də (h.225, m.839) Əmir-əl-möminin Əlinin (ə) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır (İbnun-Nədim, «Əl-fehrest», Misir, Rəhmaniyyə mətbəəsi, 1345, səh.149).

Görunduyu kimi, Seyyid Rəzi Həzrət Əlinin (ə) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövrundən əvvəlki bir çox qaynaqlarla tanış idi. Şərif Rəzinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436, m.1044) kitabxanasında səgsən min cild kitab vardı. «Möçuzətul-Buldan» bu kitabxananın dunyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir (Misir, 2. 1323, II cild, Bey-nəs-sureyn mətbəəsi, səh. 343). Doğrudan da, Seyyid Rəzinin bu sahədəki xidmətləri əvəzsizdir. Çunki o, «Nəhcul-bəlağə»ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmazdı. «Nəhcul-bəlağə»də rast gəlmədiyimiz bəzi xütbələr də Həzrət Əmirə (ə) aid edilir ki, «Əl-lölö», «Əl-iftixar», «Əl-vəsilə» bunlardandır. İbni Şəhraşub (h.588, m.1192) da öz «Mənaqib» əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır.

Şubhə yox ki, Həzrət Əlinin (ə) «Nəhcul-bəlağə»yə duşməmiş xutbə və məktubları da vardır. Məlumdur ki, Amidinin «Qurərul-hikəm» indəki qısa və hikmətli sözlərin sayı 11.050-yə çatır. Ancaq «Xütbətül-bəyan» kimi bəzi xütbələrdə quluvvə qaçanların etiqadlarını əks etdirən sözlərin olması, bu xütbələrin Həzrət Əliyə (ə) aidliyinə haqlı şubhələr yaradır (Bax: Bozorgi Tehrani Məhəmməd Möhsin, «Əz-zəriə», VII cild, səh. 187-193).

«Nəhcul-bəlağə»yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbni Əbilhədid Əbdulhəmid (h.655, m.1275) «Nəhcul-bəlağə»dəki sözlərin Həzrət Əliyə (ə) aidlıyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, uslub eyniliyni qeyd edir.

«Nəhcul-bəlağə»nin Seyyid Rəzi tərəfindən meydana gətirildiyini, yəni ki, bu kitabdakı xütbələrin, sözlərin Seyyid Rəziyə aid olduğu haqqındakı şubhə barəsində nəhv, luğət, şer, təfsir, hədis, fiqh, ənsab, qiraət, hətta hesab, həndəsə və hikmətdə zamanəsinin körkəmli elm sahibı olan İbni Həşşab Əbdullahdan (h. 567, m 1172) soruşularkən, o, demişdi: «Seyyid Rəzi, yaxud bir başqası bu xütbələrə necə sahıb ola bilər? Biz Seyyid Rəzinın risalələrini görmuşuk, mənsur sözlərindəki uslubunu da bilirik». İbni Həşşabın «Xütbeyi-Şikşikiyyə»ni Seyyid Rəzinin anadan olmasından hələ iki yüz ıl əvvəlki kitablarda gördüyünü İbnı Əbılhədid ustadı Müsəddiq ibni Şəbibdən rəvayət edir. («Reyhanətul-ədəb», V cild, səh. 216-218).

Etiketlər :
İstifadəçi rəyləri (0)
Rəyi göndər