Azəri
Saturday 2nd of March 2024
0
نفر 0

Ayətullah Məkarim Şirazi: Təkfirçiliyin kökünü İslam alimləri kəsməlidirlər

Ayətullah Məkarim Şirazi: Təkfirçiliyin kökünü İslam alimləri kəsməlidirlər

Dini-Elmi Hövzələr qrupu: İİR-nın müqəddəs Qum şəhərində şiələrin böyük təqlid mərcəsi olan Ayətullah Məkarim Şirazinin təşkilatçılığı ilə "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında beynəlxalq konfrans"ın rəisi Həzrət Ayətullah Məkarim Şirazi açılış mərasimində dedi: "Təkfirçiliyin kökü İslam alimləri tərəfindən və elmi əsaslarla qurudulmalıdır".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə dünən, 23 noyabr, "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransın rəisi və şiələrin ali təqlid mərcəsi Həzrət Ayətullah Məkarim Şirazi konfransın açılış mərasimində dedi: "Təkfirçilər eyni zamanda həm İslama zərbə vururlar və həm də bəşərəiyyət və ictimaiyyətə. Buna görə də bu azğın qrupun hədəfləri və bunları hərəkətə keçirən amillər araşdırılmalı və bu cür təfəkkürü meydana çıxaran amillərin kökü qurudulmalıdır. Ekstremist və təkfirçi terrorist qruplaşmalarla hərbi mübarizə lazımdır, amma kifayət deyil. Təkfirçiliyin kökü İslam alimləri tərəfindən və elmi əsaslarla qurudulmalıdır ki, müsəlman cavanları onları tanısınlar və onların təbliğatına aldanmasınlar".
O təkfirçilik ideologiyası haqda belə deyib: "Hazırkı şəraitdə azğın cərəyan barədə mütləq tədqiqat aparılmalı, onların düşüncə və məktəblərini tanımalı və köklərini qurutmalıyıq. Onlar məscidlərə və müqəddəs məkanlara təhm etmirlər".
O burğuladı: "Onlar öz quru təfəkkürləri yolunda qadın, uşaq, cavan və qocaları qətliam edirlər. Bu terrorist qruplaşma İslam adına cahiliyyət dövrünün əməllərini təkrarlayırlar".
Ayətullah Məkarim Şirazi vəhhabilərin demək olar ki, dünyanın bütün bölgələrində törətdikləri cinayətlərə işarə edərək bildirib: "Haçana kimi əyləşib onların törətdikləri cinayətlərə tamaşa etməliyik?"
Konqresin baş təşkilatçılarından olan Ayətullah Məkarim Şirazi bildirib: "İslam dini hətta qeyri-müsəlmana qarşı belə məhəbbət və mehribançılıq sərgiləyən dindir. Biz mütləq dünyaya isbat etməliyik ki, onların (təkfirçilərin) tutduqları və getdikləri yolun İslam dini ilə heç bir ılaqəsi yoxdur. Təkfirçilərə aldanmış cavanlara gəldikdə isə, onların hesabları təkfirçilərdən tam fərqlidir. Azğın qruplaşmaya qarşı silahlı mübarizə aparmaq vacibdir amma bu kifayət etmir. Onların kökü mütləq İslam Alimlərinin əli ilə qurudulmalıdır".
Ayətullah Məkarim vurğuladı: "Səudiyyənin baş müftisi İmam Hüseyn (ə) əzadarlarını təkfir edir və onların qətlina fətva verir. Belə bir hökm hardan və necə çıxarılır. Öz Peyğəmbərinin (s) nəvəsinin şəhidliyi üçün əza saxlayıb, ağlayan müsəlmanın kafirliyini və qanını tökməyi əmr edən fətvanı hansı əsasla verir?".
Ayətullah dedi: "Təkfirçilər şirk və imana düzgün tərif verə bilməyiblər. Onların şirk və imandan anladıqları yanlışdır. Və problemdə bundadır ki, onlar öz səhf fikirlərində israrlıdırlar və onu həyata keçirməyə çalışırlar".
Qeyd edək ki, "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda beynəlxalq konfrans İslami məzhəblərin nümayəndələrinin iştirakı ilə dünən, 23 noyabrdan Qum şəhərinin "İmam Kazım (ə) adına elmi dini hövzəsi"ndə öz işinə başlayıb və bu gün də davam edəcəkdir.

 


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəmən xalqının ölkələrini işğal etmiş ABŞ və Səudiyyə rejimi əleyhinə ...
Qanunsuz Xəlifə rejiminə qarşı çıxan Bəhreyn xalqı Şeyx Əli Səlmanın azad ...
Suriyanın Mənbic şəhəri sələfi terrorçularından azad olduqdan sonra
Pakistanın müxtəlif əyalətlərində keçirilən Qüds Günü
ABŞ-da növbəti anti-polis əməliyyat, 3 polis öldürüldü
İlham Əliyev rejimi AİP-n sabiq sədr müavinini həbs etdiı
Əfsanəvi Qasim Süleymani Hələbdə
Gürcüstanda "Ramazan Akademiyası 2" adlı proqrama start verilib
Suriya Xan Şeyx şəhəri yağı düşməndən azad edilərkən
Yəhudilərin Qəzzə Zolağına hücumunda ayaqlarını itirmiş 15 yaşlı qız ...

 
user comment