Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Ömrünün 51-ci ilini karserdə qarşılayan Siyasi Lideri əqidədaşları təbrik etdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 1965, 4 Avqusta qədim Quba şəhərində tanınmış və savadlı bir ailədə dünyaya göz açmış Azərbaycan İslam Partiyasının məhbəsdəki sədri Hacı Mövsüm Səmədovun bu gün 51 yaşı tamam olur. Doğum günü münasibəti ilə Doktor M. Səmədovu partiya funksionerləri,
Ömrünün 51-ci ilini karserdə qarşılayan Siyasi Lideri əqidədaşları təbrik etdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 1965, 4 Avqusta qədim Quba şəhərində tanınmış və savadlı bir ailədə dünyaya göz açmış Azərbaycan İslam Partiyasının məhbəsdəki sədri Hacı Mövsüm Səmədovun bu gün 51 yaşı tamam olur. Doğum günü münasibəti ilə Doktor M. Səmədovu partiya funksionerləri, əqidə dostları, siyasi qurumun bütün üzvləri başda AİP sədr əvəzi Hacı İlham Əliyev olmaqla təbrik edirlər.

Təbrikdə deyilir: "AİP lideri Hacı Mövsüm Səmədovu ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Hacıya Allah Təaladan möhkəm can sağlığı, tutduğu düz və haqq yolunun ən uca zirvəsinə yüksəlməyini diləyirik. Əqidəsindən heç zaman dönməyən, xalqını, vətənini, torpağını və dinini canından əziz tutan qardaşımız!

Bu gün Azərbaycan xalqı sizinlə fəxr etməli, qürur hissi keçirməlidir. Sarsılmaz iradəniz, haqqı batildən ayıran təfəkkürünüz, zülmün qarşısında baş əyməmək və zalımların vərdişlərini həmişə tənqid etmək xüsusiyyətinə malik olmağınız sağlam cəmiyyət üzvlərinin qəlbində sizə olan hörmət və məhəbbəti günü-gündən artırır. Biz İslamçılar da həmçinin bu fəxarət hissini yaşayırıq.

İctimai həyatda siyasi fəaliyyətə başladığınız gündən indiyə kimi hər an cəmiyyətin bütün üzvlərinə vətənimiz Azərbaycanı, onun hər qarış tiorpağını sevməyi, vətən, namus və dinimiz uğrunda canlarından keçmək iradəsinə malik olmağı təlqin və təbliğ etmisiniz. Arxanızca gələn insanlar sizin getdiyiniz yolun haqq və ədalət yolu olduğuna əmindirlər.

Günlər, aylar, illər bu yolda atdığınız addımları sarsıtmır, kövrəltmir, əksinə daha da mətinləşdirir, möhkəmləndirir. Bu yolda sizə və hər birimizə böyük uğurlar, Tanrıdan kömək diləyirik.

Sizi bir daha doğum gününüz münasibəti ilə təbrik edirik. Allahdan diləyirik ki, tezliklə haqq etdiyiniz azadlığa qovuşmaqla ailənizə və və cəmiyyətimizə dönüb siyasi fəaliyyətinizi davam etdirəsiniz."

Biz də, ABNA olaraq redaksiya heyətinin üzvləri tərəfindən bu təbriklərə qoşularaq Mövsüm Səmədova uzun bərəkətli ömr, maddi və mənəvi işlərində uğurlar diləyirik!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə

 
user comment