Azəri
Friday 26th of April 2024
0
نفر 0

Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

Xəbər Agentliyi: Kişmiş sununun faydaları üzümlərin özündən gəlir. Bu müalicəni dörd gün ardıcıl tətbiq etsəniz, həzmin asanlaşdığını və daha çox enerjinin olduğunu hiss edəcəksiniz.

Kişmiş suyu qan dövranınızı daha təsirli şəkildə təmizləməyə köməkçi olur və qaraciyərdə olan xüsusi biokimyəvi əməliyyatlara yardım edir.

Həkimlər ümumiyyətlə ürəyiniz üçün, pis xolesteroldan xilas olmaq, trigliserit səviyyəsini salmaq və qəbizliyi ya da ürək bulanmasını əngəlləmək üçün səhərlər kişmiş yemənizi təklif edir.

Kişmiş təbii vitamin və mineral qaynağıdır, ancaq kişmişlərin saxlandığı suyu içsəniz, bu faydalar daha da artacaq. Bunun səbəbi isə üzümün şəkər məzmununun düşməsidir və bunun nəticəsində qaraciyəriniz üçün möcüzə bir təbii müalicə əldə etmiş olarsınız.

Kişmiş seçimi də olduqca önəmlidir. Çox parlaq olanları seçməyin, çünki parıltıları təbii deyil və əslində onları daha gözəl göstərmək üçün tətbiq olunan kimyəvi əməliyyatların nəticəsidir. Rəngi daha tünd olan və nə çox sərt nə çox yumşaq olan kişmişləri seçin. Təmiz olmalarına diqqət edin.

Kişmiş suyunu ac qarına içmək lazımdır, bu çox mühümdür. İdeal olaraq bunu ardıcıl olaraq bir neçə gün təkrar edin. Kişmiş suyunu səhər oyanar oyanmaz içmək üçün gecədən hazırlayın.

Bu müalicəni ən az dörd gün, ayda bir dəfə istifadə edə bilərsiniz.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür

 
user comment