Azəri
Thursday 27th of July 2017
code: 81187
Allah insanı niyə yaratmışdır?

Əmirəl-möminin (ə) buyurur: “Varlığımızın dəyəri behiştdən başqası deyildir. Ona görə də onu ondan azına satmayın. İbadət yaradılışın hədəfidir”.

Allah Təala Öz lütfünə əsasən bəndələrin ibadət etməsi üçün bütün zəminələri hazır etmişdir. Çünki bu şərəfli varlığın yaradılmasındakı hədəf – ibadətdir. İbadət dedikdə Allah Təalaya edilən hər növ pərəstiş və ibadət nəzərdə tutulur – hansı ki, insanın təkamülü və kamilliyə çatması üçün həlledici bir vasitədir. Ona görə də deyə bilərik ki, biz insanların yaradılışında əsil hədəf – ibadət və pak, təyyibə həyatdır.

İndi ki, məlum oldu Allah bizi İlahi həyatda yaşamaq üçün yaratmışdır, bəs bu ibadət həyatını necə yaşamalıyıq? Bu sualın cavabında deyə bilərik ki, din ibadət həyatına malik olmaq üçün bizə lazım olan bütün göstərişləri verir.

Kamil insan bütün varlıq aləminin xülasəsidir. O, həmin kəsdir ki, nümunə və örnək kimi tanıdılmışdır. Allahın insanı yaratmağındakı hədəf məlum olduğu üçün deyə bilərik ki, ibadət həyatına malik olmaq – xilqətin tək hədəfidir. İbadət həyatı da ancaq kamil insanda özünü təzahür edir. Ona görə də sadə bir bürhanla deyə bilərik ki, kamil insan olmaq – İlahi xilqətin əsil hədəfidir.

Kamil insanın dəyəri bu dünyada olan hər şeydən daha üstündür. Çünki bu dünya məhz kamil insan üçün yaradılmışdır. Qüdsi hədislərdən birində oxuyuruq ki, Allah buyurur: “Ey Peyğəmbər! Əgər sən olmasaydın, xilqət üçün əl vurmazdım”. (Erfan)

Hər bir dövrdə və əsrdə kamil insan olmuşdur ki, İlahi yaradılışın hədəfi sayılmışdır. Hər bir zamanda kamil insan olmuş və olacaqdır da. Peyğəmbər (s) və Məsum İmamlarımız (ə) – kamil insanın bariz nümunələridirlər.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, biz insanların Allah tərəfindən yaradılmasının tək hədəfi – kamala çatmağımız olmuşdur. Yəni, insan gərək bu dünyaya gəlsin ki, Allahın ona verdiyi istedadlarını çiçəkləndirsin və onları Allaha ibadət yolunda bilqüvvədən  bilfeilə çevirsin. Yəni, bütün varlığı ilə Allaha tərəf qayıtsın. "İnna lillah və inna ileyhi raciun" – yəni, biz Allahdanıq və Ona tərəf də qayıdacağıq. Ona görə də bizim bu dünyaya gəlməyimiz kamala çatmaq üçündür. Ancaq bu yolla İlahi dəyəri əldə edərik.

Biz bu dünyaya gəlmişik ki, Allahın lütf və inayəti ilə yuxarı qalxaq və Allaha çataq. Necə ki, Əmirəl-möminin (ə) buyurur: “Varlığımızın dəyəri behiştdən başqası deyildir”.

user comment
 

latest article

  Həzrət Məsumə (ə.s) haqqında hədislər
  Həzrət Məsumə (ə.s) cavab verdi...
  Yasin" surəsi
  İmam Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır
  The Scientific School of Imam Ja'far al-Sadiq(AS)
  His Children
  His Birth And His Death
  İmam Sadiq ələyhis-salam haqqında
  Həqiqi tərəfdarlarn sayı nə qədərdir ?!
  "Əhzab" surəsi