Azəri
Saturday 18th of November 2017
code: 81266
Həzrət Mehdinin (əc.) dostlarının xüsusiyyətləri

Şübhəsiz ki, həzrət Mehdi (əc.) inqilabının güclü arxa və köməyə ehtiyacı var. Bu məsələnin əhəmiyyəti bütün peyğəmbərlər və Allah övliyalarının qələbələrində müşahidə olunur.
Məsələn, İslam peyğəmbəri (s) Məkkə şəhə-rində dost və həmkarların olmaması üzündən o cür narahatedici əziyyətlərə düçar oldu. Nəhayət, gizlicə gecə vaxtı Mədinəyə hicrət etdikdən sonra orada özünə möhkəm dayaq qurdu. Beləliklə də “Bədr” döyüşündə İslam düşmənlərinə qələbə çaldı və nəhayət, Məkkə şəhərini fəth edib, bütün Ərəbistan yarımadasını İslam bayrağının altında birləşdirdi. Məkkə şəhərində İslam peyğəm-bərinin dostu, həmkarı və əmisi Əbu Talibin, Peyğəmbərin düşmən təhlükəsindən mühafizə olunma-sında böyük rolu olmuşdur. Lakin onun vəfatından sonra müşriklərin Peyğəmbərə qarşı olan cürətləri daha da çoxaldı. Bu zaman həzrət Cəbrayıl Allah tərəfindən Peyğəmbərə nazil olub, buyurdu:
“Məkkəni tərk et, sənin dayağın vəfat etdi".
Peyğəmbər (s) buyurmuşdur:
“Qüreyş tayfası Əbu Talib vəfat edən vaxta qədər narahat idi. İndi isə onların mənə qarşı olan cürətləri daha da çoxalmışdır".
Digər bir tərəfdən də, Peyğəmbər (s) məskunlaşmaq üçün Mədinə şəhərini seçmişdi. Çünki əvvəlcədən bu şəhərdən bir qrup adam Peyğəmbərlə (s) beyət etmək üçün o həzrətin (s) hüzuruna gəlmiş və onu Mədinəyə dəvət etmişdilər.
Buna görə də dost, həmkar və onların hazırlığı qələbədə əsas rol oynayır. Həzrət Mehdinin (əc.) inqilabı üçün də, sabitqədəm insanların varlığı zəruridir. Bu cəhətdən, həzrət Mehdiyə (əc.) aid olan rəvayətlərin bir qismində o həzrətin köməkçiləri və onların xüsusiyyətləri barədə bəhs edilmişdir. Orada qeyd olunmuşdur ki, sada-lanan xüsusiyyətlərə malik köməkçilərin varlığı ilə o həzrət zühur edəcək və nəhayət qələbə çalacaq. İnsanlar intizarını çəkdiyi kimi, həzrət də onların və öz köməkçilərinin intizarındadır. Həzrətin intizarı daha şid-dətlidir.
İndi isə bu mətləbin daha aydın olması üçün diqqətinizi onlarla, yüzlərlə rəvayətin içərisindən seçdiyimiz, həzrət Mehdinin (əc.) səhabələrinin xüsusiyyətlərini bəyan edən bir neçə rəvayətə cəlb edirəm:
Maidə surəsinin 54-cü ayəsində oxuyuruq:
“Ey iman gətirənlər! Hər kəs İslam dinindən üz çevirərsə, Allah elə bir cəmiyyət yaradacaq ki, Allah onları sevir, onlar da Allahı sevirlər; möminlərin qarşısında təvazökar və mehriban, müşriklərin qarşısında isə qüvvətli və möhkəmdirlər; Allah yolunda ardıcıl olaraq cihad edər və çalışarlar; öz dini vəzifələrini icra edərkən, heç bir məzəmmət edənin məzəmmətindən çəkinməzlər".
Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, həzrət Mehdi (əc.) səhabələrinin xüsusiyyətləri bu ayədə bəyan olunmuşdur. Onlar bu sifətlərlə mürtəd, dindən çıxmış şəxslərin qarşısında möhkəm dayanar və həzrət Mehdi-nin (əc.) ədalətli, cahanşümul hökumətinin qurulması uğ-runda mübarizə edərlər.
İmam Sadiq (ə) buyurmuşdur:
“Bu işin sahibi (zahir olacaq şəxs) bu ayənin sayəsində (bu ayədə onların xüsusiyyətləri bəyan edilən dostların cəmləşməsi ilə) mühafizə olunar".
İmam Səccad (ə) buyurmuşdur:
“Bizim Qaimimiz qiyam edən zaman Allah-taala bizim yolumuzda olan bütün şəxsləri bəlalardan qoruyar, onların qəlblərini dəmir parçası kimi möhkəm edər və onların hər birinə qırx kişinin gücü verilər. Onlar dünyanın hakimi olacaqlar".
İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
“Həzrət Mehdi (əc.) zühur edən zaman bizim tərəf-darlarımızın hər birinin gücü aslandan güclü, nizədən iti olacaq. Onlar düşmənlərimizi ayaq altına salacaq və öz əlləri ilə onları məhv edəcəklər".
İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) dostları haqqında söylədiyi hədisdə belə buyurmuşdur:
“Əgər onların qarşısına dəmir dağlar çıxsa belə, onu parça-parça edər, öz qılınclarını Allahın izni olmadan yerə qoymazlar".


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

user comment
 

latest article

  HƏSƏN VƏ HÜSEN (ƏLEYHIMƏSSALAM) SIFFEYN MÜHARIBƏSINDƏ
  Düz danışmaq (düzgünlük)
  ALLAHIN RƏSULUNUN CANIŞINI
  RƏHMƏT
  Şər`i sual
  111-ci xütbə
  121-ci xütbə
  131-cü xütbə
  QURANDAN NÖQTƏLƏR
  QURANDAN NÖQTƏLƏR