Zəhmət olmasa gözləyin

İranın öz nüvə obyektlərinə baxış keçirilməsinə çağırışı müsbət qarşılanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının MAQATE-dəki təmsilçisi deyib : Ölkələr İranın öz nüvə obyektlərinə görüş keçirilməsinə dair dəvətini müsbət qarşılayıblar.

 

İranın MAQATE-dəki təmsilçisi Əli Əsgər Soltaniyə çərşənbə günü ( 5 yanvar ) Əl-Aləm telekanalına verdiyi açıqlamasında beynəlxalq təşkilatların İİR-nın bu addımını müsbət qarşılamasına toxunaraq bildirib.

Tehranın bu rəftarı bir daha İranın nüvə fəaliyyətlərinin sülhməramlı olmasını sübuta yetirməsi üçün daha bir fürsətdir.

İİR-nın bu hökumət rəsmisi əlavə olaraq deyib : İranın nüvə obyektlərinə baxış keçirmək üçün dəvət olunan ölkələrin çoxu İranın bu addımını müsbət qarşılayıblar və bu təklifi tərifləyiblər.

Soltaniyənin sözlərinə görə , bu konstruktiv və müsbət təşəbbüsdə əsas məqsəd İranın nüvə fəaliyyətlərinin şəffaf olmasını önə çəkməkdir.

Zira , İranın bütün nüvə fəaliyyətləri agentliyin dəqiq nəzarəti çərçivəsindədir.

Soltaniyə  5 yanvarda olan bir müsahibədə bəyan etmişdi ki , İranın bəzi ölkələrin nümayəndələrini İranın nüvə obyektlərinə görüş keçirməyə çağırışı Atom Enerjisi Üzər Beynəlxalq agentliklə əməkdaşlıq çərçivəsindədir.

Xatırladaq ki , Tehran Atom Enerjisi Üzər Beynəlxalq agentlikdəki ölkələrin bir neçə nəfərini o cümlədən Avropa Birliyi , 77-lər qrupu , Bloklara qoşulmayan ölkələr hərəkatı və 6-lar qrupunun bəzi təmsilçilərini İranın nüvə obyektlərinə görüş keçirməyə çağırıb.

Görüş 2011-ci ilin yanvar ayının 15-ci və 16-cı günü üçün nəzərdə tutulub.

Mənbə :
İstifadəçi rəyləri (0)
Rəyi göndər