Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Əsl balı necə seçməli?

 Əsl balı necə seçməli?

 “Və sənin pərvərdigarın arıların Intuisiyasında belə qərar verdi ki, dağlarda, ağaclarda və tavan, körpü və bu kimi yerlər altında özüvə yuva tik.** Sonra bütün meyvələrdən ye, sonra pərvərdigarıvın sənin üçün təyin etdiyi Intuisiya yollarını (əmrimə tabe olmaqla) aramlıqla (geriyə, öz yuvana qayıtmaqdan ötrü) keçi. Onların (arıların) bətnindən müxtəlif rəngli maye çıxır ki, onda insanlar üçün şifa vardır. Həqiqətən o işdə (balın düzəldilməsində, baldan dərman ünvanında istifadə olunmasında və arıların necə həyat sürmələrində) təfəkkür sahibləri üçün (Allahın əzəmətini dərk edib hidayət olmaqdan ötrü aydın) nişanələr var.** Nəhl (Bal arısı) sürəsi. Ayə 68-69”.

 
 


Balın keyfiyyəti dadlı və şirin olması ilə ölçülür.


Təbii bal arılar tərəfindən çiçəklərdən və meyvə tumurcuqlarından alınaraq yığılan nektarlardan formalaşan əvəzsiz qida məhsuludur. Mənşəyinə görə o çiçək və şirə balları kimi növlərə bölünür. Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, hormonlarla zəngindir. Onun tərkibində əsasən 13-20% su, 75-80% qlükoza, fruktoza, saxaroza və bir sıra digər vitaminlər var. Ballar bir-birindən tərkibində olan mikroelementlərin, efir yağlarının miqdarına görə fərqlənirlər. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti bal alrkən onun keyfiyyətilə maraqlanmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, balın keyfiyyətli olması onun dadlı və şirin olması ilə ölçülür. Bunun səbəbi balın içində olan üzüm şəkəri, sakroz və meyvə şəkəridir. Rənginə görə bal açıq və tünd olur. Balın rəngi bitkidən çəkilmiş nektardan asılıdır. Məsələn, açıq rəngdə olan ballar günəbaxan, akasiya, tünd rəngdə olanlar isə qarabaşaq kimi bitkilərdən alınır.

Bal insan orqanizminin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalanacağı bir qidadır. İlıq su ilə qarışdırılaraq içilən balın bir neçə dəqiqə içində vücuda enerji verdiyi təsdiqlənib.

Bu məhsul antibakterioloji tərkibə malikdir. Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki müxtəlif növ mikrobların məhvini təmin edir.

Bal yığılan sahədə hansı bitki, ağac çoxluq təşkil edirsə bal növü həmin bitkinin adı ilə adlanır. Məsələn cökə, günəbaxan, akasiya, şabalıd və s. ballar. Təbiətdə sırf bir bitkidən toplanmış bal tapmaq demək olar ki, mümkün deyil.

Balın çox mühüm müalicəvi xüsusiyyətlərə malik olması artıq elmi cəhətdən əsaslandırılıb. Belə ki, balın qan azlığına, ürək-damar, şəkər xəstəliklərinə, uşaqların boy artımına, dəri, qaraciyər, soyuqdəymə və s. xəstəliklərin müalicəsində əvəzsiz rola malik olması faktdır. Bal xarici bir təsirə məruz qalmazsa uzun müddət xarab olmur, keyfiyyətini itirmir.

Baldan danışarkən onun qablaşdırılması, saxlanması və istehlakçılara çatdırılması da az əhəmiyyət daşımır. Satışa bal ağzı möhkəm bağlanan şüşə bankalara və başqa növ şüşə qablara qablaşdırılaraq çıxarılır. Balı soyuq və tam qaranlıq olan yerdə saxlamaq daha yaxşıdır. Quru yerdə ağzı bağlı bal istənilən temperaturda saxlanıla bilər. Yüksək rütubət şəraitində isə +10º-dən aşağı, yaxud 30-32º temperaturda saxlamaq daha yaxşıdır.

Bal kənar qoxuları tez götürmək qabiliyyətinə malikdir. Ona görə də onun saxlandığı otaq və qab təmiz olmalıdır. Balı dəmir və mis qablarda qətiyyən saxlamaq olmaz. Bu kimi qablarda bal kimyəvi reaksiyaya girir və nəticədə tərkibində zəhərli duzlar əmələ gəlir. Ağac çəllək və yeşiklərdə isə balı uğurla saxlamaq olar.

Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfiyyətinə xələl gətirmir. Əgər xarlanmış balı əvvəlki vəziyyətinə gətirmək istəyirsinizsə onu şüşə qabla birlikdə 35-40ºC temperatura qədər olan suyun içinə qoyun. Ancaq nəzərə alın ki, temperaturun bundan yuxarı olması balın tərkibindəki faydalı vitaminlərin itirilməsinə səbəb ola bilər.

Qablaşdırılmış bal markalandıqdan sonra satışa çıxarılmalıdır. Markalanarkən qabın korpusuna və qapağının üstünə məhsulun adını, botanik mənşəyini, yığım tarixini, istehsalçının, qablaşdırıcının adı, ünvanı, istehsalçının əmtəə nişanı, çəkisi, enerji dəyəri, saxlama müddəti, şəraiti, sertifikatlaşma ilə bağlı məlumat, məhsulun hazırlanmasını və sertifikatlaşmasını göstərən normativ sənədi əks etdirən etiket yapışdırırlar.

Müvafiq şəraitdə balın optimal saxlanılma müddəti 1 ildir. Bundan sonra o mikroblara qarşı olan xüsusiyyətlərini itirir. Qlükoza və fruktozanın həcmi 10-20% aşağı düşür. Tərkibindəki vitaminlər dağılmağa başlayır. Saxaroza və turşuların sayı artır.

Bal alarkən onun laboratoriyada yoxlanılıb sertifikatlaşdırıldığına diqqət edin. Eyni zamanda, nəzərə alın ki, süni balın tərkibində ferment olmur və təbii bala xas olan qoxu vermir. O müalicəvi xüsusiyyət daşımır.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub

 
user comment