Azəri
Sunday 28th of April 2024
0
نفر 0

İBADƏT TÖVSİYƏSİ


Allahpərəst mö’min öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir mö’minin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haq-qa və səbrə də’vət edir: “...O kəslər ki, iman gətirib, yaxşı əməllər etdilər, haqqa çağırdılar və səbri tövsiyə etdilər.”[70]
On nəfər siqaret çəkən bir yerə daxil olsalar, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəklər. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!
Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi tövsiyə edib, bacarığımızı göstərməliyik.
VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ) VƏ ONUN ŞƏRTLƏRİ
İbadət və onun əhəmiyyətini bəyan etdikdən sonra, ibadət edən şəxsin hansı şəraitdə olmasını bilməliyik.
Yetkinlik (büluğ həddi) insan üçün böyük imtiyazdır. İnsan ilahi lütf əldə etməyə, Allahın göstərişlərini yerinə yetirməyə və yer üzündə Onun əmanətdarı olmağa layiq görülmüşdür. İnsana seçim imkanı verən bu xüsusiyyət onun iftixarlarındandır. Bu mərhələyə çatarkən bayram etmək lazımdır.
Alimlərdən biri həmişə öz yetkinliyə çatmasının il dönümünü bayram keçirirdi. O belə deyirdi: “Bu gün ilahi hökmləri yerinə yetirmək və məs’uliyyət qəbul etmək ləyaqəti qazanmışam!”
Necə ki, xalq dövlət başçısı, millət vəkili və ya səfir seçilən şəxsləri təbrik edir. Çünki bu şəxslər xalqın məs’uliyyətini öhdələrinə götürürlər. Yetkinlik yaşına çatmaq və Allah tərəfindən məs’uliyyət qəbul etmək də mübarək gündür.
Qısa şəkildə vəzifəlilik şərtlərinə işarə edək:
Yetkinlik (büluğ həddi)
Oğlanlar qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.[71] Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə yetkinlik hədləri də vardır. Məsələn, “siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mə’nasını bildirir. Kərbəlada şəhid olmuş imam Həsən Müctəbanın (ə) övladı Qasim mə’sum imam olan əmisinə deyir: “Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.
“İqtisadi yetkinlik” dedikdə insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qur’ani-kərim buyurur: Yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: “Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.”[72]
“İzdivac yetkinliyi” dedikdə oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı yaşayışı idarə edib, məs’uliyyətli olması başa düşülür. Çünki bu məs’uliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.
BİR NEÇƏ XATIRLATMA
1. Öncə dedik ki, büluğ həddi vəzifəlilik şərtidir. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan kəslər tamamilə azad buraxılsın. Qur’an da bə’zən yetkinlik yaşına çatmayan şəxslərə müraciət edir: İcazəsiz otağa daxil olmasınlar. Ata-ana və başqaları istirahət edərkən giriş üçün onlardan icazə alsınlar.[73] Həzrət Loğman övladına belə göstəriş verir: “Oğulcan, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işlərə qadağa qoy.”[74]
2. Büluğ həddinin vəzifəlilik şərti olmasına baxmayaraq, valideynlər öz körpələrini yetkinliyə çatmazdan öncə dini sünnələr və mərasimlərlə, xüsusilə namaz və orucla tanış etməlidirlər. Bə’zən işin ciddiliyini anlatmaq üçün namazın tərkinin aqibətini açıqlayıb, digər tənbehlərdən istifadə edə bilərlər.
3. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin yetkin-lik yaşına çatmamış şəxs kiməsə ziyan vurarsa, onun valideynləri ziyanı ödəməlidirlər. Çünki xalqın hesabı Allahın hesabından ayrıdır.
4. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin uşaqlar yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Əgər səhv edib, pis əməllərə yol versələr tənbeh olunacaqlar.
2. Qüvvə və bacarıq
Qüvvə və bacarıq vəzifəlilik şərtidir. Zəif şəxslər vəzifəli deyillər. Hər şəxsdən öz gücünə görə tələb olunur. İlahi hökmlərdə də qüvvə məhdudluğu nəzərə alınmışdır. Allah-təala buyurur: “Biz heç kəsə gücündən artıq iş tapşırmırıq.”[75] “Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”[76] Əlbəttə, insanın gücündən artıq çətinlik nəzərdə tutulur. Yoxsa, dindarlıq zəhmət və çətinliklə yanaşıdır.
Hətta çətinliklə dolu cihad məsələsində xəstə, əlil, kor və cihad etmək üçün zəif şəxslər istisna olunur: “(Cihada getməməyə görə) kora, topala-şilə, bir də xəstəyə günah gəlməz.”[77]
3. İxtiyar
Günaha məcbur edilən və ya zorla vəzifəsindən daşındırılan şəxs üçün cəza yoxdur. Yə’ni əməldə azadlıq və ixtiyar vəzifəlilik şərtidir. Məcburi hallarda məsələnin hökmü başqadır. Məsələn, zülmkar bir qüvvə müsəlmanların həccə getməsinə mane olur və ya bir şəxs aclıqdan ölüm halına çatıb, murdardan savay yeməyə heç bir şey tapmır.
4. Ağıl
Ağıl və şüur insanın dəyəri və vəzifəlilik me’yarıdır. He-sab-kitab və cəza ağıla əsaslanır. Ağıldan məhrum şəxslər vəzifəli deyil, onlar üçün cəza və mükafat yoxdur. Bə’zi rəvayətlərdə ağılın ilk məxluq olduğu və həqiqi bəndəliyin ağıldan qaynaqlandığı göstərilir. Hədis kitablarında əql mövzusu başqa mövzulardan öndə gəlir. (Məsələn, “Üsuli-Kafi”, “Vafi”, “Bihar”)
İslamda ağılın zəifləməsinə səbəb olan şeylər (məsələn spirtli içkilər) qadağandır. Ağıl və düşüncənin artmasına səbəb olan işlər isə bəyənilmişdir. Məsələn, tə’lim, mütaliə, səfər, məşvərət və...
İBADƏTİN DÜZLÜK ŞƏRTLƏRİ
İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:
Düzgün hədəf;
Düzgün şəkildə ibadət.
DOĞRU HƏDƏF
İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qa-zanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur.[78]
İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti ba-til edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tə’rif və hörmət gözləməyəsən.”[79] Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”[80]
İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.
DÜZGÜN ŞƏKİLDƏ İBADƏT
Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.
Allahın rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.”[81]
Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.”[82]
Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rəkətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir.
Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır.
Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud na-zik olarsa qıfılı açmaz.
İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun”[83] ayəsini belə təfsir edir: “Ayənin məqsədi budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.”[84]

 

 [70]“Əsr” surəsi, ayə 3.
[71]İmam Rahilin “Tovzihul-məsail”inin 2252-ci məsələsində bu barədə izah verilmişdir..
[72]“Nisa” surəsi, ayə 6.
[73]bax: “Nur” surəsi, ayə 58.
[74]“Loğman” surəsi, ayə 17.
[75]“Ən’am” surəsi, ayə 152.
[76]“Həcc” surəsi, ayə 78.
[77]“Fəth” surəsi, ayə 17.
[78]“Təfsiri Safi”, 2-ci cild, səh.35.
[79]“Bihar”, 70-ci cild, səh.230.
[80]“Bihar”, 70-ci cild, səh.242.
[81]“Qisarul-cuməl”, 2-ci cild, səh.73.
[82]“Bəqərə” surəsi, ayə 128.
[83]“Bəqərə” surəsi, ayə 189.
[84]“Əl-Mizan”, 2-ci cild, səh.59.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1
"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir

 
user comment