Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Azərbaycan öz "XİLASKARINI" gözləyir?

Kimin nəyisə gözləməsini az-çox təxmin edə bildim, amma iqtidarın nəyi gözlədiyini təxmin edə bilmədim. Bəlkə siz bilirsiniz?

Azərbaycan öz "XİLASKARINI" gözləyir?

Dünya gözləyir... Bütün dinlərin, millətlərin mənsubları öz xilaskarını gözləyir. Yəhudilərın Davud peyğəmbərdən üzü bu tərəfə gözləri yoldadır. Onların əqidəsinə görə Allah Təala Bəni-İsraili əsarətdən qurtarmaq üçün Davudun nəslindən olan bir nəfər xilaskar göndərməlidir. Həmin xilaskar Maşix olaraq Bəni-İsrailin qədimdəki xoş əyyamlarını özünə qaytarmalıdır. Əşiyanın kitabında oxuyuruq: “Yəssinin gövdəsindən (Davudun atası) bir şaxə qol-budaq atıb qönçələnəcək və Tanrının ruhu onda qərar tapacaqdır... O, miskinlərə ədalətlə hökm edəcəkdir. Yer üzünün məzlumlarına görə düzgün hökm çıxaracaqdır. Zalımları susduracaq, şər insanları öz nəfəsi ilə məhv edəcəkdir. Belinə ədalət kəməri bağlayacaq, əmanət qurşağı taxacaqdır...”.

Həzrət İsanın(ə.s) göylərə çəkilməsindən sonra məsihilər böyük inamla onun qayıdacağı günü gözləyirlər. Çünki Həzrəti İsadan nəql edirlər ki, özü barəsində demişidr:

“İnsan oğlu gələcəkdir, öz atasının cəlalında, öz mələkləri ilə birgə. Həmin vaxtda hər kəsi öz əməllərinə görə cəzalandıracaqdır. Hər zaman sizə deyirəm ki, burada olanlardan bəziləri insan oğlunun öz mələkutu ilə gəlişini görmək istəmirlər”.

Müsəlmanlar da böyük şövq və intizarla Allahın verdiyi vədin - Mehdi Sahib-əz-zamanın (ə.f) zühurunun - gerçəkləşəcəyi günü gözləyirlər: “Allah aranızdan iman gətirib yaxşı işlər görənləri özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini, onlar möminlər üçün Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir”.

Azərbaycan da gözləyir, öz xilaskarını gözləyir... Çoxdandır ki, hamı kimisə, nəyisə gözləyir. Xüsusən də son vaxtlar zühurla əlaqəli yeni zümzümələr eşidilməkdədir. Açığı, qəzetlərdən birinində dərc olunmuş bir yazıdakı “Xilaskar müjdəsi” diqqətimi cəlb elədi və hazırkı yazının “ilham mənbəyi”oldu. Sən demə, eks-spiker Rəsul Quliyevin səhabələri konfrans keçirib xalqı gözlənilən xilaskara beyət etməyə, gəlişinə zəmin hazırlamağa çağrıbmışlar. Oqtay Mirzəyev adlı mübəlliğ bütün xalqı “Müqavimət hərəkatı”na qoşulmağa dəvət edib, belə vurğulayıbmış: “Mən əminəm ki, Rəsul Quliyevin yaratdığı Müqavimət Hərəkatı xalq hərəkatına çevriləcək. Biz hər birimiz öz evimizdə, məhəlləmizdə, kəndlərdə, qəsəbələrdə, rayonlarda Rəsul Quliyevin bu xalqın xilaskarı olduğunu təbliğ etməliyik. Biz demokratiya istəyiriksə, demokratiya Rəsul müəllimin gəlişi ilə bağlıdır. Rəsul müəllim hakimiyyətə gəlməsə, Azərbaycanda demokratiya olmayacaq. Rəsul Quliyev xalqın hakimiyyətini quracaq. Onun gəlişi Azərbaycana demokratiyanın və ədalətin gəlişi deməkdir... Hamı dərk edir ki, Azərbaycanın xilaskarı Rəsul Quliyevdir”.

Bir anlığa mənə elə gəldi ki, - Quranın da yox, - Müqəddəs kitabın (İncilin) müjdə ayələrini oxuyuram. Oqtay Mirzəyevin dəvəti həvarilərin çağrışına çox bənzəyir. Olmaya, Rəsul Quliyev yevangilistlərlə iş birliyinə girib? Maraqlıdır, Azərbaycanda bir qisim insan, xilaskarın Rəsul Quliyev olduğunu düşünür və “Rəsul Quliyev Azərbaycana girməyincə, demokratiya da Azərbaycana girməyəcək” şüarı ilə hərəkata başlayıblar. Deməli, bundan sonra millətimizin bir qismi dərdlərinə, ələmlərinə son qoyulan günün, intizarın vüsala qovuşduğu günün Rəsul Quliyevin əlində demokratiya bayrağı ilə Azərbaycana girəcəyi günün intizarını çəkəcək.

Bildiyim qədəri xalqın qocalıqdan beli bükülmüş, gözləməkdən gözlərinə mirvari suyu gəlmiş yaşlı kəsimi də əmanət kassalarındakı pulların geri qaytarılacağını gözləyirlər. Onlar üçün artıq kin gedib, kimin gəlməyinin bir o qədər də mənası yoxdur.

Kimin nəyisə gözləməsini az-çox təxmin edə bildim, amma iqtidarın nəyi gözlədiyini təxmin edə bilmədim. Bəlkə siz bilirsiniz?


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək

 
user comment