Çin müsəlmanları İslamın əziz Peyğəmbəri (s)nin mövlud ərəfəsində bu ölkənin islam mərkəzləri və məscidlərində əzəmətli və geniş şəkildə xalqın iştirakı ilə bayram etdilər.
İran Quran Xəbər Agentliyi : İraqın “Nun” xəbər bürosunun məlumatına əsasən, Çin müsəlmanları bəhmən ayının 14-ü Çinin şimal qərb məntəqəsi olan Şinyangda, müsəlmanların sıx məskunlaşdığı böyük məntəqələrdən biri olan Lanq Fangda və həmçinin Çinin paytaxtı Pekin şəhərinin məşhur məscidində İslam Peyğəmbəri (s)-ın mövludu münasibətilə bayram keçirildi.
Çin müsəlmanları bu böyük günü “Ramazan” və “Qurban” bayramları kimi çox təmtəraqla qeyd edirlər və Çində belə bir gündə evin bütün sakinləri ilə birgə məscidə namaz qılmaq üçün üz tuturlar və məşhur alimlərin iştirakı ilə minbərlərin aşağısında oturub moizələrə qulaq asırlar.
Hər məntəqədə müsəlman məscidlərində bütün insanlara həmin gün yeməklər və yerli şirniyyatlar təqdim olunur.
Qeyd olunmalıdır ki, bəzi islam alimləri rəbiul-əvvəl ayının 12-ni Peyğəmbərin (s) mövludu hesab edirlər, bəzi islam alimləri isə Peyğəmbər (s) rəbiul-əvvəl ayının 17-ni dünyaya gəldiyini deyirlər. Amma bizim şiələr içində ən məşhur gün rəbiul-əvvəl ayının 17-dir və həmin gün də İslam Peyğəmbərinin (s) mövludu təmtəraqla keçirilir.
source : ایکنا