Azəri
Monday 24th of June 2024
0
نفر 0

Səfər ayının 5-i Həzrəti Rüqəyyə Xatunun (s) Şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyə Xatunun (s) Şəhadət günüdür

Aşura Faciəsindən sonra 25 günlük əzab və əziyyətli yolun çətinlikləri, Şamın xarabalığının natəmizliyi, düşmənlərin Peyğəmbər (səlləllau əleyhi və alih) balaları ilə vəhşicəsinə rəftar etmələri, həzrəti Ruqəyyə Xatunu (səlamullahi əleyha) çox narahat edirdi. Üç yaşlı qız uşağı, bütün bu müsibətlərdən yaxa qurtarmaq üçün Atasını istəyirdi... Daim atacan atacan deyə səslənirdi... Məlun Yezid sonda əmr edir ki, aparın atasının kəsilmiş başını verin ona qoy sakit olsun. Həzrəti Rüqəyyə (səlamullahi əleyha) xanım İmam Hüseynin (əleyhi səlam) kəsilmiş mübarək başını qucağına alaraq atasına öz başına gələnlərdən şikayət etməyə başladı və sonda elə orda ca canını Uca Allaha tapşıraraq Atasının hüzuruna getdi. Həzrəti Rüqəyyə (səlamullahi əleyha) xanım elə şəhid olduğu xarabalıqda da torpağa tapşırıldı.

Səfər ayının 5-i Həzrəti Rüqəyyə Xatunun (s) Şəhadət günüdür + Foto

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Miladi təqvim ilə 8 Dekabr, 2013 tarixə təsadüf edən, Hicri Qəməri Təqvimi ilə Səfər ayının beşi, İmam Hüseynin (əleyhis səlam) Rüqəyyə Xatun (səlamullahi əleyha) adlı az yaşlı qız uşağının məlun Yəzid ibn Muaviyyə tərəfindən Şəhid olan günüdür.

Biz ABNA olaraq bu müsibətli gün münasibəti ilə başda Zamanənin İmamı, Höccət ibnil Həsən Əskəri (Allahı Təalanın səlam və rəhməti ona və pak ailəsinə olsun) həzrərtləri olmaqla, onun Haqq Naibi İmam Xamenei və ümumdünya Müsəlmanlarına baş sağlığı veririk.

Həzrəti Rüqəyyənin (səlamullahi əleyha) qısa sürmüş həyatına qısa bir baxış

Həzrəti Rüqəyyənin (səlamullahi əleyha) Hicri təqvimi ilə 57- ci ildə İmam Hüseynin (əleyhi səlam) evində dünyaya göz açır. Xanım Rüqəyyənin (səlamullahi əleyha) Anasının adı "Ummu İshaq" (səlamullahi əleyha), künyəsi isə, "Bintu Təlhə" (səlamullahi əleyha) olub. Ummu İshaq İslam dünyasında çox nəcib və fəzilətli bir qadın kimi tanınır. Təsüflər olsun ki, hələ həzrəti Rüqəyyə (səlamullahi əleyha) dünyaya yenicə gəlmişdir ki, Anası fani dünya ilə vidalaşır. Beləliklə də Xanım Rüqəyyənin (səlamullahi əleyha) tərbiyyəsi həzrəti Zeynəb Xatunun (səlamullahi əleyha) öhdəsinə düşür.

Həzrəti Rüqəyyənin (səlamullahi əleyha) adının qoyulması

Rüqəyyə Xatunun (səlamullahi əleyha) adı Fatimədir. Ona görə də onu "Fatiməyi Suğra" (səlamullahi əleyha) yəni kiçik Fatimə deyərək adlandırıblar. Rüqəyyə adı isə onun ləqəbidir və Ruqəyyə sözü ərəb dilində "riqqə" kəlməsindən götürülüb və tərəqqi, yüksəlmək mənasını daşıyır.

Hicrətin 60-cı ilində Rüqəyyə Xatun (səlamullahi əleyha) Atası İmam Hüseyni (əleyhis səlam) müşayət edən Karvan ilə birlikdə Kərbəla çölünə daxil oldular. On gün sonra isə, Muhərrəm ayının qnunda (Aşura günü), Haqq ilə batil arasında gedən mübarizədə İmam Hüseyn (əleyhis səlam) Əhli Beyti (əleyhimus səlam) ilə sonuncu dəfə vidalaşdıqda deyilənlərə görə, 3 yaşlı Rüqəyyə Xatun (səlamullahi əleyha) xeymədə yatmışdır. Bu səbəbdən də Atası ilə sonuncu dəfə görüşə bilmir. Deyilənlərə görə Həzrəti Rüqəyyə (səlamullahi əleyha) Bibisi Zeynəb Xanımdan (səlamullahi əleyha) daim Atasını soruşurdu...

Aşura Facisə sona yetdikdə düşmən Yezidin adamları, Kərbəla Şəhidlərinin kəsilmiş başlarını nizələrə taxaraq, əsir götürülmüş Peyğəmbərin (səlləllau əleyhi və alih) ailəsinin gözü önündə ilk əvvəl İraqın Küfə şəhərinə daha sonra Şama (indiki Suriyaya), məlun Yezidin sarayına apardılar. Kafirlər məlun Yezidin əmri ilə əsirləri yol boyu ayaqyalın, Kəcavəsiz Dəvələr üzərində əlləri bağlı, boyunları zəncirli, şəhər bə şəhər, kənd bə kənd gəzdirirdilər. Nadan və kafir insanlar da Peyğəmbər (səlləllau əleyhi və alih) balalarını lağa qoyur və onlara istehza edərək gülürdülər.

İslam Peyğəmbərinin (səlləllau əleyhi və alih) balaları, böyük ir zillət ilə Şama (Dəməşq şəhərinə) çatdıqdan sonra onları Allahın düşməni Yezid ibn Müaviyyənin (Allah Peyğəmbərin bütün düşmənlərinə lənət etsin) sarayı yaxınlığındakı xarabalıqda yerləşdirdilər.

25 günlük əzab və əziyyətli yolun çətinlikləri, Şamın xarabalığının natəmizliyi, düşmənlərin Peyğəmbər (səlləllau əleyhi və alih) balaları ilə vəhşicəsinə rəftar etmələri, həzrəti Ruqəyyə Xatunu (səlamullahi əleyha) çox narahat edirdi. Üç yaşlı qız uşağı, bütün bu müsibətlərdən yaxa qurtarmaq üçün Atasını istəyirdi... Daim atacan atacan deyə səslənirdi... Məlun Yezid sonda əmr edir ki, aparın atasının kəsilmiş başını verin ona qoy sakit olsun. Həzrəti Rüqəyyə (səlamullahi əleyha) xanım İmam Hüseynin (əleyhi səlam) kəsilmiş mübarək başını qucağına alaraq atasına öz başına gələnlərdən şikayət etməyə başladı və sonda elə orda ca canını Uca Allaha tapşıraraq Atasının hüzuruna getdi. Həzrəti Rüqəyyə (səlamullahi əleyha) xanım elə şəhid olduğu xarabalıqda da torpağa tapşırıldı.

Rüqəyyə Xatunun (səlamullahi əleyha) Dəməşq şəhərində yerləşən hərəminin görüntüləri

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Peyğəmbərin (s) zöhd və ibadəti
İKİNCİ HEKAYƏT
Ayişənin Cəməl döyüşündəki rəftarı Əhzab surəsinin 30-cu ayəsində qeyd ...
Ali Təqlid Mərcələri İmam Museyi Kazıma (ə) əza saxladılar
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
İmam Hadinin (ə) şəhadətinin ildönümü günü Samirra şəhəri 1 milyondan artıq ...
Səfər ayının 5-i Həzrəti Rüqəyyə Xatunun (s) Şəhadət günüdür
FATIMƏ (S.Ə) ÜSTÜNDÜR
Həzrət Rüqəyyənin (ə) atasına şikayəti
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ƏXLAQİ TÖVSİYƏLƏRİ

 
user comment