Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünyanın ən məşhur "mason lojasında 33 dərəcəli ustad" özlərini azəbaycanlı kimi tanıtmaqda israrlı olan türkdillilərdi.
Məlumatlara görə, dünyada mason siyasətini həyata keçirən cəmiyyətlərdən biri olan \"Bohemian Qrove" klubu Azərbaycanda da fəaliyyət göstərir.
Dünyanın ən qaranlıq və gizli şəbəkələrindən olan \"Bohemian Qrove" 1880-ci ildə ABŞ-da yaradılıb. Simvolu bayquş olan bu kluba yəhudi lobbisinin önəmli simaları rəhbərlik edir.
Bunların arasında D.Rokfeller, Rotşild, H.Kissincer, C.Soros, Z. Bjezinski və digərilərini göstərmək olar.
\"Bohemian Qrove\" klubu da \"Lions\", \"Rotari\", \"Bilderberq\" klubları kimi dünyanın gizli hakimiyyətlərinə xidmət edib mason siyasəti həyata keçirir. Bu klubu Azərbaycanda əsasən biznes və iqtisadi məsələlər maraqlandırır.
Sultan Məmmədovun \"Masonluq: Dünyanın hörümçək toru\" kitabında yazılıb ki, Azərbaycanın 20-yə qədər yüksək vəzifəli məmurları, siyasətçiləri, hüquqşünas və müxalifət liderləri \"Bohemian Qrove\" klubunun üzvüdür.
Müəllif kitabında \"Yeni çağ\" qəzetinin də bir neçə il əvvəlki saylarından bəzi məlumatlara istinad edərək yazıb ki, 2008-ci il dekabrın 27-də Azərbaycanda bir mason məmur \"Bohemian Qrove\"nin ən yüksək dərəcəsinə seçilib: \"Həmin məmurun xaricdə və ölkə daxilində güclü biznesi var. Tədbirlərə gedərkən qoluna bağladığı saatda mason simvolunu -üçbucağı görmək olar\".
Soros Fondu Azərbaycan müxalifətinə 30 milyon dollar ayırıb
Sözügedən kitabda Azərbaycan müxalifətinin masonlarla əlaqələrinə də geniş yer verilir. Müəllif yazır ki, Soros fondu və digər mason yönümlü klublar Azərbaycanın siyasi partiyaları ilə fəal iş apararaq 2005-ci ilin parlament seçkilərində narıncı inqilaba cəhd ediblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan müxalifətinin liderlərinin Corc Sorosla şəxsi əlaqələri var. Daha sonra müxalifət liderlərinin 2005-ci ildə Türkiyədə Sorosla görüşdüyü qeyd olunur və həmin görüş belə təsvir edilir: \"AXCP sədri 2005-ci ilin iyulunda Türkiyədə səfərdə olarkən bir sıra siyasi, ictimai və iqtisadi fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləri ilə görüşüb. Bunların arasında \"Rotari\" klubu da olub. \"Rotari\" klubu mason siyasətini həyata keçirən təşkilatdır. Dünyanın 156 ölkəsində 1,2 milyon üzvü var. Onların şüarı dünya birliyinə xidmət etməkdir. Mərkəzi qərargahı İllinoys ştatının Evenston şəhərində yerləşir\".
Bunun ardınca müəllif müxalifət liderlərinin Türkiyədəki görüşü barədə bunları yazır: \"2005-ci il iyul ayının 13-də, səhər saat 06:40-da İstanbula gələn müxalifət liderləri İstanbulun Nəqqaştəpə səmtində yerləşən və milliyətcə kürd olan, Türkiyə mediasında adı narkobaron olaraq hallanan Hüseyn Bəybaşıya məxsus villada C.Sorosla görüşüb. Bu görüşdə Türkiyənin Mustafa Koç, Aydın Doğan, Tuncay Öz İlhan kimi bir neçə məşhur simaları da iştirak ediblər\".
Məlumatda o da qeyd olunur ki, C.Soros həmin vaxt Azərbaycandakı parlament seçkilərində müxalifətin fəaliyyətini maliyyələşdirmək üçün 30 milyon dollar ayırıb.
Kitabda masonluğun Azərbaycandakı tarixindən və simvollarından da bəhs olunur, eyni zamanda bildirilir ki, 2003-cü il iyulun 3-də Moskvanın Şərq rayonlarının birində azərbayanlılar üçün xüsusi olaraq \"Dostluq24"mason lojası yaradılıb.
Bu lojada ancaq Moskva və onun ətrafında yaşayan azərbaycanlılar masonluqla məşğul olublar.
Azərbaycanda isə 8 dekabr 2008-ci ildə \"Böyük Milli Loja" fəaliyyətə başlayıb və \"Dostluq24"lojası \"Azərbaycan Milli Lojası"nın tərkibinə daxil edilib.
R.Heyət Azərbaycanda mason lojasının təşkilinə səy göstərib, lakin Heydər Əliyevin etirazı nəticəsində buna nail ola bilməyib.
Amma başqa bir mason - Razi Paşa isə ondan fərqli olaraq Azərbaycanda mason lojası yarada bilib.
Bu barədə o zamankı "Yeni Çağ" qəzetinə müsahibəsində R.Paşa bildirib ki, Azərbaycanda mason lojası yaradıb və qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.
Onun dediyinə görə, mason təşkilatının mənzil qərargahı Ayna Sultanova heykəlinin yaxınlığında yerləşirmiş.
21 avqust 2006-cı il tarixdə fanat dindarlar (Azərbaycan Şiələrini nəzərdə tutur) mənzil qərargahın pəncərə şüşələrini sındırıb, binanın içərisinə "Sizə Azərbaycan xalqı arasında yer yoxdur", "Siz lənətlənmiş və Allahsızsınız" sözləri yazılan vərəqlər atıblar.
Ona görə də qərargahın yerini dəyişib başqa ünvana kğçürüblər:
"Mənzil-qərargahın yeni ünvanı məxfi saxlanılır. Əgər Ədliyyə Nazirliyi bizim təşkilatı qeydiyyatdan keçirməsə, ən azı dünyanın 17 mason təşkilatının nümayəndələrini Bakıya dəvət edib onların köməyi ilə məsələni həll edərik".
Razi Paşa onu da qeyd edib ki, bir il iki ay xarici ölkələrin birində mason dərəcələrinə yiyələnib və bir çox mason loja rəhbərlərinin, müsbət rəyini alıb.
Qeyd edək ki, yazıda adını çəkdiyimiz kitabda yazılanlara görə, 2008-ci il dekabrın 27-də Azərbaycanda bir mason məmur "Bohemian Qrove" ən yüksək dərəcəsinə seçilib:
"Həmin məmurun xaricdə və ölkə daxilində güclü biznesi var. Tədbirlərə gedərkən qoluna bağladığı saatda mason simvolu üçbucaq görmək olar".
Azərbaycanda isə 8 dekabr 2008-ci ildə "Böyük Milli Loja" fəaliyyətə başlayıb və "Dostluq24"lojası "Azərbaycan Milli Lojası"nın tərkibinə daxil edilib.
9 Dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının qurmuş, ABŞ-dakı Türk dilli Nur Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında fəal iştirak etmiş, Avropada bir çox lojalarda müxtəlif vəzifələrdə çalışmış, Rumıniya Milli Böyük Lojasının qurucularından biri, eyni zamanda Rumıniya və digər Slavyan ölkələrində Masonluğun təməlini gücləndirmiş şəxs, 19 dekabr 2006-cı ildən etibarən Vaşinqtondakı lojaların mərkəzi olan Kolumbiya Dairəsi Böyük Lojasıına (Grand Lodge of the District of Columbia) başçılıq edən "hörmətli böyük ustad", Robert Bağır Heyətdir.
Bununlada Azərbaycanda bir neçə ildir ki, "Azərbaycan milli böyük lojası" rəsmən fəaliyyət göstərir. Qeyd olunan lojanın başçısı isə, Robert Bağır Heyətdir. Bəs bu Robert kimdir?
Dünyanın ən məşhur "mason lojasında" 33 dərəcəli ustad olan bu şəxs 1938-ci ildə Təbrizdə doğulmuş Robert Heyətdi. 1938-ci ildə Təbrizdə anadan olan Bağır Heyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət etmişdir. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoymuşdur. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirmiş, Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türk dilli Nur Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında fəal iştirak etmişdir. O, Avropada bir çox lojalarda müxtəlif vəzifələrdə çalışıb. Heyət həm də "Rumıniya milli böyük lojasının" qurucularından biri, eyni zamanda Rumıniya və digər Slavyan ölkələrində masonluğun təməlini gücləndirmiş şəxsdir. 19 dekabr 2006-cı ildən etibarən Heyət Vaşinqtondakı lojaların mərkəzi olan "Kolumbiya dairəsi böyük lojasıına (grand lodge of the district of columbia) başçılıq edən "hörmətli böyük ustaddır". 8 Dekabr 2008-ci ildə isə Robert Bağır Heyət "Azərbaycan milli böyük lojası" (national grande lodge of Azerbaijan) təsis edir, və Lojaya başçılıq edən "hörmətli böyük ustaddır".
"Azərbaycan milli böyük lojasının" rəsmi internet səhifəsi hələlik yeganə tutarlı mənbələrdən biri hesab olunur.
"lojanın" rəsmi saytında bildirilir ki, Azərbaycanda "azad masonluğun" qurulması layihəsi Washington D.C-də qəbul olunmuş "Azerbaijan Lodge No.2001" yaradılması ilə başlayıb.
Qeyd edək ki, hal-hazırda Azərbaycanda aktiv şəkildə üç loja fəaliyyət göstərir: "Azerbaijan lodge No.1", "drugba lodge No.3", "Baku lodge No.4".
"Azərbaycan milli böyük lojasının" ümumillikdə 102 üzvü var.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının sonlarında Bakıda Masonların Ali Lojasının toplantısı keçirilmişdi. Toplantıda masonluğun vacib ritualı olan installiatsiya (quraşdırma) həyata keçirilmişdi.
"Masonluqda" bu, "ali lojanın" "ali rütbəli zabitlərinin" "ali ustad" rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Yayda "Azərbaycan mason lojasından" yeni "ali ustad Araz Kanzas" bu mərasimdən keçmişdi.
Məhz "Şirvanşah" restoranında baş tutan həmin mərasimə gələn qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda "mason lojasının" rəhbəri və bünövrəsini qoyan Bağır Heyət də yer almışdı.
source : www.abna.ir