Azəri
Wednesday 7th of June 2023
0
نفر 0

İraq Müdafiə Naziri Amerika Ordusunun Baş Qərərgahının Başçısı ilə görüşdə İİR-a minnətdarlığını bildirdi

Xalid Mutəb Əl Ubeydi daha sonra İraq Respublikasının xalq kütlələrindən ibarət Könüllü Dəstələrin İŞİD ilə mübarizə üçün məhz İran İslam Respublikası tərəfindən kamil sürətdə təlimatlandığını vurğulayaraq bildirib: “Təkcə Samirra şəhər sakinlərindən 1200 nəfər Könüllü İraq Silahlı Qüvvələri kənarında terrorla mübarizə aparır.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün İraq Müdafiə Naziri Xalid Mutəb Əl Ubeydi Amerika Ordusunun Baş Qərərgahının Başçısı Martin Dempsey ilə keçirtdiyi müştərək mətbuat konfransında vurğulayıb: “İŞİD terror qruplaşması bəzi şəhərləri işğal etdiyi zaman Ordu Qüvvələrində böyük sarsıntı yaranmışdır. Buna görə də, dostlarımızdan (admin: nəzərdə İİR- tutulur) yardım əllərini uzatmaqlarını istədik. Biz bütün ölkələr ilə, istər İİR olsun istərsə də ABŞ ilə dövlət səviyyəsində əlaqələrimizi qururuq.”

İraq Müdafiə Naziri daha sonra bildirib: “İlk öncə Samirra şəhərinin 82 %-i terrorçu qruplaşmanın işğalı altında idi lakin bu gün işğal olunmuş ərazilərin 78 %-i artıq İraq Silahlı Qüvvələrinin tam nəzarətindədir.”

Xalid Mutəb Əl Ubeydi daha sonra İraq Respublikasının xalq kütlələrindən ibarət Könüllü Dəstələrin İŞİD ilə mübarizə üçün məhz İran İslam Respublikası tərəfindən kamil sürətdə təlimatlandığını vurğulayaraq bildirib: “Təkcə Samirra şəhər sakinlərindən 1200 nəfər Könüllü İraq Silahlı Qüvvələri kənarında terrorla mübarizə aparır.”

Amerika Ordusunun Baş Qərərgahının Başçısı Martin Dempsey isə öz növbəsində İran İslam Respublikasının yaxından göstərdiyi yardımlar sayəsində İraq Ordusunun əldə etdiyi böyük naliyyətləri zəif göstərmək məqsədi ilə, bildirib: “Amerika İŞİD əleyhinə mübarizəni dəstəkləyir. Əgər İraq Amerika Birləşmiş Ştatlarından artıq yardım almaq istəsə biz bu haqda düşünərik... (!)”

source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

IMAM ƏLI ™-IN PEYĞƏMBƏR ¡ SÜNNƏSININ DƏYIŞDIRILMƏSI BARƏSINDƏ ŞIKAYƏTI
QAN TÖKMƏYİN NƏTİCƏSİ VƏ QİSAS CƏZASININ ZƏRURİLİYİ
İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini ...
İsveçrə Sosial Demokrat partiyasının sədri: İslam dininin İsveçrədə rəsmi din ...
ON ÜÇÜNCÜ HEKAYƏT
Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti.
beş islami istilah
SALAVAT AYƏSİ
Suriya ordusu əl-Qələmun məntəqəsində əməliyyatını davam etdirir
İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli ...

user comment