Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Şəhid anası: Balamı son dəfə gördüm, bayrağa bükmüşdülər - REPORTAJ

Üç gün əvvəl səhəri şəhid xəbəri ilə açmışdıq. Sentyabrın 27-dən 28-ə keçən gecə təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısını alarkən Füzulinin Alaxanlı kəndində 3 hərbçimizi itirdik. Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu vətən yolunda şəhid oldu.

Bu gün onların ölümünün 3-cü günüdür. Məhəmmədi kəndindəyik. Zöhrabgildə. Daha doğrusu Zöhrabın 3 mərasimində. Qapıda bir qız əyləşib. Sağında və solundakı qadınlar ovcunu ovur, üzünə su vururlar. Öyrənirik ki, bu, Mədinədir. Zöhrabın böyük bacısı. Deyirlər, qardaşının şəhid xəbəri eşidəndən bəri belədir. Tez-tez halı pisləşir, üzünə su vurub özünə gətirirlər.

Yaxınlaşırıq. Nə qədər halsız olduğu üz-gözündən bəllidir. Gözlərini qaldırıb üzümə baxır. Nəsə deyəcəyini düşünsəm də, dinmir. Danışmaya da heyi qalmayıb. Bir neçə saniyə üzümə baxıb, gözlərini yerə dikir yenə.

Qadınlar olan məclisə keçirik. Anası Könül xala lap başda əyləşib. Digər qadınların yanında. Yanındakı yaşlı qadın onun sol əlini öz ovcunda bərk-bərk sıxıb. Ağlamır. Toxtamış görünür. Mətanət göstərir. Hərdən yanağından bir damla süzülür və dərhal özünü toplayır və əvvəlkindən də dik dayanır.

Mustafazadələr ailəsi ilk itkisinin illər əvvəl verib. 2 il əvvəl sürətlə gələn təcili yardım maşını ailə başçısının həyatına son qoyur. Yolu keçməkdə olan Namiq Mustafazadə elə qəza yerindəcə can verib. 2 ildir uşaqlarına həm atalıq, həm analıq edən Könül xala Zöhrabı əsgərliyə yola saldıqdan sonra ailənin yükünü tək daşımalı olub. Ona qədər Zöhrab çilingər işləyərək anasına və bacılarına baxırmış.

3 bacının yeganə qardaşı olan Zöhrab ailənin ikinci övladıdır.

source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Almaniya höküməti Şiə təşkilatına verilən ianə yardımlarını qət etdi
DÖRDÜNCÜ HEKAYƏT
Əmirəlmöminin İmam Əli (ə) buyurur
Türkiyə ayağa qalxdı: PKK əleyhinə mitinqlər keçirilir
And içmək
Səudiyyədən yeni fitnə: Şeyx Nimr Cizana köçürülür
Somali Əmək və İnkişaf Nazirliyinin binasına kamikaze hücumu
İslam və insan hüquqları
4 il öncə öldürülmüş əl-Bağdadinin dublikatı məğlubiyyətinə etiraf etdi –
Şəhid anası: Balamı son dəfə gördüm, bayrağa bükmüşdülər - REPORTAJ

user comment