Azəri
Friday 29th of March 2024
0
نفر 0

Zülfüqar Mikayılzadə, Elçin Qasımov və Tale Bağırovun həbs müddəti uzadıldı

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən il 26 Qanlı Noyabr, Nardaran Faciəsindən sonra Xırdalanda şəxsi mənzilində həbs olunan İlahiyyatçı və Quran Hafizi Hacı Zülfüqar Mikayılzadənin, Naradaran Faciəsində Naradaran qəsəbəsində həbs olunan "Müsəlman Birliyi Hərəkatı" təşkilatının sədri Tale Bağırovun və Nardaran Qanlı Olayından bir müddət qab
Zülfüqar Mikayılzadə, Elçin Qasımov və Tale Bağırovun həbs müddəti uzadıldı

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən il 26 Qanlı Noyabr, Nardaran Faciəsindən sonra Xırdalanda şəxsi mənzilində həbs olunan İlahiyyatçı və Quran Hafizi Hacı Zülfüqar Mikayılzadənin, Naradaran Faciəsində Naradaran qəsəbəsində həbs olunan "Müsəlman Birliyi Hərəkatı" təşkilatının sədri Tale Bağırovun və Nardaran Qanlı Olayından bir müddət qabaq 2015, noyabrın 5-də saxlanılaraq həbs olunan "Müsəlman Birliyi Hərəkatı”nın sədrinin müavini Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Belə ki, İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin həbs müddəti 2 ay artırılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır.

Nəsimi Rayon Məhkəməsində "Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri Tale Bağırovun barəsində verilmiş həbs-qətimkan tədbirinin müddətini 4 ay uzadıb. Tale Bağırovun vəkilinin məlumatına görə müvəkkili Tale Bağırovun həbsdə saxlama müddəti 26 iyun 2016 cı il tarixədək uzadıldı. Vəkil həmçinin T. Bağırovun özünü təqsirli bilmədiyini və qərardan apellyasiya şikayət edəcəyini bildirib.

Həmçinin Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, Elçin Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti də, iki ay artırılıb.

E.Qasımovun müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayət versələr də, lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, Hacı Zülfüqar Mikayılzadə 2011-ci ildə AİP üzvlərinin ŞƏRLƏNƏRƏK həbs olunması zamanı həbs olunmuş, 2011-ci ilin oktyabr ayında 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunmuşdu. Şərti müddətinin bitməsinə bir ay qalmış, Qanlı Nardaran Olayları zamanı evində saxlanılaraq məhkəməyə aparılıb. Məhkəmə isə, onun haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçmişdi.

“Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində İlham əliyevin bir başa nəzarəti ilə polisin keçirdiyi CİNAYƏT ƏMƏLİYYAT zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqla ŞƏRLƏNİLİB və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələrilə cinayət işi başlanılıb.

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şiә Irfаn Еvi (Dаrul-Irfаn Şiә) аdınа еlmi tәhiqiqаt mәrкәzi ilә qısа ...
Alman məhkəməsi hicab qadağasını təsdiqlədi
Zülfüqar Mikayılzadə, Elçin Qasımov və Tale Bağırovun həbs müddəti uzadıldı
Quran oxumağın zahiri və batini ədəbi

 
user comment