Azəri
Friday 19th of July 2024
0
نفر 0

Bəhreyndə növbəti dəfə Ali-Xəlifə rejimi əleyhinə etiraz aksiyası

Agentliyinin verdiyi məlumata əsasən Bəhreynin 20-yə yaxın məntəqəsində minlərlə insanın iştirakı ilə səhər saatlarından etibarən inqilabın ildönümü ilə bağlı nümayişlər təşkil olunub. Ali Xəlifə rejiminin siyasəti əleyhinə şüarlar səsləndirən bəhreynli fəallar, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasım və siyasi məhbuslarla həmrəy olduqlarını elan ediblər.

Səhər saatlarında Bəhreyn təhlükəsizlik qüvvələri Əbu, Sabia, Əs-Sahura və Əl-Mamir bölgələrində göz yaşardıcı qazdan istifadə edərək, nümayişçiləri dağıtmağa çalışıb. Ancaq bəhreynlilər bütün təzyiq, hücum və zorakılıq cəhdlərinə baxmayaraq, etiraz aksiyalarını inqilabın ildönümündə davam etdiriblər.

Digər tərəfdən, Bəhreyn təhlükəsizlik qüvvələrinin fəallara hücumları nəticəsində bəzi nümayişçilər yaralanıb. Bəhreynlilər küçə və prospektlərinin çoxunu barikadalarla bağlayaraq, Ali Xəlifə qüvvələrinin yaşayış ərazilərinə girmələrinə mane olublar.

Bu arada mülki geyimli polis də, təhlükəsizlik qüvvələrilə birlikdə Bəhreyn xalqının nümayişlərini dağıtmaqda iştirak edib.

Bəhreyn xalqı qanuni və seçilmiş bir rəhbərliyinin hakimiyyətə gəlməsi, ayrı-seçkiliyə son qoyulması, siyasi islahatların aparılması, insan hüquqlarına hörmət edilməsi, ölkədə ədalət və azadlıqların bərpasını istəyir.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment