Azəri
Friday 26th of April 2024
0
نفر 0

Jurnalist: Şeyx Sərdar Beynəlxalq İslam Oyanışı Təşkilatında təmsilçimizdir

Jurnalist: Şeyx Sərdar Beynəlxalq İslam Oyanışı Təşkilatında təmsilçimizdir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, jurnalist Qurban Cəbrayıl tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü, “Maidə” saytının təsisçisi və baş redaktoru Sərdar Hacıhəsənliyə qarşı əsassız təzyiqlərə münasibət bildirərkən deyib: “Hacı Sərdarın həbsi və digər belə repressiv hərəkətlərin səbəbi vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəhbəri olduqları rayonları ata mülkü sayaraq, xalqın, dövlətin əmlakını çapıb-talayan “kiçik padşahların”, sair məmurların öz qanunsuz əməllərini ört-basdır eləmək cəhdlərindən başqa bir şey deyil.”

O, daha sonr aəlavə edib: “Amma unudurlar ki, daimi xoflanma və çırpınmalardan irəli gələn belə addımlar çıxış yolu olmamaqdan əlavə, tamamilə əks-effekt verir, aidiyyatı qurumların, ən başlıcası kütlələrin nəzər-diqqətini gizlətməyə çalışdıqlarının üzərinə cəmləyir, böyük ictimai qınaqla nəticələnir. Məsələn, qanuni sosial haqlarını tələb edən sakinlərə, azad fikirli insanlara - dindarlara, bloggerlərə, jurnalistlərə yönəlik zorakılıqların böyük bir hissəsinin Masallı rayonunun, cənub bölgəsinin payına düşməsi ölkədə hər kəsə aydındır və bunun köklərinin araşdırılmasına ciddi ehtiyac var.”

Qurban bəy baş verənlərin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyindən narahatlığını da dilə gətirib: “Şeyx Sərdar təkcə ölkəmizdə yox, regionda, müsəlman aləmində də nüfuz sahibidir; Beynəlxalq İslam Oyanışı Təşkilatında iki təmsilçimizdən biridir. Onun azadlığının əsassız şəkildə məhdudlaşdırılması nə ötənilki multikulturalizm layihələri kontekstində milli ruhaniyyətin mənafeyinə cavab verir, nə də 2017-nin İslam Həmrəyliyi ili elanı ilə bir araya sığışır...”

Q.Cəbrayıl bildirib ki, ümumiyyətlə, ibadət əhlinin, dindarın Cümə namazında iştirakına görə tutuqlanması absurddur: “Mənim Sərdar Babayevlə yaxından tanışlığım yoxdur; sadəcə, bir neçə dəfə müxtəlif tədbirlərdə görüşmüşük və çıxışlarını dinləmişəm. Olduqca məntiqli, savadlı, dünyagörüşlü, pərizkar qardaşlarımızdandır, yüksək natiqlik qabiliyyətinə malikdir. Rəhbərlik etdiyi sayt da dövlətçiliyə, mənəvi-əxlaqi dəyərlərə sadiqdir; bütün sahələr üzrə informasiyalar, təhlillər verir, dünyəviliklə yanaşı, dini təqvimi də əsas tutur, İslam maarifçiliyi, müqəddəsatın mövludu-şəhadəti barədə maraqlı yazılarla çıxış edirlər. Yəni belə başa düşürəm ki, missionerlərin at oynatdığı, ailə institutuna qarşı hücumların reallaşdığı, gənclərin zərərli vərdişlərə qurşandığı, intiharların baş alıb getdiyi, cəbhədə azğın erməni təxribatlarının vüsət aldığı indiki şəraitdə Hacı Sərdarın, Hacı Mövsümün, Hacı Abgülün, Seyid Fəramizin, Ruhullah Axundzadənin və digərlərinin zindanlarda yox, xalq arasında olmaları daha zəruridir! Allah tezliklə qapılarını açsın!”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür
Sumqayıt məktəblərində hicab yasaqdır
Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Bəyanatı
Qasırğa cənub bölgəsində fəsadlar törədib
İngiltərə ölkədə ən böyük Məscidin tikintisinə icazə vermədi

 
user comment