Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

"Ləyl" surəsi

"Ləyl" surəsi

əl-Ləyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.    And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
2.    And olsun işıqlanmaqda olan gündüzə;
3.    And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
4.    Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
5.    Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6.    Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
7.    Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8.    Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
9.    Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
10.    Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
11.    (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
12.    Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).
13.    Axirət də Bizim, dünya da Bizimdir!
14.    (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
15.    Ora ancaq azğın (kafir) daxil olar.
16.    O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
17.    Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"İxlas" surəsi
"İnfitar" surəsi
HAQQ ILƏ BATILIN FASILƏSI
"Qariə" surəsi
"Səba" surəsi
"Fəth" surəsi
Fələq" surəsi
"Rəd" surəsi
"Səcdə" surəsi
Peyğəmbər (s) digər insanlarla müqayisədə niyə cinsi ləzzətlərdən ...

 
user comment