Azəri
Thursday 28th of September 2023
0
نفر 0

Qədr" surəsi

Qədr" surəsi

əl-Qədr (Qədr gecəsi) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.    Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
2.    (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3.    Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, rəvayətə görə, ramazan ayının on yeddisinə, on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4.    O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5.    O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-Kərim barəsində sual və cavablar
"Qariə" surəsi
Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
"Talaq" surəsi
QURAN OXUMAĞIN SAVABI
"Taha" surəsi
"İnşiqaq" surəsi
"Nəsr" surəsi
LƏNƏT OLUNMUŞLAR KİMLƏRDİR?

 
user comment